Məhkəmə qərarları › İş №2(011)-4240/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4240/2020

02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4240/2020 02.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X5 iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, X1 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 Bakı şəhərində xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Lakin ərizəçi indiyə kimi mərhum həyat yoldaşına məxsus ölüm haqqında şəhadətnamə almamışdır. Bununla əlaqədar ərizəçi müvafiq dövlət orqanlarında həyat yoldaşının ölümünü təsdiq edən sənədləri təqdim etməyə çətinlik çəkir. Bu yaxınlarda mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, bu məhkəmənin səlahiyyətlərinə aiddir. Bu barədə qeydiyyat şöbəsinin imtina məktubu vardır. Mərhum həyat yoldaşı X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini təsdiq edən kifayət qədər şahidlər vardır. Bu şahidlərin məhkəmə baxışında iştirakını təmin edəcəkdir. Ərizəçinin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 xx.xx.1959-cu il tarixdə Lənkəran rayonunda anadan olmuşdur (AZE 14288419 nömrəli Şəxsiyyət vəsiqəsi). Bakı şəhəri X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, həqiqətən xx.xx.2020-ci il tarixdə saat 20:12-də X1 meyidini aşkar edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 71 nömrəli arayışa əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, ünvan 1 mənzil 81 ünvanında yaşamış X2 ölüm haqqında sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 943-05/15 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 12-22/13 nömrəli arayışına əsasən X4 xx.xx.2020-ci il tarixdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində dəfn edilmişdir. Nikahın bağlanması haqqında İİİ-ЖГ seriyalı 413339 nömrəli şəhadətnaməyə əsasən Ərizəçi ilə X3 nikahının bağlanması haqqında xx.xx.1985-ci il tarixdə 35 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 213 nömrəli xx.xx.2020-ci il tarixli arayışına əsasən Ərizəçi ünvan 1 mənzil 81 ünvanında qeydiyyatdadır. Mülki iş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X1 oğludur. Anası xx.xx.2020-ci ol tarixində vəfat emişdir. O, Lənkəran şəhərində dəfn edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, mərhum X4 onun qayınanasıdır. O, Lənkəran şəhərində dəfn edilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.2020ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş X1 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar