Məhkəmə qərarları › İş №2(011)-4055/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4055/2025

04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4055/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X10 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1983-cü il tarixində anadan olmuş həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı xx.xx.1983-cü il təvəllüdlü X3 Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda vərəsəliyin müəyyənləşdirilməsi, dəfn pulunun alınması üçün həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölüm faktının təstiq edən tibbi sənəd olmadığı üçün mərhum həyat yoldaşı X2 adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X14 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin materialları: İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1983-cü ildə anadan olmuş, onun atası X5, anası isə X4. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ovçiyeva (nikahdan sonra Qəhrəmanova) Günay Mustafa qızının xx.xx.2024-cü il tarixdə 1098 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X15 Stansiyasının xx.xx.2025-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 8 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2025-ci il tarixində X2 meyiti aşkar edilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər X8 64 saylı, xx.xx.2025-ci il tarixli arayışana əsasən, mərhum X3 xx.xx.2025-ci tarixində vəfat etmiş və xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər Hacı Zeynalabdin qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar sahəsinin 61 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən X1 rayonu, M.Muxtarov küçəsi ev 101 ünvanında anası X6 məxsus mənzildə qeydiyyatsız yaşayıb. xx.xx.2025-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan 7 nömrəli ASM-nin 34 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinə heç bir vaxt xəstəliklə müraciət etmədiyinə görə həkim terapevt tərəfindən ölüm haqqında arayış verilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X9 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-285-/2025 saylı məktubundan görünür ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi qonşusunun yoldaşı olub. Etibar çox yaxşı uşaq idi. Mərifətli, təmiz uşaq idi. Heç kimlə işi olmazdı. Zəhmətkeş idi. Çalışırdı ki, işləsin, ailəsini saxlasın. Təzə övladı da dünyaya gəlmişdi. Yasamal rayonu, Murtuza Muxtarov ünvanında yaşayırlar. Valideyni də həmin ünvanda qalır. Tez-tez gəlib orda qalırdı. Yoldaşı da dağ tərəfdə qalırdı, ora gedibgəlirdi. Həmin gün o işdən gəlmişdi. Təzəcə oturub yemək yeyirdi. O da həyətdə maşın saxlayır deyə çölə kamera qoşdurub. Yeməyini yeyə-yeyə kameraya baxırdı. Onda görüb ki, həmişəki kimi, normal şəkildə gəlib evə girib. Bacısı onun rəfiqəsi olub. O ora gəlin köçüb. O gəlin köçəndə bacısı hələ orda yaşayırdı, ailə həyatı qurmamışdı. Üstündən çox keçməmişdi ki, ona zəng etdi ki, Etibar evə gəlib, anası zəng vurub deyib ki, özünü pis hiss edib, uzanıb yerdə qalıb. Anası da yaşlı qadındır. Oyadır, oyada bilmir. Xahiş etdi ki, düşüb kömək etsin. Yoldaşı da evdə idi. Dedi ki, gəl birlikdə düşək. İkisi də aşağı düşəndə artıq oğlan yerdə üzü üstə uzanmışdı. Adını çağırıblar, oyatmağa çalışıblar, oyanmayıb. Nəbzini yoxlayıb, görüb ki, nəbzi atmır. Rəngi də get-gedə qaralırdı. Bacısı zəng etdi ki, vəziyyəti nədir. Deyib ki, vəziyyəti yaxşı deyil, nəbzi də atmır. Oyada bilmirik. Təcili yardım çağıraq. Elə həmin dəqiqə də təcili yardım çağırmışlar. Təcili yardım gələndə artıq vəfat etmişdi. Təcili yardım əməkdaşları dedi ki, böyük ehtimal infakt keçirib. Sonradan bacısı da gəldi. O da həkimlərə dedi ki, əlinizdən gələni edin. Həkimlər dedilər ki, artıq dünyasını dəyişib. Biz ona heç bir müdaxilə edə bilmərik. Sonra polisə zəng vurdular. Sahə polisi də gəldi, mövcud vəziyyəti soruşdu. Yenə həkimlər dedilər ki, böyük ehtimal infakt keçirib. Həkim bunu şifahi formada desə də, yazılı şəkildə yazmayıb. Sənəddə yazıblar ki, biz gələndə oğlan artıq dünyasını dəyişmişdi. Problem də bundan yaranıb. Onlara da polis bildirib ki, ekspertizaya aparsınlar, orda müayinə olsun. Ailəsi istəməyib ekspertizanın keçirilməsini. Həkim də onlara izah etməyib ki, ekspertiza keçirilməsə sənəddə yazılmayacaq. Onlar sonradan polis, xəstəxanaya da müraciət ediblər. Deyiblər ki, artıq sənəddə yazılıb, dəyişiklik etmək mümkün deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixində Bakı şəhərində anadan olmuş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar