Məhkəmə qərarları › İş №2(011)-4106/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4106/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4106/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 17.06.1977-ci il təvəllüdlü bacısı – X7 05.09.2001-ci il tarixində Bakı şəhərində ürək tutmasından ölməsinə dair hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizəçinin bacısı K.Ş.Əsədova 17.06.1977-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, onlar ailə üzvləri ilə birlikdə əvvəllər Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşamışdırlar, K.Ş.Əsədova 05.09.2001-ci il tarixində qəflətən ürək tutmasından dünyasını dəyişmişdir, onun övladı olmamışdır və ailə həyatı qurmamışdır, mərhumun ölümü ailəsini o qədər sarsıtmışdır ki, ölümündən sonra, ərizəçinin valideynləri ona ölüm haqqında şəhadətnamə belə almamışlar, daha sonra isə həmin şəhadətnamənin alınması mümkünsüz olmuşdur, bu səbəbdən hazırda ərizəçi bacısının ölümü barədə şəhadətnamənin verilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin qeydiyyat şöbəsindən müraciətinə imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Sonda Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək vəkili və nümayəndəsi Vəkil izahatına uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında 21.03.1968-ci il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi və mərhum X15 onun bacısıdır, onlar ailədə ata, ana və üç bacı olmuşdurlar, Könülün cavan yaşlarından ürəyində narahatlıq olmuşdur, tez-tez xəstələnmişdir və vəfat etməzdən əvvəl xəstəxanada müalicə almışdır, evli olmamışdır, övladı yoxdur, 05.09.2001 ci il tarixində vəfat etmiş və Bakıda Binəqədi rayonunda, Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında 13.07.1955-ci il təvəllüdlü X2 şahid A.İsmayılovanın ifadəsinə oxşar ifadə verərək əlavə olaraq bildirmişdir ki, ərizəçi S.Ş.Əsədova və K.Ş.Əsədova onun əmisi qızlarıdır, mərhum K.Ş.Əsədova subay olmuşdur, övladı olmamışdır, 2001-ci ilin yay aylarında vəfat etmiş, Binəqədi rayonunda dəfn olunmuşdur, onun dəfn olunmasında da iştirak etmişdir. İş materiallarında olan AZ-T seriyalı 144356 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 16.07.1063-cü il tarixində Füzuli, Balabəhmənli kəndində anadan olmuşdur, atası X11, anası X1r. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli, 05/Q-1404/16 nömrəli doğum haqqında arayışdan görünür ki, X15 17.06.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur, bu barədə 24.09.1977-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 1393 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası X3r. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1721.03.1968-ci il tarixində, Füzuli rayonunda doğulmuşdur. Onun atası X11, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 01.04.2021-ci il tarixli, 1035-05/15 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Azərbaycan Respublikası Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 419 saylı arayışdan görünür ki, mərhum X15 05.09.2001-ci il tarixində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 X14 Şəxsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli, 145 nömrəli məktubdan görünür ki, çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyən olunduğundan sənədlər aktlaşdırılıb silinmişdir, bu səbəbdən 17.06.1977-ci il təvəllüdlü Könül Şəmil qızı Əsədovanın adına 05.09.2001-ci il tarixdə Bakı şəhəri Təcili və X6 Stansiyasına çağırış daxil olması barədə məlumat vermək mümkün olmamışdır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 17.06.1977-ci il təvəllüdlü X15 05.09.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, ərizəçi mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 17.06.1977-ci il təvəllüdlü X7 05.09.2001-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17.06.1977-ci il təvəllüdlü X7 05.09.2001-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar