Məhkəmə qərarları › İş №2(011)-4027/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4027/2022

21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4027/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1968-ci il təvəllüdlü həyat yoldaşı X6 xx.xx.2022-ci il tarixində dünyasını dəyişmişdir. Belə ki, iddiaçı həyat yoldaşı dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X7 stansiyanı çağırmış, xəstənin vəziyyəti barədə xəbərdar etmişdir. Lakin Təcili və X7 stansiyası gəldikdə həyat yoldaşı artıq dünyasını dəyişmişdi. Buna görə də Təcili və X8 stansiyasının 7 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. İddiaçı qeyd edir ki, yaxın qohumlarının iştirakı ilə mərhum həyat yoldaşı X1 rayon İHB-nın Hacıəlibəy kənd İƏD-si üzrə nümayəndəliyinin Arzu kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Həmin qəbiristanlıqdan arayış və foto şəkillər ərizəyə əlavə edilmişdir. İddiaçı həyat yoldaşının dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmiş. Belə ki, ilk öncə ölüm haqqında şəhadətnamənin alınması üçün zəruri hesab edilən sənədin, ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi üzrə X5 “Bakı şəhər Bakı Baş Səhiyyə Mərkəzi X18 38 nömrəli şəhər Poliklinkası tərəfindən iddiaçıya təqdim edilməsini xahiş etsə də, poliklinika tərəfindən həmin sənədin (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra, həyat yoldaşı X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhər 6 saylı Asan Xidmətində Qeydiyyat Şöbəsi müraciət etmiş, lakin müraciətinə xx.xx.2022-ci il tarixli 05/Q-9561/15 saylı məktubla imtina edilmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İddiaçı bildirir ki həyat yoldaşı X3 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlər həyata keçinilməsi mümkün deyildir. Ərizəçi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə ilə müraciət edərək məhkəmədən, həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” X9 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 17889506 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuşdur. İş materiallarında olan “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X18 38 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 51 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 ünvan 1mədov küçəsi, 4 saylı evin, 109 saylı mənzil ünvanında qeydiyyatda olmuş, vətəndaş xx.xx.1968-ci il təvəllüdlü X4 ölüm haqqında sənəd (forma 106) verilə bilməmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 stansiyasının 7 saylı yardımçı stansiyası tərəfindən verilmiş 014 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixində saat 12:19-da X3 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-9561/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz rayonu İHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 417 saylı arayışdan görünür ki, X6 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmiş və xx.xx.2022-ci tarixdə Xaçmaz rayonu Arzu kənd qəbirsitanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, anası X2 xx.xx.2022-ci tarixində Bakı şəhərində vəfat etmiş və xx.xx.2022-ci il tarixində Xaçmaz rayonunda dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X2 xx.xx.2022-ci tarixində Bakı şəhərində vəfat etmiş və xx.xx.2022-ci il tarixində Xaçmaz rayonunda dəfn olunmuşdur Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi yoldaşı xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 18 yanvar 1968-ci il təvəllüdlü X3 21 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar