Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-421/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ləğv prosessində olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə görə müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmənzilli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.
2. Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə İH15/010 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 14% olmaqla, 41000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında eyni tarixdə bağlanmış ödəniş cədvəlində aylıq ödəniş 636,59 manat (sonuncu ay 636,43 manat) müəyyən edilmişdir.
3. Eyni zamanda, Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi, 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzil (bundan sonra – Mənzil) İddiaçı ASC-də xx.xx.2015-ci il tarixli, İH15/010 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Mənzil "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İH/B-A-(b)/0010 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncuya məxsus olmuşdur.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı (iddia tələbinin həcminin artırılması barədə təqdim etdiyi ərizə ilə) xx.xx.2015-ci il tarixli, 15/010 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən onun xeyrinə 38675,71 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 19795,31 manat faiz borcu, 10065,96 manat dəbbə borcu, cəmi kredit üzrə 68.536,98 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını və tələbin "xxxx" MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, İP 15/010 ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF PARK 3” yaşayış massivi, 240 C saylı evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 38675,71 manat əsas borc, 33437,21 manat faiz, 19909,51 manat cərimə, ümumilikdə 92022,43 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 C saylı evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Texnikabank" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/010 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 14% dərəcəsi ilə 41000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə borc alan krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə krediti və faziləri qaytarmağı öhdəsinə götürür. Borcalan üzərinə düşən öhdəlikıəri yerinə yetrimədikdə krediti, ona hesablanmış faizləri və hər gecikdirilən gün üçün gecikdirilən borcun 0,1% həcmində borc verənə pul ödəməlidir. Eyni zamanda, kredit öhdəlyinin icrasının təmini üsulu olaraq onunla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və Mənzil ipoteka ilə yüklü edilmişdir.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə etirazında qeyd etmişdir ki, borcun cavabdeh MMC-dən tutulması hissəsini əsassız hesab edir və etirazını bildirir. Borcun cavabdeh MMC-dən tutulmasının əsası kimi "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Kooperativ müqaviləsinə istinad edilir. Lakin maddi hüquq normasına görə xx.xx.2014-cü il tarixli müqavilə borc-kredit öhdəliyinin təminatı qismində çıxış edə bilməz. Həmin müqavilənin predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə zaminlik müqaviləsi deyil, ilkin müqavilədir. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var. Müqavilə tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Lakin hazırki iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh1 kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmişdir və bununla bağlı iddiaçı zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. larını yazılı şəkildə təqdim etməmişdir. Ekspert rəyini qəbul etmirlər, lakin iddianın tutmanın Mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsinə etiraz etmirlər.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
9. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Mülki işə tətbiq edilən hüquq:
11. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
12. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
16. Maddə 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
18. xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddə. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
19. xx.xx.2018-ci il tarixədək qüvvədə olan 34.1-ci maddə. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
20. xx.xx.2018-ci il tarixədək qüvvədə olan 39.3.3-cü maddə. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
21. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
22. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
23. xx.xx.2018-ci il tarixədək qüvvədə olan 59.4-cü maddə. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
30. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
31. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Kredit müqaviləsi bağlanmışdır.
32. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
33. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh1 verməklə öhdəlyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir (§ 14).
34. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da Cavabdeh1 xx.xx.2021-ci il tarixə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 38675,71 manat əsas borcu, 29962,93 manat faiz borcu olmaqla, cəmi 68638,64 manat məbləğində borcunun olması qeyd edilmişdir.
35. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində tam təmin edilməklə 66875,80 manat pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
36. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2022-ci il tarixli, 9/1427 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 29326,07 manat məbləğində faiz borcu vardır.
37. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
38. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdeh "xxxx" MMC-yə aid hissədə araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.
39. "xxxx" MMC-nin nümayəndəsi bank ilə aralarında zaminlik müqaviləsinin olmamasına əsaslanaraq Cəmiyyətin Cavabdeh1 kredit borcuna görə məsuliyyət daşımamsını bildirsə də, məhkəmə qeyd edir ki, qanunvericilikdə öhdəliyini müxtəlif təmini üsulları nəzərdə tutulmuşdur. Bunlara girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar aiddir (§ 15).
40. Göründüyü kimi, öhdəliyini təmin üsulu təkcə zaminliklə məhdudlaşmır, qanunvericilik həmin üsulların müxtəlif formalarda, hətta tərəflərin müqavilədə müəyyənləşdirdiyi formada (qaydada) həyata keçirilməsini təsbit edir.
41. Cəmiyyətlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmeti Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında çoxmənzilli yaşayış kompleksində tikdiyi mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinədək kreditləşdirilməsi ilə bağlı Bankla Cəmiyyət arasındakı qarşılıqlı əməkdaşlıq təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən bircun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir.
42. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində Cavabdeh1 öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret qayda müəyyən etmişlər. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən tədbirlər görməsini xahiş etmişdir.
43. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bankla Cəmiyyət arasında zaminlik müqaviləsi bağlanmasa da, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə Cavabdeh1 kredit öhdəliyinin təmini üsulu kimi, kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödəməklə bağlı Cəmiyyət öhdəlik götürdüyündən, Cavabdeh1 isə krediti tam ödəməyindən "xxxx" MMC sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır.
44. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin saqtışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda borcun cavabdehlərdən tutulmasına dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.
45. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin ipoteka ilə yüklü edilmiş həmin Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Mənzilinin likvid dəyəri isə 55 000 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Mənzilin likvid dəyəri 55.000 manat, bazar qiyməti isə 58 000 manat təşkil edir.
46. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində Cavabdeh1 və Mənzildə yaşayan digər şəxslərin Mənzili boşaltmaları hissəsində iddia təmin edilməlidir.
47. Belə ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılmasını tələb etməkdə də haqlıdır (§ 22).
48. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 və Mənzildə yaşayan digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların Mənzildən çıxarılması hissəsində iddia təmin edilməməlidir.
49. Məhkəmə qeyd edir ki, Cavabdeh1 və Mənzildə yaşayan digər şəxslərin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır və bu tələblərə yeni icraatda baxılmalıdır (§ 23).
50. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehlərin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi və Mənzilin LPO İddiaçı ASC-yə təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz.
51. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısının ləğv edilməsi ilə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək qanuna ziddir. İpoteka qoyanın və digər cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin, mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər, belə ki, Mülki Məcəllənin 414.1-ci maddəsi müəyyən edir ki, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
52. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu, iddiaçıya qaytarılmalı, 200 manat ekspertiza xərci və 350 manat Mənzilin qiymətləndirmə xərci iddianın təmin edilməsi nisbətində (iddia 77% nisbətdə təmin edilmişdir) tərəflərə aid edilməlidir.
53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli, İH15/010 saylı kredit müqaviləsi 38675,71 manat əsas, 29326,07 manat faiz borcu, 2000 manat cərimə olmaqla, cəmi 70001,78 manat pul və 23,10 manat dövlət rüsumu Cavabdeh1 və "xxxx" MMCndan müştərək qaydada alınaraq Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi, 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi, 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilin likvid dəyəri 55.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına Ləğv prosessində olan İddiaçı ASC-yə olan cəmi 70001,78 manat pul və 23,10 manat dövlət rüsumu ödənilsin, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləği Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi, 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxlər tərəfindən boşaldılsın və LPO İddiaçı ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6,90 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza xərcinin 77% hissəsi cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dan müştərək qaydada, 23% hissəsi isə LPO İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Mənzilin qiymətləndirilməsi üçün hesablanmış üçün xərcin 77% hissəsi cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dan müştərək qaydada, 23% hissəsi isə LPO İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı