Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4008/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00484 nömrəli barışıq sazişi şərtlərinin alimentə dair hissəsini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə 2946 saylı qeydlə maraqlı şəxslə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Qeyd etmişdir ki, maraqlı şəxslə nikahları faktiki pozulmuşdur, maraqlı şəxslə aralarında nikahın pozulması, aliment və uşaqla ünsiyyət ilə bağlı keçirilmiş mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bildirmişdir ki, barışıq sazişi alimentə dair hissədə maraqlı şəxs tərəfindən könüllü icra edilmir. Belə ki, maraqlı şəxs öz öhdəliklərini icra etməyərək aliment tam ödəmir. Bu səbəbdən barışıq sazişinin aliment hissəsinin təsdiq olunmasına zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında izahatında ərizənin təmin edilməsini xahiş etdi, barışıq sazişi imzalanan zaman aliment istəmiş və vəkil tərəfindən sazişə əlavə olunmuşdur, hazırda isə ona aliment ödənilmir. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, alimenti tam olaraq ödəyə bilmir, çalışdığı qədər ödəmişdir, son aylarda şəxsi problemlərinə görə alimenti ödəyə bilməmişdir. Hal-hazırda taksi fəaliyyəti ilə məşğuldur. Maşını qəzaya uğrayıb deyə, xərcləri çox olduğu üçün əlavə pul yığa bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər X3 ilə Maraqlı şəxs arasında bağlanmış 8 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00484 saylı Barışıq sazişinin 3-cü maddəsində qeyd olunmuş barışığın şərtlərindən görünür ki, tərəflər razılaşır ki, bu saziş imzalandıqdan sonra Birinci tərəf: X1 tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: X3 ilə ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək Birinci tərəf: X3 (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) hər uşaq 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öhdəlik götürür. Barışıq sazişinin 4-cü maddəsində qeyd olunmuş barışığın şərtlərindən görünür ki, tərəflər razılaşır ki, bu saziş imzalandıqdan sonra Birinci tərəf: X1 tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf X6 tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: X3 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə qeyd olunan Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Abdullayeva (Balcanova) Nəzrin Etibar qızına xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimenti ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə alimentin ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə 8 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Birinci tərəf: Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs saziş imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək Birinci tərəf: Abdullayeva (Balcanova) Nəzrin Etibar qızına (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) hər uşaq 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öhdəlik götürür.
3. Birinci tərəf: Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı saziş imzalandıqdan sonra İkinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf X6 tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır.
4. İkinci tərəf: Maraqlı şəxs saziş imzalandıqdan sonra Birinci tərəf: Abdullayeva (Balcanova) Nəzrin Etibar qızı ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür.
Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva