Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4120/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X1 “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi X2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış MŞB/8/2023-02656 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün sazişin alimentə aid hissəsində təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-02656 saylı xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nə əsasən Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 2696 qeydi ilə təsdiq edilmiş nikahın pozulmasını, birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X3 ərizəçinin himayəsində qalması, xx.xx.2023-cü il təvəllüdlü X3 yekinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ayın 15-dək 235 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi 50 manat əlavə xərc olamaqla, cəmi 285 manat alimentin ödənilməsini ödəsinə götürmüşdür. Ancaq Maraqlı şəxs bu günə kimi sazişin heç bir şərtini yerinə yetirilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, barışıq sazişinə əsasən, Maraqlı şəxs yanvar ayında aliment ödəsə də, lakin sonrakı aylarda aliment ödəməmişdir. Odur ki, göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin alimentə air hissədə təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o işsizdir, buna görə də alimenti ödəyə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, İkinci tərəf” Maraqlı şəxs bu saziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi hər ayın 15-dək 235 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək 50 manat əlavə xərc olmaqla hər ay ümumilikdə, 285 manat pul ödəyəcəyinə dair öhdəlik götürür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X3 Ərizəçi himayəsində qalmasına etiraz etmir. O, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Ərizəçi hər ayın 15-dək 235 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək 50 manat olmaqla hər ay ümumilikdə, 285 manat pul ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın valideynlərindən hansının yanında qalması və onun saxlanılması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. “Birinci tərəf” Ərizəçi və “İkinci tərəf” Maraqlı şəxs arasında mediator X5 tərəfindən təsdiq edilmiş MŞB/8/-2023-02656 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi məcburi icrası üçün alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin:
1. “İkinci tərəf” Maraqlı şəxs bu saziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi hər ayın 15-dək 235 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək 50 manat əlavə xərc olmaqla hər ay ümumilikdə, 285 manat pul ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva