Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4280/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə anadan olmuş X1 xx.xx.1995-ci il tarixdə ölməsi barədə hüquqi faktının müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respubliası MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizəçi ölüm faktının müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3622/2024 saylı qərardadında qeyd edilmişdir ki, Ərizəçi faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərməmiş, bunu əsaslandırmamışdır. Nəzərdən qaçırmaq olmaz ki, bu halın özü hüquqi faktın müəyyən olunmasına dair ərizənin icraata qəbulundan imtinanın müstəqil əsasını təşkil edir. Belə ki, məhkəmə qaydasında istənilən hüquqi faktın deyil, yalnız ərizəçinin bu və ya digər hüquqlarının həyata keçirilməsinə əsas verən (məsələn, mirasın qəbul edilməsi, vərəsəliyin açılma yerinin müəyyən olunması, şəxslərin qohumluq münasibətlərinin müəyyən olunmasında şəxsin miras əmlaka yiyələnmək kimi, başqa halda sosial güzəştlərdən istifadə olunması kimi hüquqların həyata keçirilməsi) hüquqi fakt müəyyən oluna bilər. Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən iş apellyasiya icraatında olduğu dövrdə ərizəçi tərəfindən eyni tələblə məhkəməyə təkrar müraciət olunmuşdur və mülki iş icraata götürülərək məhkəmə baxışına təyin edilmişdir. (İş № 2(011)-5194/2024) Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi xx.xx.1994-cü il tarixdə anadan olmuş X1 xx.xx.1995-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4280/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4280/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver