Məhkəmə qərarları › İş №2(011)-423/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-423/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-423/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 7.835,54 manat məbləğində kredit borcu, 1.495,63 manat məbləğində faiz borcu və 3.635,67 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.966,84 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin hərracdan satılması və ümumilikdə cəmi 12.966,84 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin qeyri-yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, onların həmin sahənin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 002L**********28 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 12.164,46 manat ödəmiş, onun 7.835,54 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka qoyan Cavabdeh3 ilə bank arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə digər cavabdehlərin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 “xxxx” QSC ilə arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqavilələri əsasında Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə cavabdehlərdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə əsas kredit borcu üzrə əsas məbləği 7.835,54 manat, faiz borcu üzrə 1.495,63 manat borc tutulmalıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 3.635,67 manat dəbbə məbləği azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin “xxxx” QSC-yə ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx xxxx 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 50.000 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə “xxxx” MMC tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq “xxxx” QSC-yə ödənilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsini açıq hərracdan satın almış şəxsin mülkiyyət hüququ rəsmi şəkildə qeydə alınmamış, həmçinin cavabdehlər qeyri-yaşayış sahəsini könüllü şəkildə boşaltmaqdan imtina etməmiş qeyri-yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarının itirilməsi və qeyri-yaşayış sahəsinin boşaldılmasının qət edilməsi düzgün deyildir və bu hal “İpoteka haqqında” Qanuna ziddir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehlərin könüllü şəkildə qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etməsi, onların məcburi qaydada istifadə hüquqlarının itirilməsi və s. kimi xüsusatlar qətnamənin qüvvəyə minməsi və icraya yönəldilməsindən sonrakı mərhələyə aid məsələlərdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 7.835,54 manat məbləğində kredit borcu, 1.495,63 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9.631,17 manat məbləğində borc tutulmalı, tələb Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməli, bu əmlak açıq hərracda satılmalı və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin cəmi 12.966,84 manat məbləğində borcu iddiaçı “xxxx” QSC-yə ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 90 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin hesab-fakturasından görünür ki, keçirilmiş ekspertizaların dəyəri cəmi 250 manat təşkil edir. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat və ipotekaya tutma yönəldilməsinə dair iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçı “xxxx” QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ipoteka predmetinin qiymətlənidirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7.835,54 (yeddi min səkkiz yüz otuz beş manat əlli dörd qəpik) manat məbləğində kredit borcu, 1.495,63 (min dörd yüz doxsan beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 300 (üç yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9.631,17 (doqquz min altı yüz otuz bir manat on yeddi qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı “xxxx” QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə yönəldilsin, bu əmlak hərracda satılsın və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “xxxx” QSC-yə olan borcu ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar