Məhkəmə qərarları › İş №2(011)-3982/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3982/2025

21.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3982/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “aliment borcunun ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 ilə Bakı 13 saylı Mediasiya təşkilatında MŞB/13-01137 saylı iş üzrə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin Maraqlı şəxs2 övladları xx.xx.2018-cu il təvəllüdlü X6 və xx.xx.2023-ci il təvəllüdlü X4 hər ayın 10-15-i aralığında hər uşağa görə 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz qırx) manat alimentin tutulması hissəsində təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs2 ilə 0xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində № 1523 saylı aktla rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və 17.06 2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. Daha sonra cavabdehlə ərizəçi arasındakı nikah Xətai Rayon Məhkəməsinin 2(011)-1176/5025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Uzun müddətdir ki, övladlarına heç bir maddi yardım göstərmir. Uşaqlara tək baxmaq onun üçün çox çətindir. Belə ki, cavabdehlə xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs2 ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün xx.xx.2023-ci il tarixindən başlayaraq hər ay 250 manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürdü. Lakin aralarında qeyd olunan məzmunda barışıq sazişi olmasına baxmayaraq cavabdeh barışıq sazişindən irəli gələn öhdəliyini yerinə yetirmir. Nəticədə barışıq sazişinin könüllü icrası üçün '’Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti keçmişdir. Ərizəçi tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, barışıq sazişinin alimentlə bağlı hissəsi (barışıq sazişinin 3-cü bəndi) icra olunmur və buna görə həmin hissədə sazişin təsdiq olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Birinci tərəf” Maraqlı şəxs2 və “İkinci tərəf” Ərizəçi arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişinə əsasən:

1. Tərəflər, Maraqlı şəxs2 və Ərizəçi nikahlarını məhkəmədə 3 ay barışıq müddəti vermədən pozulması barədə razılığa gəldilər.

2. Tərəflər bəyan edir ki, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası Ərizəçi himayəsində qalır.

3. Maraqlı şəxs2 övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-ci il təvəllüdlü X2 üçün 2024-cü ilin sentyabrından başlayaraq hər ayın 10-15-i aralığında hər uşağa görə 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz) manat aliment ödənişini ödənilməsini öz öhdəsinə götürür.

4. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs2 1-ci tərəf Ərizəçi aid cehiz əşyalarını (aralarında şifahi qaydada razılaşdırdıqları) 10 gün müddətində 1-ci tərəf Ərizəçi qaytarması barədə razılığa gəldilər.

5. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs2 TMS ( tam mediasiya sessiyası) zamanı əmlak və qızıl-zinət əşyalarının qaytarılması tələbi üzrə razılığa gələ bilmədilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1176/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs2 ilə cavabdeh Ərizəçi arasında xx.xx.2018-ci il tarixdə 1523 №-li aktla qeydə alınmış nikahın pozulması qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşaqların valideynlərindən hansının yanında qalması və onun saxlanılması üçün valideynlərin birindən digərinin xeyrinə aliment və sair xərclərin tutulması barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, barışıq sazişinin şərtləri pozulduğundan, sazişin barışıq sazişinin 3-cü bəndinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355- 23, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

qətetdi: Ərizə təmin edilsin. “Birinci tərəf” Ərizəçi və “İkinci tərəf” Maraqlı şəxs2 arasında mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01137 saylı barışıq sazişinin 3-cü bəndi məcburi icrası üçün aşağıdakı məzmunda təsdiq edilsin: “3. Maraqlı şəxs2 övladları xx.xx.2018-cu il təvəllüdlü X6 və xx.xx.2023-ci il təvəllüdlü X4 hər ayın 10-15-i aralığında hər uşağa görə 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz qırx) manat aliment ödənişini ödənilməsini öz öhdəsinə götürür.” Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar