Məhkəmə qərarları › İş №2(011)-4083/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4083/2021

31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4083/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi, 18.04.1974-cü il tarixində doğulmuş X3 26.02.2021-il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X10 18.04.1974-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. 26.02.2021-ci il tarixində qəflətən iş yerində (Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospekti 64 ünvanında yerləşən Neftayırma zavodunda vəfat etmişdir. Mərhum onun vəfatında sonra növbəti gün Qəbələ rayonunda dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Təcili və X7 Stansiyası və mərhumun qeydiyyatda olduğu Bakı şəhəri 32 saylı poliklinikaya müraciət edilmişdir, lakin ərizəçiyə mərhum həyata yoldaşının ölümü haqqında tibbi şəhadətnamə verilmədi. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AA ******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 18.04.1974-cü il tarixdə D anadan olmuşdur. 6 saylı X14 Stansiyası tərəfindən verilmiş 27.02.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, 27.02.2021-ci il tarixdə saat 00:50-də X3 meyiti aşkar edilmişdir. Mülki iş materiallarında ola Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı Şəhəri Təcili və X7 Stansiyası” X15 tərəfindən təqdim edilmiş 01.04.2021-ci il tarixli, 72 nömrəli məktubdan görünür ki, 26.02.2021-ci il tarixdə saat 19:43-də “103” xidmətinə ünvan 2 ünvanında Azadın adına çağırış daxil olmuşdur. Çağırış 2 saylı bölmənin həkimi Bəhlul Əsgərov icra edərək, ünvanda X5 məxsus meyit ilə rastlaşmış və “kişi cinsli meyit” diaqnozu qoymuş və laborator müayinə üçün yaxma götürmüşdür. Meyit 37-ci polis bölməsinin əmakdaşı Abıyeva və Xətai Rayon Prokurorluğunun əməkdaşı Məhərrəm Əzizbəyova təhvil verilmiş və hadisə barədə 37-ci polis bölməsinin mayoru Əkbərov məlumatlandırılmışdır. 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 17.04.2021-ci il tarixli 111 nömrəli arayışa əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, X4 ölüm haqqında şəhadətnamənin poliklinika tərəfindən verilməsi mümkün deyil. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu Vəndam bələdiyyəti tərəfindən təqdim edilmiş 41 nömrəli, 02.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, X10 27.02.2021-ci ildə vəfat etmiş və Qəbələ rayonu, Vəndam qəsəbəsinin “Maralyalayan” qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən verilmiş 05-413/45 saylı, 01.04.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında qeyd etmişdir ki, o, ərizəçini X3 ölüm günü tanımışdır. Belə ki, o mərhum ilə bir yerdə işləyirdilər. O, 26.02.2021-ci il tarixdən, saat təxminən 19:40 radələrində idarəyə gəlmişdir ki, növbəni qəbul etsin. İş yerində mərhum Kərimov Azadın yerdə uzandığını görmüşdü. Daha sonra o, başa düşmüşdür ki, Kərimov Azad rəhmətə getmişdir. Bundan sonra o, X14a və iş yerinə məlumat vermişdi. X12 həkimi tərəfindən mərhumun ölümü qeydə alınmışdır. İş yeri Bakı şəhərində yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında qeyd etmişdir ki, o, ərizəçinin qonşusu və mərhum X1 iş yoldaşıdır. əfn edilmişdir. Ona 26.02.2021-ci il tarixində keçmiş iş yoldaşları zəng edərək, Kərimov Azadın rəhmətə getdiyi bildirmiş və onun ailə üzvlərini iş yerinə gətirməyi xahiş etmişdirlər. Kərimov Azadın iş yeri Bakı şəhərində yerləşir. Mərhumu Qəbələ rayonunda dəfn etmişdirlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X3 26.02.2021ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 26.02.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18.04.1974-cü il tarixdə doğulmuş X3 26.02.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar