Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4063/2021 07.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində cəlb etdiyi, 1938-ci il təvəllüdlü X17 27.03.2003-cü ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113, mənzil 17-də, 1938-ci il tarixli X8 29.10.2017-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113, mənzil 17-də, 1968-ci il təvəllüdlü X19 07.10.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113, mənzil 17-də və 1975-ci il təvəllüdlü X20 10.02.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113, mənzil 17-də vəfat etmələri faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X32 ərizəçinin bibisi Mirzəyeva (İsrafilova) Gülxanım Əlimurad qızı arasında Qaradağ Qeydiyyat Bürosunda 09.09.1967-ci ildə rəsmi nikah bağlanmış, həmin nikah bağlanması haqqında akt qeydləri kitabında 231 nömrə ilə qeyd edilmişdir. Qaradağ Qeydiyyat Bürosu tərəfindən onlara 09.09.1967-ci il tarixdə AZ N:052812 saylı Evlənmək haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə 16.07.1968-ci il tarixdə X35 və 12.02.1975-ci il tarixdə X36 adlı övladları dünyaya gəlmişdir. Birgə nikah dövründə X21 Azərbaycan İcra Komitəsinin Bakı şəhər Xalq Deputatları İdarəsi tərəfindən 12.02.1984-cü il Xətai rayonu, Gəncə prospekti 113, 3 otaqlı, 17 saylı mənzil verilmişdir. Bu fakt Azərbaycan İcra Komitəsinin Bakı şəhər Xalq Deputatları İdarəsi tərəfindən verilmiş 12.02.1984-cü il tarixli 198795 saylı Orderlə öz təsdiqini tapmışdır. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi tərəfindən Xətai rayonu, Gəncə prospekti 113, 3 otaqlı, 17 saylı mənzil bağlı X17 1995-ci ilin sentyabr üçün heç bir borcun olmaması barədə 17.09.1995-ci il tarixli 0089 saylı Maliyyə vəziyyəti haqqında Arayış da verilmişdir. Belə ki, 1938-ci il təvəllüdlü X32 27.03.2003-cü il tarixdə dünyasını dəyişmişdir. Bu fakt Bakı şəhər, Təcili və X28 Stansiyası 7 saylı yardımçı stansiyasının 28.03.2003-cü il tarixli 183 saylı arayışla öz təsdiqini tapmışdır. Bibisi 1938-ci il tarixli Mirzəyeva (İsrafilova) Gülxanım Əlimurad qızı 29.10.2017-ci il tarixdə dünyasını dəyişmişdir. Bu fakt Qaradağ rayon, Qobustan rayon Bələdiyyəsi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli 161 saylı Arayışla öz təsdiqini tapmışdır. Bibisi oğlu 1968-ci il təvəllüdlü X35 07.10.2020-ci il tarixdə dünyasını dəyişmişdir. Bu fakt Bakı şəhər, Təcili və X28 Stansiyası 7 saylı yardımçı stansiyasının 07.10.2020-ci il tarixli 143 saylı, həmçinin Xətai rayon Prokurorluğunun 07.10.2020-ci il tarixli 05-101 saylı Arayışları ilə öz təsdiqini tapmışdır. Bibisi oğlu 1975-ci il təvəllüdlü X36 10.02.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Bu fakt Bakı şəhəri Təcili və X28 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi ilə öz təsdiqini tapmışdır. Həmçinin Qaradağ rayon, Qobustan rayon Bələdiyyəsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 137 saylı Arayışla öz təsdiqini tapmışdır. Birgə nikah dövründə dünya gəlmiş 16.07.1968-ci il tarixdə X35 və 12.02.1975-ci il tarixdə X36 evli olmamışlar. X4 bacı və qardaşı olmamışdır. Lakin, X2nın yeganə X9 adlı qardaşı yəni ərizəçinin atası olmuşdur. X6 X9 ilə qardaş olması faktı X24 rayon zaks bürosu tərəfindən verilmiş 29 fevral 1952-ci il tarixli doğum şəhadətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, X6 X3 doğum haqqında şəhadətnamələrinə baxdığımız zaman atalarının X14 analarının isə X15 olduğunu görmək mümkündür. X1 10.09.2005-ci il tarixdə dünyasını dəymişdir. Bu fakt Qaradağ rayon VVADQ tərəfindən verilmiş Ü7.10.2005-ci il tarixli AZ 168778 saylı Ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. X17, X6, X19 və X20 ölüm haqqında şəhadətnamələrinin götürülməsi zərurəti yaranmışdır. Bununla bağlı olaraq Maraqlı şəxsnə rəsmi olaraq müraciət edilmişdir. Lakin, Maraqlı şəxs 07.04.2021-ci il tarixli 05/11-1052 saylı cavab məktubları ilə X17, Mirzəyeva (İsrafilova) Gülxanım Əlimurad qızının, X19 və X20 ölüm haqqında şəhadətnamələrinin verilməsindən imtina etmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Buna görə də ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, ИЕ seriyalı 258195 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X32 1938-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. ИЖ seriyalı 038153 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X13 06.10.1938-ci il tarixdə Xızı rayonunda doğulmuşdur, atası X14, anası X10r. АЗ seriyalı 052812 nömrəli “Evlənmək haqqında şəhadətnamə”yə əsasən X32 və X6 nikahının bağlanması barədə 09.09.1967-ci il tarixdə 231 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. ИЗ seriyalı ******* nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X35 16.07.1968-ci il tarixdə Qaradağ rayonunda doğulmuşdur, atası X32, anası X11r. İİ-ЖГ seriyalı 494385 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X36 12.02.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X32, anası X11r. ИE seriyalı 666839 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X9 1930-cu il tarixdə Dəvəşi rayonunda doğulmuşdur, atası X14, anası X10r. İ-ИE seriyalı 345790 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən Ərizəçi xx.xx.1958-ci il tarixdə Dəvəçi rayonunda doğulmuşdur, X1dur AZ-İ seriyalı 168778 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X9 10.09.2005-ci ildə Bakı şəhərində ölmüşdür. 7 saylı X43 Stansiyası tərəfindən verilmiş 28.03.2003-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, 27.03.2003-cü il tarixdə saat 22:22-də X17 meyidi aşkar edilmişdir. 7 saylı X43 Stansiyası tərəfindən verilmiş 07.10.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, 07.10.2020-ci il tarixdə saat 07:54-də X19 meyidi aşkar edilmişdir. 20 saylı X43 Stansiyası tərəfindən verilmiş 10.02.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, 10.02.2021-ci il tarixdə saat 00:30-da X20 meyidi aşkar edilmişdir. Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 161 nömrəli arayışına əsasən X13 29.10.2017-ci il tarixdə rəhmətə getmiş və Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Qaraaltı Qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 02.06.2021-ci il tarixli 326 nömrəli arayışına əsasən X35 07.10.2020-ci il tarixdə rəhmətə getmiş və Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Qaraaltı Qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 11.02.2021-ci il tarixli 137 nömrəli arayışına əsasən X36 10.02.2021-ci il tarixdə rəhmətə getmiş və Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Qaraaltı Qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 118 nömrəli arayışına əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113, mənzil 17-də qeydiyyatda olmuş 2003-cü ildə vəfat etmiş 1938-ci il təvəllüdlü X21, 2017-ci ildə vəfat etmiş 1938-ci il təvəllüdlü X12, 2020-ci ildə vəfat etmiş 1968-ci il təvəllüdlü X25 və 2021-ci ildə vəfat etmiş 1975-ci il təvəllüdlü X26 ölüm haqqında (forma 106) sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 07.04.2021-ci il tarixli, 05/11-1052 nömrəli, 07 nömrəli məktublardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən X19, X6, X17, X20 ölümün qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında qeyd etmişdir ki, o, ərizəçinin kürəkənidir. Gülxanım atasının əmisi qızı, qaynatasının bibisidir. X2 yaşlı qadın idi. 29.10.2019-cu il tarixində vəfat etmişdir. X5 öldüyünü mərhumun oğlanları zəng edərək bildirmişdir. Mərhumun dəfn mərasimində iştirak etmişdir. Qobustan qəbiristanlığında dəfn edilmişdir. Bundan əlavə onun digər qohumları X32 27.03.2003-cü ildə, X35 07.10.2020-ci ildə və X36 10.02.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bu şəxslər spirtli içki aludəçisi olmaqla, tənha həyat tərzi sürdüklərinə görə onların ölməsi barədə şəhadətnamə alınmamışdır. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə 1938-ci il təvəllüdlü X17 27.03.2003-cü ildə Bakı şəhərində, 06.10.1938-ci il təvəllüdlü X8 29.10.2017-ci ildə Bakı şəhərində, 16.07.1968-ci il təvəllüdlü X19 07.10.2020-ci ildə Bakı şəhərində və 12.02.1975-ci il təvəllüdlü X20 10.02.2021-ci ildə Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X32, X16, X35 və X20 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə sonuncuların ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1938-ci il təvəllüdlü X17 27.03.2003-cü ildə Bakı şəhərində, 06.10.1938-ci il təvəllüdlü X8 29.10.2017-ci ildə Bakı şəhərində, 16.07.1968-ci il təvəllüdlü X19 07.10.2020-ci ildə Bakı şəhərində və 12.02.1975-ci il təvəllüdlü X20 10.02.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4063/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4063/2021
07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver