Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4150/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları: xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli Barışıq Sazişinə əsasən Tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın sonuncu gününədək Maraqlı şəxs tərəfindən 650 (altı yüz əlli) manat məbləğində aliment ödənilməlidir. Pul vəsaiti Ərizəçi müəyyən edəcəyi kart hesabına və ya nağd şəkildə ödənilməlidir. Lakin Maraqlı şəxs bu günədək barışıq sazişi ilə müəyyən edilmiş aliment məbləğini ödəmir. Ərizəçinin tələbi: xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli Barışıq Sazişininin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında qeyd etmişdir ki, birgə nikahdan bir övladları var, özünün səhhətinin yaxşı olmaması səbəbindən işləyə bilmir. Hal-hazırda maraqlı şəxslə rəsmi nikahda olsalar da bir arada yaşamır və birgə təsərrüfat aparmırlar. Həmçinin ərizəçi övladının fənn hazırlıqlarına getdiyini, lakin işləmədiyindən övladının bu ehtiyaclarını qarşılaya bilmədiyini bildirmişdir. Odur ki, maraqlı şəxslə mediasiya prosesində qeyd edilən məbləğin ödənilməsi barədə razılığa gəlmişlər. Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsini, yəni, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, barışıq sazişini könüllü şəkildə bağladığını və ərizənin təmin edilməsinə, yəni aralarında olan barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli Barışıq sazişinə əsasən Ərizəçi və Maraqlı şəxs mediasiya prosesi nəticəsində mübahisənin həlli şərtlərinə dair razılığa gəlmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2006-cı ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Valideynləri qrafasında atası “Maraqlı şəxs” anası “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 511017 № Nikah haqqında şəhadətnamədən göründüyü kimi Ərizəçi və Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Nursu kənd icra nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar və bu barədə 11 № li akt qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş yaşayış yeri haqqında arayışa əsasən, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşaması faktı müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi: Məhkəmə maraqlı şəxsin izahatını və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahında xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli Barışıq Sazişinin məhkəmədə təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir (xx.xx.2023-cü il). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355- 26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs Kazımov X1 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli Barışıq Sazişinin 9-cu bəndinə əsasən Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, o cümlədən xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 nömrəli Barışıq Sazişinin 9-cu bəndinə əsasən maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355- 23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00806 Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər razılaşırlar ki, “İkinci tərəf” övladları xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə “Birinci tərəfə” hər ay 650 manat sabit pul məbləğində aliment ödəyəcək.
2. Aliment ödənişi xx.xx.2023-cü il tarixdən başlayaraq hər növbəti ayın sonuncu gününədək həyata keçiriləcək.
3. Aliment “Birinci tərəf”in bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəniləcək.
4. Tərəflər razılaşırlar ki, “Birinci Tərəf” övladı ilə sərbəst surətdə, heç bir maneə olmadan, təhsilindən, istirahətindən asudə vaxtlarda ünsiyyət hüququ əldə edir. Ərizəçi tərəfindən ödənilən rüsumun əvəzi olan 100 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.
Hakim Samirə Eyvazova