Məhkəmə qərarları › İş №2(011)-4014/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4014/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4014/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, ərizəçinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1961-ci il tarixində anadan olmuş həyat yoldaşı X9 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X17 1986-cı il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan üç övladları X10, X16 və X13 anadan olmuşlar. X7 uzun müddətdir ki, nevroloji və ürək çatışmazlığından əziyyət çəkirdi və qəfıldən 31 dekabr 2024-cü il tarixində vəfat etmişdir. Əri X1 qəbirstanlığında dəfn olunmuşdur. X3 ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət olunsa da imtina olunmuş və şəhadətnamə verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1961-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuşdur. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə Bağırova (nikahdan sonra Abbasova) Kamilə Cabbar qızı arasında xx.xx.1987-ci il tarixində 16 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, xx.xx.2024-cü il tarixində X11 meyiti aşkar edilmişdir. İş materiallarında olan 26 nömrəli Şəhər Poliklinikasının 22 nömrəli xx.xx.2025-ci il tarixli, 18-1-1-92/2-280/2025 saylı məktubundan görünür ki, X11 poliklinikaya ölümə səbəb xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-162/15 saylı məktubundan görünür ki, X18 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. “Sədərək” Xeyriyyə Cəmiyyətinin 02/25 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən, xx.xx.1961-ci ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş mərhum X18 31 dekabr 2024-cü ildə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında qeyd etmişdir ki, hadisə bayram günü 31 dekabrda baş vermişdir. Həyətə çıxaraq görüblər ki, mərhum elə avtomobildə oturaq vəziyyətdə qalıb. Sonra yaxınlaşanda görüblər ki, artıq kişi keçinib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında qeyd etmişdir ki, bayram günü idi, axşam saat 4 ya 5 idi. Kişini görüb salamlaşıblar. Yarım saatdan sonra görüblər ki, maşında yuxulu kimidir. Qapını döyüb, sonra sındırıblar. TTY çağırıblar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X9 xx.xx.2024cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X9 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X9 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixində Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş X9 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar