Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X11, Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi, digər cavabehlər X6, X2, Cavabdeh3 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra – Borc alan), X7, X3, Cavabdeh3 qzına və X4 qarşı “kredit müqaviləsi üzrə borcun, faizlərin, cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. QSC "xxxx" (Bundan sonra - Bank) ilə Borc alan arasında xx.xx.2012-ci il tarixdə 1xx/xx/1710/12 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Bank Borcalana 700000 manat məbləğində kredit xətti verməyi, Bor calan isə verilən krediti qəbul etməyi və faizləri ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit cari xərclərin ödənilməsi məqsədilə, illik 18% olmaqla, 12 ay müddətinə (son ödəniş tarixi xx.xx.2013) verilmişdir. Bu müqavilənin digər bir şərtinə görə (2.6-cı bəndi) kredit müqaviləsi qüvvəyə mindikdən sonra 30 gün müddətində Borc alan tərəfindən kreditin təminatı olaraq daşınmaz əmlak Bankın xeyrinə ipoteka ilə yüklü edilməlidir. Sonradan, bu kredit müqaviləsinə 6 dəfə əlavə saziş bağlanmışdır. xx.xx.2012-ci il tarixli 1 saylı əlavə sazişdə kredit müqaviləsinə kreditin təminatı olaraq X5 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,44718 ha torpaq sahəsində yerləşən 3772,9 kv.m-dən əmlak kompleksinin xx.xx.2012-ci il tarixədək ipoteka ilə yüklü edilməsi barədə 2.7-ci bənd əlavə edilmişdir. xx.xx.2013-cü il tarixdə bağlanmış 02 saylı əlavə sazişə görə kredit müqaviləsinin 24 ayadək, xx.xx.2014-cü ilədək uzadılması, illik faiz dərəcəsinin 16% olması və Borc alanın öhdəliyi vaxtında icra etmədiyi halda vaxtında qaytarılmayan məbləğin 26%-i miqdarında cərimə ödəməyi öhdəsinə götürməsi barədə kredit müqaviləsinin 2.3, 3.5 və 6.2-ci bəndlərinə dəyişiklik edilmişdir. xx.xx.2013-cü ildə bağlanmış 03 saylı əlavə sazişlə kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək kredit xəttinin məbləğinin 700 000 manat və əlavə 300 000 manat müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixdə bağlanmış 04 saylı əlavə sazişlə kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixdə bağlanmış 05 saylı əlavə sazişlə kredit müqaviləsinin 3-cü bəndinin 3.5 yarımbəndinə dəyişiklik edilərək illik faiz dərəcəsinin 15% olması razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixdə bağlanmış 06 saylı əlavə sazişlə isə kredit müqaviləsinin 2-ci bəndinin 2.1 və 2.3-cü yarımbəndlərinə dəyişiklik edilərək kredit xəttinin 1 275 000 ABŞ dolları olması müəyyən edilmiş, müddətinin isə xx.xx.2016-cı il tarixədək uzadılması qeyd edilmişdir.
2. Eyni zamanda, Bank, Borc alan və X8 (bundan sonra - Zamin) arasında xx.xx.2012-ci il tarixdə 1xx/xx/1710/12 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsi Bankla Borc alan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/1710/12 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Sonradan bu zaminlik müqaviləsinə 3 dəfə əlavə saziş bağlanmışdır. xx.xx.2013-cü il tarixdə bağlanmış 01 saylı əlavə sazişlə zaminlik müqaviləsinin 1.1-ci bəndinə dəyşiklik edilmiş, Zamin xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə verilmiş 700 000 manat pulun (faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin) xx.xx.2014-cü il tarixədək Banka vaxtında qaytarılması barədə öhdəlik götürmüşdür. xx.xx.2013-cü il tarixdə bağlanmış 02 saylı əlavə sazişə görə zaminlik müqaviləsinin 1.1-ci bəndi yeni redaksiyada verilimiş, Zamin xx.xx.2014-cü il tarixinədək 1 *** **** manat məbləğində verilən kredit xəttinin (faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin) qaytarılmasına görə cvabdehliyi üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixdə edilmiş 03 saylı əlavə sazişə görə isə Zamin Borc alan tərəfindən xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 1 000 000 ABŞ dolları məbləğində verilən kredit xəttinin (faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin) xx.xx.2015-ci il tarixədək Banka qaytarılması barədə cavabdehliyi öz üzərinə götürmüşdür.
3. Bundan başqa, Bankla (bu müqavilə üzrə - Qarant adlandırılmışdır) Borc alan (bu müqavilə üzrə - Prinsipial adlandırılmışdır) arasında xx.xx.2013-cü il tarixdə LG- AZERTUN-CB-86 saylı bank qarantiyası müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmetinə, verilməsi məqsədinə və qaytarılmasına aid şərtlərə əsasən Qarant Prinsipialın “Polimex-Mostostal S.A” (bu müqavilə üzrə - Benefisiar adlandırılmışdır) arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə əsasında Liviyada Garabuli balıq limanının tikintisi haqqında müqavilə üzrə avans ödənişi üçün Benefisiar tərəfindən pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim edildikdə, həmin tələb üzrə 960 000 avrodan artıq olamayan məbləğdə (qarantiya məbləği) pulu ona ödəyəcəyi barədə üzərinə yazılı öhdəlik götürür. Müqavilənin müddəti xx.xx.2013-cü il tarixədək müəyyən edilmişdir. Həmçinin, bu müqaviləyə əsasən (6.3-cü bənd) Qarant tərəfindən Benefisiara qarantiya müqaviləsi üzrə hər hansı məbləğin ödənildiyi gün Prinsipialın Qarant qarşısında həmin məbləğdə kredit öhdəliyinin yarandığı gün hesab edilir yaranmış borca illik 24% hesabı ilə faiz hesablanmaqla 90 gün müddətinə müvafiq ssuda hesabında uçota alınır. Prinsipial yaranmış kredit borcunu kredit borcunun yarandığı gündən 90 gün ərzində Qaranta qaytarmadıqda əsas borc və hesablanmış faizlərdən əlavə 36% məbləğində cərimə ödəyir. Daha sonra bu müqaviləyə 4 dəfə əlavə saziş bağlanmışdır. xx.xx.2013-cü il tarixdə bağlanmış 01 saylı sazişə əsasən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixli 02 saylı əlavə sazişlə xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixli 03 saylı əlavə sazişlə xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixli 04 saylı əlavə sazişlə isə xx.xx.2016-cı il tarixədək qarantiyanın müddəti uzadılmışdır.
4. Eyni zamanda, Bank, Borc alan və Zamin arasında xx.xx.2013-cü il tarixli, LG- AZERTUN-CB-86 saylı bank qarantiyası müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixdə LG-AZERTUN-CB-86 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Zamin 960 000 avro məbləğində qarantiyanın (ona hesablanmış faizlərin, qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin) qaytarılmasının təminatı kimi Prinsipialın öhdəliklərin yerinə yetirilməsinə görə Qarant qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə xx.xx.2013-cü il tarixli, LG-AZERTUN-CB- 86 saylı zaminlik müqaviləsinə 01 saylı əlavə saziş imzalanmış və bu zaminlik müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır.
5. Həmçinin, Bankla Borc alan arasında xx.xx.2014-cü il tarixdə 1xx/xx/3095/14 saylı kredit müqaviləsi bağlanmışdır. Bu kredit müqaviləsinə görə Bank Borc alana 12 ay müddıtinə (xx.xx.2015-ci il tarixədək), illik faiz dərəcəsi 16% olmaqla, 450 000 avro məbləğində kredit xətti açmağı, Borc alan isə müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edərək, faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan bu kedit müqaviləsinə 2 dəfə əlavə saziş bağlanmışdır. xx.xx.2014-cü il tarixdə bağlanmış 01 saylı əlavə sazişə əsasən verilən kreditin illik faizi dəyişdirilərək 15% faiz, xx.xx.2015-ci il tarixli 02 saylı əlavə sazişə görə isə müqavilənin müddəti uzadılaraq xx.xx.2016-cı il müəyyən edilmişdir.
6. Yenə də, Bank, Borc alan və Zamin arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/3095/14 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixdə 1xx/xx/3095/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu zaminlik müqaviləsinə görə Zamin, Bankla Borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 450 000 avro məbləğində kredit xəttinin (ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin) xx.xx.2015-ci il tarixədək qaytarılmasının təminatı kimi Borcalanın öhdəliklərini yerinə yetirməsinə görə Bank qarşısında cavebdehliyi öz üzərinə götürmüşdür.
7. Son olaraq, Bankla Borc alan arasında xx.xx.2014-cü il tarixdə 1xx/xx/3438/14 saylı kredit müqaviləsi bağlanmışdır. Bu kredit müqaviləsinə görə Bank 12 ay müddətinə (xx.xx.2015-ci il tarixədək), illik faiz dərəcəsi 15% olmaqla, 1 000 000 ABŞ dolları məblğində kredittini Borc alana verməyi, Borcalan isə müqavilə ilə müəyyən edilmiş krediti qəbul edərək, həmin kreditə görə hesablanan faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra, bu kredit müqaviləsi üzrə öhdəliklərin verilməsinə dair 2 müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixdə bağlanmış birinci müqavələyə əsasən Bank Borcalanın öhdəlikləri yaranmış borcun bir hissəsini, yəni 30 000 ABŞ dollarını, xx.xx.2016-cı il tarixli ikinci müqavilə üzrə isə 20 000 ABŞ dolların Cavabdeh2 verilmsinə icazə vermiş, sonuncu isə hər iki müqavilə üzrə öhdəliklərini 7 gün müddətinə icra etməyi öhdəsinə götürmüşdür.
8. Bundan başqa, yuxarıda sadalanan kredit müqavilələri və bank qarantiyası müqaviləsinin təminatı olaraq Bankla digər cavabdehlər – Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Zamin (Cavabdeh2) arasında ipoteka müqaviləsi və sonrakı ipoteka müqavilələri bağlanmışdır.
9. 10.09.2014-cü tarixdə Bank, Borcalan (Cavabdeh1 MMC) və Zamin (Cavabdeh2 - bu müqavilə üzrə Borcalan və İpotek qoyan adlandırılmışdır) arasında 001 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu ipoteka müqaviləsi - xx.xx.2012-ci il tarixli, 1xx/xx/1710/10 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 16%-lə verdiyi 1 000 000 manat kredit xəttinin; xx.xx.2013-cü il tarixli, 1xx/xx/2745/13 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 16%-lə verdiyi 313 000 avro məbləğində bərpa olunmayan kredit xəttinin; xx.xx.2014-cü il tarixli, 1xx/xx/3095/14 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 16%-lə verdiyi 450 000 avro məbləğində kredit xəttinin; xx.xx.2013-cü il tarixli, LG-AZERTUN-CB-86 saylı bank qarantiyası müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci il tarixədək verdiyi 960 000 avro məbləğində qarantiyanın; xx.xx.2015-ci il tarixli, 1xx/xx/80244/14 saylı kredit müqaviləsinə müvafiq olaraq, bu müqavilə üzrə Bankın Borc alanlar qismində Cavabdeh2 və Cavabdeh1 MMC-yə xx.xx.2015-ci tarixədək illik 16%-lə verdiyi 200 000 manat məbləğində kredit xəttinin təminatı məqsədilə bağlanmışdır. Bu müqavilə üzrə ipoteka predmeti Zaminə məxsus olan ünvan 1 ünvanında isitfadədə olan 0,44718 ha torpaq sahəsində yerləşən 3772,9 kv.m.-dən ibarət əmlak kompleksi kimi müəssisə (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) olmuşdur. İpoteka predmeti olan sözügedən əmlak kompleksi kimi müəssisənin dəyəri 1 500 000 manat müəyyən edilmişdir.
10. xx.xx.2014-cü il tarixdə Bank və Borc alanlar – Cavabdeh1 MMC və Cavabdeh2 arasında 001 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu sonrakı ipoteka müqaviləsi - xx.xx.2012-ci il tarixli, 1xx/xx/1710/12 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 1 000 000 manat kredit xəttinin; xx.xx.2013-cü il tarixli, 1xx/xx/2745/13 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 313 000 avro məbləğində bərpa olunmayan kredit xəttinin; xx.xx.2014-cü il tarixli, 1xx/xx/3095/14 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 450 000 avro məbləğində kredit xəttinin; xx.xx.2013-cü il tarixli, LG-AZERTUN-CB-86 saylı bank qarantiyası müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci il tarixədək illik 3% ödəmək şərtilə verdiyi 960 000 avro məbləğində qarantiyanın; xx.xx.2015-ci il tarixli, 1xx/xx/80244/14 saylı kredit müqaviləsinə müvafiq olaraq, bu müqavilə üzrə Bankın Borc alanlar qismində Cavabdeh2 və Cavabdeh1 MMC-yə xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 200 000 manat məbləğində kredit xəttinin və xx.xx.2014-cü il tarixli, 1xx/xx/3438/14 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 1 000 000 ABŞ dolları məbləğində kredit xəttinin təminatı məqsədilə bağlanmışdır. Bu müqavilə üzrə də ipoteka predmeti Zaminə məxsus olan ünvan 1 ünvanında isitfadədə olan 0,44718 ha torpaq sahəsində yerləşən 3772,9 kv.m.dən ibarət əmlak kompleksi kimi müəssisə (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) olmuşdur. Bu sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin dəyəri isə 2 500 000 manat müəyyən edilmişdir.
11. xx.xx.2014-cü il tarixdə Bankla Borc alanlar – Cavabdeh1 MMC və Cavabdeh2 və ipteka qoyan Cavabdeh5 arasında 1/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu sonrakı ipoteka müqaviləsi xx.xx.2012-ci il tarixli, 1xx/xx/1710/12 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana (Cavabdeh1 MMC-yə) xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 1 000 000 manat kreditin vaxtında qaytarılmasının təmin etmək məqəsdilə xx.xx.2012-ci il tarixli 1 saylı sonrakı ipoteka müqaviləsinə müvafiq olaraq, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 95,66 kv.m.-dən ibarət 81 saylı mənzilin təkrar ipotekaya qoyulması ilə bərabər, 9 və 10-cu bənddə göstərilən ipoteka müqavilələrinə müvafiq olaraq alınmış kredit vəsaitlərinin qaytarılmasının təmiantı olaraq Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 95,66 kv.m.-dən ibarət 81 saylı mənzilin təkrar ipotekaya qoyulması məqsədilə bağlanmışdır. Bu sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin dəyəri 63 000 manat müəyyən edilmişdir.
12. xx.xx.2014-cü il tarixdə Bank, Borc alan (Cavabdeh1 MMC) və bu müqavilə üzrə borc alan və ipoteka qoyan adlandırılan Cavabdeh2 (Zamin) arasında 2/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu sorakı ipoteka müqaviləsi xx.xx.2012-ci il tarixli, 1xx/xx/1710/12 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana (Cavabdeh1 MMC-yə) xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 1 000 000 manat kreditin vaxtında qaytarılmasının təmin etmək məqəsdilə xx.xx.2012-ci il tarixli 2 saylı sonrakı ipoteka müqaviləsinə müvafiq olaraq, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində istifadədə olan 0,056 ha topraq sahəsində yerləşən 136 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 235 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin təkrar ipotekaya qoyulması ilə bərabər, qətnamənin 9 və 10-cu bənddə göstərilən ipoteka müqavilələri əsasında alınmış kredit vəsaitlərinin qaytarılmasının təminatı olaraq Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində istifadədə olan 0,056 ha topraq sahəsində yerləşən 136 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 235 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin təkrar ipotekaya qoyulması məqsədilə bağlanmışdır. Bu sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan sözügedən qeyriyaşayış sahəsinin dəyəri 220 000 manat müəyyən edilmişdir.
13. Bundan sonra xx.xx.2014-cü il tarixli, 001, 1/1 və 2/1 saylı sonrakı ipoteka müqavilələrinə əlavə sazişlər bağlanmışdır.
14. xx.xx.2014-cü il tarixli, 001 saylı sonrakı ipoteka müqaviləsi üzrə xx.xx.2015-cü il tarixdə Bank, Borc alan (Cavabdeh1 MMC) və bu müqavilə üzrə borc alan və ipoteka qoyan adlandırılmış Cavabdeh2 (Zamin) arasında 01 saylı əlavə saziş bağlanmışdır. Bu sazişə əsasən xx.xx.2014-cü il tarixli, 001 saylı sonrakı ipoteka müqaviləsinin 1-ci bəndinin 1.1 və 1.2-ci yarımbəndlərinə dəyişiklik edilmişdir. Bu əlavə saziş xx.xx.2012-ci il tarixli, 1xx/xx/1710/12 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2016-cı tarixədək illik 15%-lə verdiyi 1 275 000 ABŞ dolları kredit xəttinin; xx.xx.2013-cü il tarixli, 1xx/xx/2745/13 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 313 000 avro məbləğində bərpa olunmayan kredit xəttinin; xx.xx.2014-cü il tarixli, 1xx/xx/3095/14 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2016-cı tarixədək illik 15%-lə verdiyi 450 000 avro məbləğində kredit xəttinin; xx.xx.2013-cü il tarixli, LG-AZERTUN-CB-86 saylı bank qarantiyası müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci il tarixədək illik 3% ödəmək şərtilə verdiyi 960 000 avro məblğində qarantiyanın; xx.xx.2015-ci il tarixli, 1xx/xx/80244/14 saylı kredit müqaviləsinə müvafiq olaraq, bu müqavilə üzrə Bankın Borc alan Cavabdeh1 MMC-yə, borc alan və ipoteka qoyan Cavabdeh2 xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 200 000 manat məbləğində kredit xəttinin və xx.xx.2014-cü il tarixli, 1xx/xx/3438/14 saylı kredit müqaviləsinə müvafiq olaraq Bankın Borc alana xx.xx.2015-ci tarixədək illik 15%-lə verdiyi 1 000 000 ABŞ dolları məbləğində kredit xəttinin təminatı məqəsdilə bağlanmışdır. Bu müqavilə üzrə də ipoteka predmeti Zaminə məxsus olan ünvan 2 ünvanında isitfadədə olan 0,44718 ha torpaq sahəsində yerləşən 3772,9 kv.m.dən ibarət əmlak kompleksi kimi müəssisə (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) müəyyən edilmişdir.
15. xx.xx.2014-cü il tarixli, 1/1 saylı sonrakı ipoteka müqaviləsi üzrə xx.xx.2015-cü il tarixdə bu əlavə saziş üzrə üzrə Bank, Borc alanlar - Cavabdeh1 MMC və Cavabdeh2 (Zamin) və ipoteka qoyan Cavabdeh5 arasında 01 saylı əlavə saziş bağlanmışdır. Bu əlavə sazişlə xx.xx.2014-cü il tarixli, 1/1 saylı sonrakı ipoteka müqaviləsinin 1-ci bəndinin 1.1 və 1.2-ci yarımbəndlərinə və 2-ci bəndinin 2.1-ci yarımbəndinə dəyişiklik edilmişdir. Bu əlavə saziş qətnamənin 14-cü bəndində göstərilən kredit müqavilələri üzrə verilmiş kredit vəsaitlərinin qaytarılmasının təminatı məqəsdilə bağlanmışdır. Bu əlavə saziş üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 95,66 kv.m.-dən ibarət 81 saylı mənzilin təkrar ipotekaya qoyulmuş və ipoteka predmetinin dyəri 140 000 manat müəyyən edilmişdir.
16. Həmçinin, xx.xx.2014-cü il tarixli, 2/1 saylı sonrakı ipoteka müqaviləsi üzrə xx.xx.2015-cü il tarixdə bu əlavə saziş üzrə üzrə Bank, Borc alan (Cavabdeh1 MMC), borc alan və ipoteka qoyan adlandırılmış Cavabdeh2 arasında 01 saylı əlavə saziş bağlanmışdır. Bu əlavə sazişlə xx.xx.2014-cü il tarixli, 2/1 saylı sonrakı ipoteka müqaviləsinin 1-ci bəndinin 1.1 və 1.2-ci yarımbəndlərinə və 2-ci bəndinin 2.1-ci yarımbəndinə dəyişiklik edilmişdir. Bu əlavə saziş qətnamənin 14-cü bəndində göstərilən kredit müqavilələri üzrə verilmiş kredit vəsaitlərinin qaytarılmasının təminatı məqəsdilə bağlanmışdır. Bu əlavə saziş üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində istifadədə olan 0,056 ha topraq sahəsində yerləşən 136 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 235 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin təkrar ipotekaya qoyulması məqsədilə bağlanmışdır və ipoteka predmetinin dəyəri 300 000 manat müəyyən edilmişdir.
17. Bundan sonra, Bank, Borc alan (Cavabdeh1 MMC), ipoteka qoyanlar – Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu sonrakı ipoteka müqaviləsi qətnamənin 14-cü bəndində göstərilən kredit müqavilələri üzrə verilmiş kredit vəsaitlərinin, eyni zamanda Bankla Borc alan (Cavabdeh1 MMC) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LG-AZERTU-GE-02 saylı qarantiya müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək, illik 3% ödəmək şərtilə verilmiş 150 000 ABŞ dolları məbləğində kreditin qaytarılmasının təminatı məqəsdilə bağlanmışdır. Bu sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 95,66 kv.m.-dən ibarət 73 saylı mənzil və Cavabdeh4 məxsus olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 52,3 kv.m.-dən ibarət 98 saylı mənzil təkrar ipotekaya qoyulmuş və bu müqavilə üzrə ipoteka predmeti olan mənzillərin ümumi dəyəri 190 000 manat müəyyən edilmişdir.
18. Həmçinin, məhkəmə tərəfindən ipoteka predmeti olan mənzillərin, qeyri-yaşayış sahəsi və əmlak kompleksi kimi müəssisənin qiymətləndirilməsi keçirilmiş, “X17” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə hesabatlarına əsasən ünvan 1 ünvanında isitfadədə olan 0,44718 ha torpaq sahəsində yerləşən 3772,9 kv.m.dən ibarət əmlak kompleksi kimi müəssisənin (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) bazar dəyəri 2 650 000 manat, likvid dəyəri 2 300 000 manat; Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində istifadədə olan 0,056 ha topraq sahəsində yerləşən 136 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 235 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 750 000 manat, likvid dəyəri 670 000 manat; Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 52,3 kv.m.-dən ibarət 98 saylı mənzilin bazar dəyəri 59 000 manat, likvid dəyəri 53 000 manat; Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 95,66 kv.m.dən ibarət 73 saylı mənzilin bazar dəyəri 116 000 manat, likvid dəyəri 105 000 manat və Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136 saylı binada yerləşən, ümumi sahəsi 95,66 kv.m.-dən ibarət 81 saylı mənzilin bazar dəyəri 120 000 manat, likvid dəyəri 108 000 manat müəyyən edilmişdir.
19. Bundan başqa, iddiaçının vəsatəti əsasında ipoteka predmetləri olan əmlak kompleksi kimi müəssisənin və qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirilməsi həyata keçirilmiş, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında isitfadədə olan 0,44718 ha torpaq sahəsində yerləşən 3772,9 kv.m.-dən ibarət əmlak kompleksi kimi müəssisənin (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) bazar dəyərinin 3 772 900 manat, likvid dəyərinin 3 395 610 manat, Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində istifadədə olan 0,056 ha topraq sahəsində yerləşən 136 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 235 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyərinin 987 000 manat, likvid dəyərinin isə 893 000 manat olması müəyyən edilmişdir.
20. Əzizağa Hüeynov (Zamin) xx.xx.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə baxışı zamanı iddiaçının ərizəsi əsasında onun hüquqi varisləri olan qanun üzrə vərəsələri – Rəfiqə Hüseynova, Cavabdeh5, Mətanət Hüseynova və Cavabdeh4 cavabdehlər qismində cəlb edilmişlər.
21. Qeyd edilənlərdən əlavə, iddiaçı ilə tərəflər arasında bir neçə məhkəmə mübahisələri olmuşdur. Cavbdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 iddiaçıya qarşı ipoteka qoyanlar olaraq onlara göndərilmiş xx.xx.2017-ci il tarixli bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, bu qətnamədən Bank tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmiş, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti isə AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
22. Bundan başqa, Cavabdeh1 MMC-nin (Borc alan) iddiaçıya qarşı xx.xx.2013-cü il tarixli, LG-AZERTUN-CB-86 saylı bank qarantiyası ilə Borc alanın üzərinə qoyulmuş kredit öhdəliyinə xitam verilməsi, Bankla Borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 6 saylı əlavənin ləğv edilərək Borc alanın ABŞ dolları ilə öhdəliyinə xitam verilməsi, həmin kredit müqaviləsinə əsasən borc öhdəliyinin Azərbaycan manatı ilə müəyyən edilməsinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan manatı ilə müəyyən edilməsinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli ləğv edilərək Borc alanın iddiası təmin edilməmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
23. İddiaçı Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 13 mart 2013-cü il tarixli LG-AZERTUN-CB-86 saylı qarantiya müqaviləsi üzrə 960 000 manat məbləğində əsas borc, 52.327,39 avro məbləğində faiz borcu, 401.920 avro məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 308.925.61 avro məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 1.723.173 avro məbləğində pulun; 27 fevral 2014cü il tarixli 1xx/xx/3095/14 saylı kredit müqaviləsi üzrə 252.231,11 avro məbləğində əsas borc, 36.050,44 avro məbləğində faiz borcu, 89.586,63 avro məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 82.285,47 avro məbləğində hesablanmış faiz borcu, ümumilikdə 460.153.65 avro məbləğində pulun; 22 fevral 2012-ci il tarixli 1xx/xx/1710/12 saylı kredit müqavilələri üzrə 1.271.941 ABŞ dolları məbləğində əsas borc, 162.388,92 ABŞ dolları məbləğində faiz borcu, 381.3467,52 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 415.857,64 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 2.231.655,08 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanını qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 vərəsələri X1, Cavabdeh5 Əzizaağa qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, 1xx/xx/3438/14 saylı kredit müqaviləsi üzrə 554.525,99 ABŞ dolları məbləğində əsas borc, 65.200 ABŞ dolları məbləğində faiz borcu, 343.862,77 ABŞ dolları məbləğində cərimə, AR MM-nin 445.7-ci maddəsinə əsasən 189.700,26 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, ümumilikdə 1.153.289,02 ABŞ dolları məbləğində pulun Cavabdeh1 MMC-dən tutulması, tutmanın Cavabdeh1 MMC-dən, Cavabdeh2 vərəsələri - X1, Cavabdeh5 Əzizaağa qızından, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında istifadədə olan əmlak kompleksi kimi müəssisinə (“Azərtunelixtisassutikinti” idarəsi), Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 1-ci mərtəbəsində 235.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 73 saylı mənzilinə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 98 saylı mənzilinə və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 81 saylı mənzilinə yönəldilməsi, qeyd edilən əmlaklarşn açıq hərracdan satılması, satəşdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi, həmin vəsait borcuntam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərərdən tutulması, əmlak satıldıqdan sonra ipoteka qoyanlar və onlarla birlikdə yaşayan ailə yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə iddia ərizəsi (iddia ərizəsinin dəqiqləşdirilməsi barədə son ərizə) ilə məhkəməyə müraciət etmişdir.
24. İddiaçı sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində QSC «Bank Standard» KB ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü tarixli LG- AZERTUN-CB-86 saylı qarantiya müqaviləsi üzrə 960.000 Avro məbləğində əsas borc, 52.327,39 Avro məbləğində faiz borcu, 401.920 Avro məbləğində cərimə borcu, AR MMnin 445.7-ci maddəsinə əsasən 308.925,61 Avro məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 1.723.173 Avro məbləğində pulun: 27 fevral 2014-cü /7 tarixli 1xx/xx/3095/14saylı kredit müqaviləsi üzrə 252.231,11 Avro məbləğində əsas borc, 36050,44 Avro məbləğində faiz borcu, 89.586,63 Avro məbləğində cərimə borcu, AR MMnin 445.7-ci maddəsinə əsasən 82.285,47 Avro məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 460.153,65 Avro məbləğində pulun; 22 fevral 2012-ci il tarixli 1xx/xx/1710/12 saylı kredit müqavilələri üzrə 1.271.941 ABŞ dolları məbləğində əsas borc, 162.388,92 ABŞ dolları məbləğində faiz borcu, 381.467,52 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 415.857,64 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 2.231.655,08 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, QSC «Bank Standard» KB ilə Cavabdeh1 MMC arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 1xx/xx/3438/14 saylı kredit müqaviləsi üzrə 554.525,99 ABŞ dolları məbləğində əsas borc, 65200 ABŞ dolları məbləğində faiz borcu, 343.862,77 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 189.700,26 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 1.153.289,02 ABŞ dolları məbləğində pulun Cavabdeh1 MMC-dən tutulması, tutmanın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 vərəsələri - X9, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında istifadədə olan əmlak kompleksi kimi müəssisinə (“Azərtunelixtisassutikinti” idarəsi) yönəldilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 vərəsələri - X9, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 1-ci mərtəbəsində 235.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 vərəsələri - X9, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 73 saylı mənzilinə və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 98 saylı mənzilinə yönəldilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 vərəsələri - X9, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 81 saylı mənzilinə yönəldilməsi, qeyd edilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bank ilə Cavabdeh1 MMC arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/1710/12 sayl/ müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yə illik 18 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 700.000 manat məbləğində kredit xətti açılmış, daha sonra həmin kredit müqaviləsinə bağlanmış xx.xx.2013-cü il tarixli 03 saylı əlavə sazişə əsasən kredit xəttinin məbləğinə 300.000 manat əlavə edilərək, 1.000.000 manat məbləğində müəyyən edilmiş, xx.xx.2015-ci il tarixli 06 saylı əlavə sazişə əsasən isə 1xx/xx/1710/12 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit xətti 1.275.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bundan başqa, Bank ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/3095/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yə illik 16 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 450.000 Avro məbləğində kredit xətti verilmişdir. Eyni zamanda, Bank ilə Cavabdeh1 MMC arasında xx.xx.2013-cü il tarixində LG-Azertun-CB- 86 saylı Qarantiya müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yə illik 24 faiz ödənilməsi şərti ilə 960.000 Avro məbləğində kredit verilmişdir. Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zaminlə xx.xx.2014-ci il tarixli 1xx/xx/3095/14 saylı, xx.xx.2013-cü il tarixli LG-AZERTUN-CB-86 saylı, xx.xx.2012-ci il tarixli 1xx/xx/1710/12 saylı zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqavilələri əsasında xx.xx.2014-ci il tarixli 1xx/xx/3095/14 saylı, 13 mart 2013cü il tarixli LG-AZERTUN-CB-86 saylı, xx.xx.2012-ci il tarixli 1xx/xx/1710/12 saylı Kredit Müqavilələrinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, Bank ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/3438/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yə illik 15 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Əmlak kompleksi kimi müəssisəs (“Azərtunelixtisassutikinti”) idarəsi xx.xx.2015-ci il tarixli saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai -ayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 1-ci mərtəbəsində 235.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini xx.xx.2015-ci il tarixli saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 73 saylı mənzilini xx.xx.2015-ci il tarixli saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir.Cavabdeh4 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 98 saylı mənzilini 16 sentyabr 2015ci il tarixli saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ooteka ilə yüklü etmişdir. Cavabdeh X10 tam mülkiyyət hüququ ilə ona məxsus olan 3akı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 81 saylı mənzilini 16 sentyabr 2015ci il tarixli saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ooteka ilə yüklü etmişdir. Lakin Cavabdeh1 MMC-nin öz üzərinə götürdüyü Kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1xx/xx/1710/12 saylı kredit müqaviləsi üzrə 1.271.941 ABŞ dolları məbləğində əsas borc, 174.153.63 ABŞ dolları məbləğində faiz borcu, 387.3,49.88 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-njn 445.7-ci maddəsinə əsasən 95.219.74 ABŞ dolları məbləğində hesablanrmş faiz borcu, ümumilikdə isə 1.928.664.25 ABŞ dolları məbləğində borcu; 1xx/xx/3095/14 saylı kredit müqaviləsi üzrə 274.927.27 Avro məbləğində əsas borc, 36050.44 Avro məbləğində faiz borcu, 89.586.63 Avro məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 20.388.12 Avro məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 420.952.46 Avro məbləğində borcu, 1xx/xx/3438/14 saylı kredit müqaviləsi üzrə 722.752.72 ABŞ dolları məbləğində əsas borc, 65.200 ABŞ dolları məbləğində faiz borcu, 343.862.77 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 65.046.24 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, ümumilikdə sə 1.196.861.73 ABŞ dolları məbləğində borcu, LG-AZERTUNEL-CB-86 saylı qarantiya müqaviləsi üzrə 960.000 Avro məbləğində əsas borc, 57.600 Avro məbləğində faiz borcu, 401.920 Avro məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən 66.931.66 Avro məbləğində hesablanmış faiz borcu, ümumilikdə isə 1.486.451.66 Avro məbləğində borcu qalmışdır.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
26. Cavabdeh1 MMC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qed etmişdir ki, 13 mart 2013-cü il tarixli qarantiya müqaviləsi üzrə iddiaçının borc kimi hesab etdiyi tələb edilən məbləğlər və tələbin özü əsassızdır. Çünki, qarantiya müqaviləsi kredit müqaviləsi deyil və onun hüquqi nəticələri qanunla başqa formada və əsaslarla müəyyən edilmişdir. Liviya Respublikasının Tripoli şəhərində “Garabulli balıqtutma limanının” tikintisi məqsədilə dənizin dibinin dərinləşdirilməsi və balıq təsərrüfatı üçün tikinti-quraşdırma işlərinin icrasına dair podratçı Polşa Respublikasının Varşava şəhərində fəaliyyət göstərən "xxxx" ilə sifarişçi Liviya Respublikasının Dəniz Nazirliyi arasında əsas podrat müqaviləsi bağlanmışdır. Podratçı "xxxx" öz növbəsində Azərbaycan Respublikasının hüquqi şəxsi Borc alanla xx.xx.2010-cu il tarixli subpodrat müqaviləsi bağlamışdır. Subpodrat müqaviləsinə əsasən Borc alan “Garabulli balıqtutma limanında” geologiya tədqiqatının aparılması şərtilə dəniz dibinin dərinləşdirilməsi işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Subpodrat müqaviləsi üzrə iş həcminin qiyməti müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq 3.200.000 avro məbləğində müəyyən edilmişdir. Borc alan müqavilənin icrasına başlayıb bir sıra işlər gördükdən sonra podratçıdan 960.000 avro vəsait ilkin ödənişi tələb etmişdir. Bu məbləğin ödənilməsini təmin etmək məqsədilə podratçı bank qarantiyasını istəmişdir. Bankla 6 ay müddətinə xx.xx.2010-cu il tarixli bank qarantiyası müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank 960.000 avro məbləğə dair "xxxx" benefisiara bank qarantiyası vermişdir. Müqavilənin müddəti bir neçə dəfə 2013-cü il aprelin 15-dək uzadılmışdır. Lakin 2013-cü il martın 13-də müddətin bitməsinə 1 ay qalmış eyni məbləğə yeni müqavilə tərtib edilmişdir. Müqavilənin müddəti 2013-cü il sentyabrın 21-dək müəyyən edilmiş, sonradan 2016-cı il aprelin 14-dək uzadılmışdır. Borc alan subpodrat müqaviləsinin icrasına başlamaq məqsədilə 4.000.000 manatdan çox qiymətləndirilən müxtəlif ağır texnikanı daşıyaraq obyektə yerləşdirmişdir. Bundan sonra dərhal işə başlayaraq 1.912.430,80 avro; 20.785 ABŞ dolları və 1740 manat məbləğində müxtəlif avadanlıqlar almış və qeyri xərclər çəkmiş, o cümlədən 243.858,90 avro məbləğində isə iş həcmini icra etmişdir. 2011-ci ilin əvvəlində Liviya Respublikasında başlamış və indiyədək davam edən vətəndaş müharibəsilə əlaqədar işlərin icrasını dayandırmağa məcbur olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2011-ci il 17 mart tarixli 1973 nömrəli bəyənnaməsindən aydın olur ki, Liviya Respublikasında başlamış vətəndaş müharibəsilə əlaqədar ölkəyə gediş-gəliş məhdudlaşdırılmış, daşımalar və icra dayandırılmış, bir sıra digər tədbirlərin görülməsi qərara alınmışdır. Bu bəyənnamə ilə həmin ölkədə fövqəladə vəziyyət elan edilmişdir. Fövqəladə vəziyyət ilə əlaqədar Borc alan baş podratçı "xxxx" şirkətinə göndərdiyi 08 iyul 2011-ci il tarixli 331 nömrəli məktubla baş vermiş itkilər barədə məlumat vermiş, avandanlığın və texnikanın qorunub saxlanmasını xahiş etmişdir. Sonuncunun xx.xx.2011ci il tarixli 26/MF/2621/11 nömrəli məktubla cavabından aydın olur ki, o, müvafiq tədbirlərin görüləcəyi barədə öhdəlik götürmüşdür. Qarant bank Azərbaycan Respublikası MM-in 484.1, 485.1, 485.2 və 486.2-ci maddələrinin tələblərini, eləcə də qarantiya müqaviləsinin 3.1, 4.1.2, 4.1.3, 4.2.1, 4.2.2 və 4.2.4-cü bəndlərinin şərtlərini pozmaqla 960.000 avro vəsaiti benefisiarın hesabına köçürmədiyi halda, prinsipialın üzərinə kredit öhdəliyi qoyaraq, guya benefisiarın hesabına ödənilmiş məbləği ondan tələb edir. Prinsipialın üzərinə kredit öhdəliyinin qoyulması barədə bank ona yazılı məlumat verməmiş və kredit öhdəliyi, onun mühüm şərtləri, o cümlədən müddəti göstərilməklə kredit müqaviləsi bağlanmamışdır. Bu müqavilə olmadığı halda, cavabdeh borclu, iddiaçı isə kreditor hesab edilə bilməz. Qarantiya müqaviləsində “kreditə keçid” müddəası kredit müqaviləsini əvəz edə bilməz, çünki həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən: “Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman, həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait tərəflərin qarşılıqlı maraqları və s. nəzərə alınmalıdır.” Odur ki, qarantiya müqaviləsində “kreditə keçid” müddəasını, müqaviləyə daxil etmiş bankın ziyanına təfsir etmək lazımdır. Bank öhdəliyin şərtlərini birtərəfli qaydada dəyişərək, qeyrimüəyyən qaydada kredit öhdəliyinə keçmişdir. Bank qarantiyası müqaviləsi birtərəfli əqd olmaqla, yalnız qarantın iradəsini ifadə edir. Cavabdeh1 MMC bank qarantiyası müqaviləsində tərəf qismində çıxış etmədiyinə görə bu müqavilə ilə əlaqədar onun üzərinə öhdəlik də qoyula bilməz. Qeyd etmək vacibdir ki, qarantiya müqaviləsinin 7.1-ci bəndində fövqəladə vəziyyət (fors-major) halları və şərtləri sadalanır. Lakin mörtərizədə “qarantiya ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməsi istisna olmaqla” qeyd edilmişdir. Müqavilənin 7-ci bəndində sadalanan fövqəladə hallardan birinin baş verməsilə əlaqədar müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi nəzərdə tutulduğu halda, ondan istisnalar qanunun göstərilən normasının tələblərinə ziddir. Qarantiya vermiş bank prinsipiala münasibətdə bazarda üstün mövqe tutduğuna görə MM-in 14.2.9-cu maddəsilə qanunun tanıdığı və qəbul etdiyi müddəaya zidd olaraq, müqavilənin 7-ci bəndində prinsipialın ziyanına olan şərti müqavilədə göstərməkdə haqlı olmamışdır. Borc alanla Bank arasında bağlanmış 2012-ci il 22 fevral tarixli kredit müqaviləsinə əsasən Borc alana illik 18%-lə 12 ay müddətinə 700.000 manat kredit xətti verilmişdir. Sonradan müqavilənin müddəti daha bir il uzadılmış və 300.000 manat əlavə kredit verilmişdir. Kredit müqaviləsi üzrə verilmiş cəmi 1.000.000 manat kreditin müddəti 2015-ci il fevralın 22-dək, sonradan faiz dərəcəsi isə 15 faiz müəyyən edilmişdir. Borclu Cavabdeh1 MMC 2015-ci il 23 yanvar tarixli 27 nömrəli məktubla kreditor banka müraciət edərək, borc öhdəliyinin müddətini bir il, yəni 2016-cı il fevralın 22-dək uzatmağı xahiş etmişdir. Bu müraciətdən istifadə edən cavabdeh bank öz təşəbbüsü ilə birtərəfli qaydada 2015-ci il fevralın 20-də müqaviləyə 6 nömrəli əlavə tərtib edərək, borclu tərəfə bildirmişdir ki, əsas müqavilə üzrə borcu yalnız ABŞ dollarına dəyişdirmək şərtilə müqavilənin müddəti bir il uzadıla bilər. Pul vahidinin məzənnəsinin dəyişəcəyini bilmədiyinə və dolların 0,22 manat ucuz olduğuna görə borclu tərəf kreditorun bu təklifilə razılaşmışdır. Müqaviləyə dəyişiklik imzalandıqdan sonra ertəsi gün ABŞ dollarının məzənnəsi dəyişərək artmışdır. Aldandığını bilən borclu müəssisənin rəhbəri dərhal, yəni 2015-ci il fevralın 24-də Borc alan 63 nömrəli məktubla mövcud dəyişikliyin edilməsinə yazılı etirazını bildirmiş və müqaviləyə 6 nömrəli əlavənin ləğvini tələb etmişdir. Müraciətə cavab verilməmişdir. Bankın ləğv edilməsi haqqında qərar qəbul edildikdən sonra Cavabdeh1 MMC yenidən banka, yəni ləğvediciyə 28 dekabr 2015-ci il tarixli 474 nömrəli məktubla eyni tələblə müraciət etmişdir. Ləğvedici isə bu tələbə münasibət bildirməmişdir. Borclu 17 may 2016-cı il tarixli 196 nömrəli və 17 noyabr 2016-cı il tarixli 340 nömrəli tələbin qeydə alınması haqqında məktubla ləğvediciyə daha iki dəfə müraciət etmişdir. Bank, bazarda üstün mövqeyindən sui-istifadə edib, borclunu aldadaraq onun üçün son dərəcə əlverişsiz şərtlərlə müqaviləyə dəyişiklik edilməsinə nail olmuşdur. Borclunun borc öhdəliyini icra edə bilməyərək müddətin uzadılması haqqında kreditora müraciət etməsi və sonuncunun bundan sui-istifadə edərək müqavilənin dəyişdirilməsinə nail olması ağır şərtli əqd hesab edilməklə MM-in 339.1-ci maddəsinə əsasən mübahisələndirilə bilər. Çünki, MM-in 339.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyi hallar barədə susmuşsa, digər tərəf aldadılmış hesab edilir.
Məhkəmə iclasında verilən izahatlar:
27. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
28. Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi, habelə Cavabdeh4, X2, Cavabdeh3 qzının vəkili yazılı etirazına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
29. Digər cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
33. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
36. Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik müqaviləsinə xitam verilir.
37. Maddə 478. Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
38. Maddə 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir.
39. Maddə 479.2. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.
40. 484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir.
41. 484.2. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləş-dirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir.
42. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
43. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (istinad edilən maddələr xx.xx.2018-ci il tarixədək qüvvədə olan məzmundadır)
44. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
45. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
46. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
47. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
48. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
49. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
56. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
57. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla Borc alan arasında 3 – xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2014-cü tarixli kredit müqavilələri bağlanmışdır. Birinci iki kredit müqaviləsinə, həm kreditin məbləğinin artırılması, həm də müddəti ilə bağlı (xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ilə bağlı əlavə olaraq kreditin valyutasının Azərbaycan manatından ABŞ dollarına dəyişməsi ilə bağlı) bir neçə əlavə sazişlər bağlanmışdır. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş sonuncu 06 saylı əlavə sazişlə kredit müqaviləsinin həm məbləği artırılmış, həm də valyutası dəyişdirilərək 1 275 000 ABŞ dolları, illik faiz dərəcəsi 15%, müddəti isə xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. xx.xx.2014-cü tarixdə bağlanmış kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 02 saylı əlavə sazişə əsasən kreditin illik faiz drəcəsi 15%, müddəti isə uzadılaraq xx.xx.2016-cı il müəyyən edilmişdir. Hər üç kredit müqaviləsinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Hətta, Borcalanın iddiaçıya qarşı Bankla aralarında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 6 saylı əlavənin ləğv edilərək Borc alanın ABŞ dolları ilə öhdəliyinə xitam verilməsi barədə iddiası məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 6 saylı əlavə saziş tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən və qanunla müəyyən edilmiş qaydada müqavilənin şərtlərinin dəyişdirilməsi qaydasına əməl olunmaqla bağlanmışdır.
58. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
59. Şərh edilənlərdən də göründüyü kimi, Bank müqavilə ilə müəyyən edilmiş öhdəliyini yerinə yetirərək pul vəsaitini verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Borc alan aldığı krediti ödəniş qrafikinə uyğun Banka tam qaytarmamaqla öhdəliyini pozmuşdur.
60. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh X16 müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh Rəşad Rəhimzadə göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı hər üç kredit müqaviləsi üzrə borcun qismən qaytarılmasını tələb etməkdə haqlıdır.
61. Məhkəmə Bankla Borc alan arasında xx.xx.2013-cü il tarixdə bağlanmış LG- AZERTUN-CB-86 saylı bank qarantiyası müqaviləsi ilə bağlı qeyd edir ki, cavabdehlərin vəkili və nümayəndəsi iddiaçının bu müqavilə üzrə ümumiyyətlə iddianı qəbul etmir və etirazını 2 dəlillə əsaslandırır. Etirazın birinci dəlili ondan ibarətdir ki, Borc alan bu müqavilə üzrə heç bir məsuliyyət daşımır, çünki Liviya Respublikasının Tripoli şəhərində “Garabulli balıqtutma limanının” tikintisi məqsədilə dənizin dibinin dərinləşdirilməsi və balıq təsərrüfatı üçün tikinti-quraşdırma işlərinin icrasına dair podratçı Polşa Respublikasının Varşava şəhərində fəaliyyət göstərən "xxxx" Şirkəti ilə Borc alan arasında xx.xx.2010-cu il tarixdə bağlanmış subpodrat müqaviləsi üzrə işlərə başlanılaraq ilkin işlər yerinə yetirilsə də, 2011-ci ilin əvvəlində Liviya Respublikasında başlamış və indiyədək davam edən vətəndaş müharibəsilə əlaqədar işlərin icrasını dayandırmağa məcbur olmuşdur ki, bu da subpodrat müqaviləsi ilə fors major hal hesab edilir.
62. Etirazın ikinci dəlili isə ondan ibarətdir ki, Qarant bank qanunvericiliyin tələblərini, eləcə də qarantiya müqaviləsinin şərtlərini pozmaqla 960.000 avro vəsaiti benefisiarın hesabına köçürmədiyi halda, prinsipialdan onu tələb edir. Prinsipialın üzərinə kredit öhdəliyinin qoyulması barədə bank ona yazılı məlumat verməmiş və kredit öhdəliyi, onun mühüm şərtləri, o cümlədən müddəti göstərilməklə kredit müqaviləsi bağlanmamışdır. Bu müqavilə olmadığı halda, cavabdeh borclu, iddiaçı isə kreditor hesab edilə bilməz.
63. İşin fatiki halları sadalanarkən qeyd edilmişdir ki, əvvəllər Borc alanın iddiaçıya qarşı mübahisələndirilən bank qarantiyası ilə Borc alanın üzərinə qoyulmuş kredit öhdəliyinə xitam verilməsi barədə iddiasına baxılmış və AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin mübahisəyə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, Bank tərəfindən benefisiar "xxxx" Şirkətinin xeyrinə qarantiya müqaviləsi üzrə 960.000 avro pul vəsaitinin Bankın Commerzbank AGdə olan hesabından silinməsi barədə sonuncuya Swift vasitəsi ilə xx.xx.2015-ci il tarixdə məktub ünvanlanmışdır (eyni zübutlar hazırkı mülki işə də əlavə edilmişdir). Fors-major halın olmasına dair həmin işə baxan məhkəmə qeyd etmişdir ki, hər iki tərəf Azərbaycan Respublikasında qeydiyyatda olmaqla fors-major halının baş verməsinə dair sübut təqdim etmədiyinidən bağlanmış subpodrat müqaviləsində nəzərdə tutulan fors-major halları Azərbaycan Respublikasında müəyyən edilmədiyindən, həmin müqavilədə nəzərdə tutulan şərtlər bank qarantiyası müqaviləsinin tərəflərinə aid edilə bilməz. Eyni zamanda, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarında birinci dəlil üzrə də qarantiyiya müqaviləsi üzrə Borc alanın öhdəliyinə xitam verilməsi üçün əsasların olmadığı qənaətinə gəlinmişdir.
64. Şərh edilənlərdən də, göründüyü kimi, cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məslələrə başqa bir məhkəmə mübahisəsi zamanı baxılaraq hüquqi qiymət verilməsi, AR MPM-nin 82.3-cü maddəsinin tələbi baxımından, eyni fakitiki halların hazırkı mübahisə üzrə yenidən araşdırılması və sübuta yetirilməsi zərurətini aradan qaldırmış olur.
65. Məhkəmə hesab edir ki, həm kredit müqavilələri həm də bank qarantiya müqaviləsi üzrə iddia cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır.
66. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
67. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq həddən artıq şişirdilmiş həddə tələb edilir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimənin 25.438 ABŞ dolları, xx.xx.2013-cü il tarixli bank qarantiyası müqaviləsi üzrə cərimənin 19.200 avro, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimənin 5.044 avro, xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə cərimənin 11.090 ABŞ dolları məbləğində tutulmasını daha ağlabatan hesab edir.
68. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi illik 5% məbləğində cərimənin tutulması hissəsində də qismən əsaslıdır.
69. İşin yuxarıda şərh edilən hallarından da görünür ki, Bankla Borc alan arasında bağlanmış həm kredit müqavilələri, həm də bank qarantiyası müqaviləsi, eləcə də həmin müqavilələrə edilmiş əlavə sazişlərə (xx.xx.2014-cü il tarixli kredit müqaviləsi isisna olmaqla) əsasən, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il, xx.xx.2013-cü il tarixli bank qarantiyası müqaviləsinin müddəti 14.04.216-cı il, xx.xx.2014cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il və xx.xx.2014-cü tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il müəyyən olunsa da, Borc alan öhdəliyini yerinə yetirməyərək müqavilə müddəti bitdikdən sonrakı müddətdə də borcunu tam ödəməmişdir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
71. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
72. Lakin məhkəmə qeyd edir ki, göstərilən hissədə iddia tələbi mahiyyətcə əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir. Belə ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra da iddia ərizəsinin həcminin artırılması barədə ərizəsində faiz formasında hesablanmış zərərin artırılmasına da tələb etsə də, məhkəmə hesab edir ki, bu formada hesablanmış pul vəsaiti iddiaçının ilk dəfə məhkəməyə müraciət edərkən təqdim etdiyi Maliyyə arayışlarında göstərilən qaydada hesablanmasını daha ağlabatan hesab edir. Bu halda, müqavilə müddəti bitdikdən sonra illik 5% nisbətində hesablanmış faiz məbləği xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 95219,74 ABŞ dolları, xx.xx.2013-cü il tarixli bank qarantiyası müqaviləsi üzrə 121.463,63 avro, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 18.663,3 avro və xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə 47640,96 ABŞ dolları pulun tutulması hissəsində təmin edilməlidir.
73. Məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh2 vərəsələrinə münasibətdə iddia qismən təmin edilməlidir.
74. Öncə məhkəmə kredit (xx.xx.2014-cü il tarixli kredit müqaviləsi istisna olmaqla) və bank qarantiyası müqaviləsi üzrə zamin olmuş mərhum Cavabdeh2 vərəsələrinin onun zamin olduğu öhdəliyin vərəsəlik qaydasında keçib-keçməməsi ilə baağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə xx.xx.2018-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
75. Göründüyü kimi, ölmüş zamin vərəsələrinin kreditor qarşısında varislərinin hötürdüyü həm əsas, həm faiz, həm də öhdəliyin təminatı üsulu kimi tələb olunan digər ödənişlərinin ödənilməsinə görə məzuliyyət daşıması qanunvericiliklə müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yalnız xx.xx.2013-cü il tarixli bank qarantiyası müqaviləsi üzrə zamin olmuş mərhum Cavabdeh2 vərəsələri olan cavabdehlərin (Cavabdeh1 MMC istisna olmaqla) iddiaçı qarşısında məsuliyyəti yaranmışdır.
76. Belə ki, işin şərh edilən faktiki hallarından görünür ki, xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə 6 dəfə əlavə saziş bağlanmış, xx.xx.2015-ci il tarixdə bağlanmış sonucu 06 saylı əlavə sazişlə kredit müqaviləsinin 2-ci bəndinin 2.1 və 2.3-cü yarımbəndlərinə dəyişiklik edilərək kredit xəttinin 1 275 000 ABŞ dolları olması müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə isə 3 dəfə əlavə saziş bağlanmış və xx.xx.2014-cü il tarixdə edilmiş 03 saylı əlavə sazişlə görə Zamin (Cavabdeh2) xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 1 000 000 ABŞ dolları məbləğində verilən kredit xəttinin (faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin) xx.xx.2015-ci il tarixədək Banka qaytarılması barədə cavabdehliyi öz üzərinə götürmüşdür. Göründüyü kimi, xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə edilmiş sonuncu dəyişikliklə kreditin həm məbləği həm də valyutası dəyişsə də, (valyutanın dəyişməsi eyni zamanda kredit öhdəliyinin həcminin artmasına da səbəb olmuşdur) bununla bağlı xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməmişdir.
77. Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsaslarından biri kimi nəzərdə tutulur ki, zaminliyin təmin etdiyi öhdəliyin zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
78. Eyni hal xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi ilə bağlı da baş vermişdir. Belə ki, xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə iki dəfə əlavə saziş bağlanmış, xx.xx.2015-ci il tarixdə bağlanmış 2 saylı əlavə sazişlə kredit müqaviləsinin müddəti uzadılaraq qaytarılması üçün son tarix xx.xx.2016-cı il müəyyən edilsə də, bununla bağlı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməmişdir.
79. Şərh edilən halları nəzərə alaraq məhkəmə belə qənatə gəlir ki, sözügedən kredit müqavilələri üzrə həm kreditin məbləği, həm müddəti, həm də valyutasında edilmiş dəyişilik zaminin məsuliyyətinin həcminin artmasına, eləcə də onun üçün digər əlverişsiz nəticələrə səbəb olma ehtimalı ilə nəticələnə bilsə də, bununla bağlı zaminlik müqaviləsinə dəyişiklik edilməklə zaminin razılığının alınmaması zaminlik müqaviləsinin xitamı ilə nəticələndiyindən həm xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsi, həm də xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 vərəsələri - Rəfiqə Hüseynova, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 həmin zaminlik müqavilələri üzrə iddiaçı qarşısında heç bir məsuliyyət daşımır. Bu səbəbdən də, sözügedən bu kredit müqavilələri üzrə borcun göstərilən vərəsələrdən müştərək qaydada tutulması iddia təmin edilə bilməz.
80. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitdən borcun və digər xərclərin ödənilməsi, satışda əldə olunmuş vəsait kredit borcuna yönəldilməsinə və borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun cavabdehlərdən tutulması, əmlak satıldıqdan sonra ipoteka qoyanlar və onlarla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay müddətində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən çıxarılmaları hissəsində də iddia təmin edilməlidir.
81. Qeyd edilən tələblərdən tələbin ipoteka predmetinə yönəldilməsi və onun realizəsinə dair tələblərlə bağlı məhkəmə qeyd edir ki, kredit müqavilələrinin və bank qarantiyası müqaviləsinin təminatı olaraq Bankla cavabdehlər arasında ipoteka müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır (Rəfiqə Hüseynova ilə ipoteka müqaviləsi bağlanmasa da, o, Cavabdeh2 məxsus əmlak kompleksi və qeyri-yaşayış sahəsi üzrə vərəsədir). O da işin mübhisəsiz halıdır ki, Borc alan alınmış kreditləri vaxtında qaytarmamaqla öhdəliyini pozmuşdur. Bu halda “İpoteka haqqında” AR Qanunun yuxarıda göstərilən müddəlarına əsasən iddiaçının 79-cu bənddə göstərilən iddianı irəli sürmək üçün hüququ əsaslar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən yaranmış olur. Həmin müddəalarda da göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
82. Məhkəmə bu iddia tələbinin “ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar” müddəası ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının 02/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadının 13 və 14-cü əndlərində qeyd edilir ki, “təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3- cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. İpoteka müqaviləsi kredit müqaviləsinin deyil, digər müqavilələrin (podrat və s.) təminatı üçün bağlandığı hallarda isə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki vəzifənin reallaşması üçün mütləq ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalıdırlar”.
83. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi həmin əmalkları açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Bu zaman ünvan 1 ünvanında istifadədə olan əmlak kompleksi kimi müəssisənin (“Azərtunelixtisassutikinti” idarəsi) likvid dəyəri 3 395 610 manat, bazar dəyəri 3 772 900 manat, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 1ci mərtəbəsində 235.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 893 000 manat, bazar dəyəri 987 000 manat, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 73 saylı mənzilin likvid dəyəri 105 000 manat, bazar dəyəri 116 000 manat, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 98 saylı mənzilin likvid dəyərinin 53 000 manat, bazar dəyəri 59 000 manat və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 81 saylı mənzilin likvid dəyərinin 108 000 manat, bazar dəyərinin isə 120 000 manat olması nəzərə alınmalıdır.
84. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisəbətinə müvafiq olaraq məhkəmə xərcləri tərəflər arasında bölünməlidir. Belə ki, iki ekspertiza xərci üzrə - 100 manat iddiaçıdan, 100 manat isə cavabdelərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə, 110,85 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 26%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
85. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Ləğv prosessində olan QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında bağlanmış – 22 fevral 2012-ci il tarixli, 1xx/xx/1710/12 saylı kredit müqaviləsi üzrə 1.271.941 ABŞ dolları məbləğində əsas borc, 162.388,92 ABŞ dolları məbləğində faiz borcu, 25.438 ABŞ dolları məbləğində cərimə, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 95.219,74 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 1.554.987,66 ABŞ dolları məbləğində pul, 27 fevral 2014-cü il tarixli, 1xx/xx/3095/14 saylı kredit müqaviləsi üzrə 251.651,31 avro məbləğində əsas borc, 36.050,44 avro məbləğində faiz borcu, 5044 avro məbləğində cərimə, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 18.663,3 avro məbləğində faiz borcu, ümumilikdə 311.409.05 avro məbləğində pulun, 05 noyabr 2014cü il tarixli, 1xx/xx/3438/14 saylı kredit müqaviləsi üzrə 529.362,27 ABŞ dolları məbləğində əsas borc, 62.488 ABŞ dolları məbləğində faiz borcu, 11090 ABŞ dolları məbləğində cərimə, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 47.640,96 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 650.581,23 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MMC-dən, 13 mart 2013-cü il tarixli LG-AZERTUN-CB-86 saylı qarantiya müqaviləsi üzrə 960 000 manat məbləğində əsas borc, 52.327,39 avro məbləğində faiz borcu, 19.200 avro məbləğində cərimə, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 121.463,63 avro məbləğində faiz borcu, ümumilikdə isə 1.152.991,02 avro məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 vərəsələri X1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Ləğv prosessində olan "xxxx" KB QSC-nə ödənilsin. Tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında istifadədə olan əmlak kompleksi kimi müəssisyə (“Azərtunelixtisassutikinti” idarəsi), Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 1-ci mərtəbəsində 235.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 73 saylı mənzilinə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 98 saylı mənzilinə və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 81 saylı mənzilinə yönəldilsin. ünvan 1 ünvanında istifadədə olan əmlak kompleksi kimi müəssisənin (“Azərtunelixtisassutikinti” idarəsi) likvid dəyəri 3 395 610 manat, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 1-ci mərtəbəsində 235.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 893 000 manat, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 73 saylı mənzilin likvid dəyəri 105 000 manat, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 98 saylı mənzilin likvid dəyəri 53 000 manat, və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 136 nömrəli binanın 81 saylı mənzilin likvid dəyəri 108 000 manat olmaqla, açıq hərracdan satılsın, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilsin, həmin vəsaitin ödənilməsi borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği cavabdehlərərdən müştərək qaydada tutularaq Ləğv prosessində olan "xxxx" KB QSC-nə ödənilsin. İpoteka predmeti olan həmin əmlaklar (qeyri-yaşayış sahələri və mənzillər) satıldıqdan sonra ipoteka qoyanlar və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər ipoteka predmeti olan mənzildən məcburi qaydada çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 100 manat hissəsi ləğv prosesində olan "xxxx" KB QSC-dən, 100 manat hissəsi isə Cavabdeh1 MMC-dən, Cavabdeh2 vərəsələri X1, Cavabdeh5 Əzizaağa qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı