Məhkəmə qərarları › İş №2(011)-4072/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4072/2022

06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4072/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 6 Saylı Bakı “ASAN xidmət” mərkəzini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.1967-ci il təvəllüdlü X5 xx.xx.2022-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1967-cı il təvəllüdlü X8 xx.xx.2022ci il tarixdə dünyasını dəyişmişdir. Mərhumun vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X7 Stansiyası çağırılmış, xəstənin vəziyyəti barədə məlumat verilmişdir. Lakin Təcili və X7 Stansiyası gəldikdə X8 artıq dünyasını dəyişmişdi. Buna görə də Təcili və X7 Stansiyasının 7 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Onun vəfatından sonra Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi dəfn mərasimindən sonra ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. İlk öncə ölüm haqqında şəhadətnamənin alınması üçün zəruri hesab edilən sənədin, ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi üzrə X4 “Bakı şəhər Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 7 nömrəli şəhər Poliklinikası tərəfindən ona təqdim edilməsini xahiş etsə də, Poliklinika tərəfindən mərhumun xəstəliklə bağlı poliklinikaya müraciət olmadığından və ölüm səbəbi müəyyən edilmədiyindən həmin sənədin verilməsi mümkün olmamışdır. Daha sonra xx.xx.1967-ci il təvəllüdlü X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün ərazi üzrə 6 Saylı Bakı “ASAN Xidmət”-ə müraciət etmişdir. Lakin müraciətdən xx.xx.2022-ci il tarixli 05/Q-927/15 saylı məktubla imtina edilmişdir.İmtina məktubunda sözügedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.1967-ci il təvəllüdlü X5 ölüm haqqında tibbi şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 17299088 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu Güllübulaq kəndində anadan olmuşdur. İş materiallarında olan ЖГ № 373503 saylı, xx.xx.1995-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası X6r. İş materiallarında olan Bakı Şəhəri Təcili və X7 Stansiyasının 7 saylı bölməsinin xx.xx.2022-ci il tarixli, 04/147 nömrəli arayışından müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 09:36-da ünvan 1 ünvanında yaşayan X5 adına çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda xx.xx.1967-ci il təvəllüdlü X5 meyidi aşkar edilmişdir. Bakı Şəhəri 7 nömrəli Şəhər Poliklinikasının 7 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən X5 ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 05/Q-927/15 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında qeyd etmişdir ki, o Ərizəçi anası, X5 həyat yoldaşıdır. X1 18 may 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Belə ki, həmin gün səhər geyinib Asan Xidmət Mərkəzinə getmək üçün evdən çıxmışdır. Bir müddət sonra ona zəng gəlmişdir ki, yoldaşının halı pisləşib. O tələsik dayısının yoldaşını da götürüb ora getmişdir. Lakin çatanda artıq mərhum dünyasını dəyişmişdi. Təcili yardımın həkimi ona demişdir ki, qanında tromblaşma olub. Həmin gün mərhumu Dədə Qorqud qəbirstanlığında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X10 izahatında qeyd etmişdir ki, o Ərizəçi anasının dayısının yoldaşıdır. X2 18 may 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Həmin gün Sevda ona yığmışdır ki, təcili getməlidirlər, Zamanın halı pisləşib Asan Xidmət Mərkəzində. Onlar ora getmiş, lakin ora çatdıqda mərhum artıq dünyasını dəyişmişdi. Həmin gün mərhumu Dədə Qorqud qəbirstanlığında dəfn etmişdirlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 xx.xx.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixində Ermənistan Respublikası, Amasiya rayonu Güllübulaq kəndində anadan X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar