Məhkəmə qərarları › İş №2(011)-4131/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4131/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4131/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X1 övladıdır. O, atasının ölümü haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, xx.xx.2023-cü il tarixli, 316-5/8-15-315/23 saylı məktubla ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

2. Ərizəçi məhum atası X1 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində ölüm qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1952-ci ildə Ermənistanın Kalinino rayonunu Qızıl-Şəfəq kəndində anadan olmuşdur. Məhrum atası X7 mərhum anası X8 ilə xx.xx.1946-cı il tarixdə Ermənistanın Kalinino rayonunu Qızıl-Şəfəq kəndində nikahlarını rəsmiləşdirmişdirlər. X1 atası X9 və anası Qasımova (Məmmədova) Cəvahir Məmməd qızı olmuşdur. X2 atası X12 və anası X5 olmuşdur. Məhrum atası X7 xx.xx.1987-ci ildə Ermənistanın Kalinino rayonun Qızıl-Şəfəq kəndində vəfat etmişdir və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Mərhum anası X8 xx.xx.1996-cı il tarixdə Şamaxı rayonun Kərkənç kəndində vəfat etmişdir və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. 1988-ci ildə Ermənistandan ailəlikcə məcburi şəkildə Bakı şəhərinə köçmüşlər. Hal-hazırda o, Ermənistanın Kalinino rayonunu Qızıl-Şəfəq kəndindən məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev-27, mənzil 62-də məskunlaşaraq öz ailəsiylə birlikdə yaşayıram. 1988-ci ildə yaşadıqları yurd yuvadan çıxarkən onlar didərgin düşmüşlər və sənədlərini evlərindən götürə bilməmişlər. Ermənistanın Kalinino rayonunu Qızıl-Şəfəq kəndindən köçən zaman ailəsinin və onun bəzi sənədləri yaşadıqları evdə qalmış və sənədləri götürə bilməmişlər. Həmin sənədlərdən biridə xx.xx.1987-ci ildə vəfat etmiş X1 ölüm haqqında şəhadətnaməsidir. 1988-ci ildə erməni işğalçıları Azərbaycan rayonlarım işğal eləməyə başlayarkən azərbaycanlıların hamısı qaçqın düşdü, artıq məlum səbəblərə görə Ermənistanın Kalinino rayonunu Qızıl-Şəfəq kəndinə gedə bilmir və bu səbəbdən də, atasının ölüm haqqında şəhadətnaməsinin sürətini ala bilmir. Yenidən o, təkrar ölüm və nikah haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsinə müraciət etmişəm və mənə imtina edilərək bildirilmişdir ki, adiyyətl üzrə məhkəməyə müraciət etməyi söylənilmişdir. Mərhum atası X7 xx.xx.1987ci ildə Ermənistanın Kalinini rayonun Qızıl-Şəfəq kəndində vəfat etmişdir.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

4. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

5. Ərizəçi, onun vəkili və nümayəndəsi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

6. Maraqlı şəxs Azərbaycan Respublikası Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, ərizəçinin arvadıdır, ərizəçi ilə xx.xx.1978-ci il tarixdə ailə qurublar. X7 xx.xx.1987-ci il tarixində vəfat edib. Ürəyində problem var idi ona görə də, vəfat etdi.

8. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, mərhum onun atasıdır, atası xx.xx.1987-ci il tarixdə Kalinino rayonunda Qızıl şəfəq kəndində vəfat edib və orada dəfn olunub.

9. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, məhrum onun atasıdır, atası xx.xx.1987-ci il tarixdə Kalinino rayonunda Qızıl şəfəq kəndində vəfat edib, həmin kənddə də dəfn olunub.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

11. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

12. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

13. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə ərizəçinin, onun vəkili və nümayəndəsinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

15. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.1987-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

17. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.1987-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. X1 xx.xx.1987-ci il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar