Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-403/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı kredit müqaviləsi üzrə X1 Banka olan 16.114,31 ABŞ dolları əsas, 3.023,41 ABŞ dolları faiz və 12.202,81 ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 31.340,53 ABŞ dolları məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəflərindən ödənilmiş 31 manat rüsum və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat rüsumun tutulması, həmin məbləğin ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan (ƏMDKDƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********35-05101-093008, Qeydiyyat nömrəsi 110712201, Seriya MH ******* olan xx xxxxxx 2007-ci il tarixli Çıxarışa əsasən) Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən-kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olnan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu Cavabdeh1) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla, 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən –kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixinə kimi əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 3.885,69 ABŞ dolları, faiz borcundan isə 3.023,41 ABŞ dolları ödəniş etmişdir. Hal-hazırda borclu Cavabdeh1 İddiaçı ASC-yə 16.114,31 ABŞ dolları əsas, 3.023,41 ABŞ dolları faiz və 12.202,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 31.340,53 ABŞ dolları təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar Cavabdeh1 dəfələrlə müraciət olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 16.281,64 ABŞ dolları əsas, 3.031,65 ABŞ dolları faiz borcu, 12.202,81 ABŞ dolları cərimə borcu, həmçinin illik 5% olmaqla hesablanmış 667.09 ABŞ dolları borcun, həmçinin ipotekaya tutma yönəldilməsinə dair tərəflərindən ödənilməmiş 30 manat xərcin və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən-kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olnan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla, 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli İK 1583-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən –kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Öhdəliyin icrası ilə bağlı bank tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçininhesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5584 saylı ekspert rəyindən görünür ki, müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 16.281,64 ABŞ dolları, faiz borcu 1.205,96 ABŞ dolları olmuşdur. Cavabdeh1 tərəfindən xx xxxxxx 2018-ci il tarixdən 932,35 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Məhkəmə rəyə digər sübutlarla müqayisəli şəkildə qiymət verərək həmin rəyi sübut qismində qəbul etmişdir. Həmin rəydə müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 16.281,64 ABŞ dolları müəyyən edilmişdir. Cavabdehin müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixdən sonra 932.35 ABŞ dolları məbləğində ödəniş etməsi nəzərə alınaraq, məhkəmə, cavabdeh X2 əsas borca görə 15.349,29 ABŞ dolları məbləğində pul tutulmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehdən 3.031,65 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etsə də, ekspert rəyində cavabdehin müqavilə müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixə olan faiz borcu hesablanmışdır. Odur ki, məhkəmə cavabdehdən ekspert rəyi ilə müəyyən edilmiş 1.205,96 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını ağlabatan hesab etmişdir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinəəsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 12.202,81 ABŞ dolları dəbbə məbləği tənasübsüz surətdə yüksək məbləğdə olduğundan həmin məbləğ azaldılaraq 200 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 667.09 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş mənzilin açıq hərracdan satılması və əldə edilmiş məbləğ hesabına cavabdehin borcunun İddiaçı ASC-yə ödənilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq digər Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində yerləşən 8 saylı 9 mərtəbəli binanın 88 saylı mənzilipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində yerləşən 8 saylı 9 mərtəbəli binanın 88 saylı mənzilinin bazar dəyəri 80.000 manat müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəylərini araşdıraraq belə hesab edir ki, qeyd edilən mənzilin lokasiyasını və kvadrat metrini nəzərə aldıqda mənzilin cavabdeh tərəfindən təqdim edilmiş müstəqil ekspert rəylərində qeyd edilən 130, 132 və 135 min manat dəyərinin olması həqiqəti əks etdirmir. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş müstəqil ekspert rəyləri ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəyin kifayət qədər fərqli olması da cavabdeh tərəfindən təqdim edilmiş müstəqil ekspert rəylərində əks olunan qiymətin şişirdilmiş olması qənaətinə gəlməyə imkan verir. Odur ki, məhkəmə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş mənzilinin bazar dəyərinin 80.000 manat olması ilə bağlı rəyin sübut qismində qəbul edilməsini məqbul hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2015-ci il tarixli İK1583-05 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 15.349,29 ABŞ dolları əsas borc, 1.205,96 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, illik beş faiz olmaqla hesablanmış 667.09 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.422,34 ABŞ dollarıödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 30 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələbCavabdeh2 məxsus olan və xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha topraq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən –kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzilə yönəldilməli və həmin mənzil açıq hərracdan satılmalı, realizə edilmiş mənzilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı Açıq SəhmdarCəmiyyətinəolanborcuödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 290 manatdır. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat və ipotekaya tutma yönəldilməsinə dair iddiaçı tərəfindən ödənilmiş 30 manat Cavabdeh1 alınıb İddiaçı ASCyə ödənilməli, iddia tələbi qismən təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 290 manatın 54 manatı iddiaçıya aid edilməli, qalan 236 manat pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2015-ci il tarixli İK1583-05 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 15.349,29 (on beş min üç yüz qırx doqquz dollar iyirmi doqquz sent) ABŞ dolları əsas borc, 1.205,96 (bir min iki yüz beş dollar doxsan altı sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə, illik beş faiz olmaqla hesablanmış 667.09 (altı yüz altmış yeddi dollar doqquz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.422,34 (on yeddi min dörd yüz iyirmi iki dollar otuz dörd sent) ABŞ dollarıödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 məxsus olan və xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsində istifadədə olan 0.125 ha topraq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən –kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 88 nömrəli mənzilə yönəldilsin və həmin mənzil açıq hərracdan satılsın, realizə edilmiş mənzilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 290 manatın 54 manatı iddiaçıya aid edilsin, qalan 236 manat pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolleiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-403/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-403/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver