Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4287/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında Bakı 9 saylı mediasiya təşkilatında mediasiya reyestrində MŞB/9/2024-01467 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aliment ilə bağlı hissəsinin təsdiq edilməsi, xx.xx.2017-ci il təvəllüdlü qızı X5 və xx.xx.2020-ci il təvəllüdlü oğlu X1 üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 246 manat, ümumilikdə 492 manat sabit məbləğində alimentin tutularaq ərizəçiyə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs2 ilə rəsmi qaydada 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Maraqlı şəxs2 ilə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmağını sübut etmişdir. Tərəflər ayrılmağının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmağıdır. Ərizəçi ailəsinin dağılmasını istəməmiş, ancaq biryerdə yaşamaqları da qeyri-mümkün olmuşdur. Hal-hazırda Maraqlı şəxs2 ilə ailə münasibətləri pozulsa da, bir evdə yaşayırlar. X7 Ərizəçi qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə nikahın ləğvinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda nikahın ləğvi ilə bağlı iş Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmaqdadır. Məhkəməyə müraciət edilməmişdən öncə tərəflər Mediasiya Şurasında aralarında barışıq sazişi bağlamışdır. Maraqlı şəxs2 ilə Mediasiyada barışıq sazişi bağlanılarkən aliment verməyə razılıq vermişdir. Mediasiya haqqında “AR Qanunun 33-cü maddəsinə əsasən” Mediasiyada Barışıq sazişi bağlayaraq azyaşlı uşaqlarının saxlanılması üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 246 manat, ümumilikdə 492 manat sabit məbləğdə aliment ödəməyə razılıq vermişdir. Ərizəçi uşaqların tələbatını ödəməyə çətinlik çəkir. Ərizəçi bir ana kimi onların arzusunu həyata keçirə bilmir. Maraqlı şəxs2 isə imkanı çatır ki, aliment ödəsin. xx.xx.2024-cü il tarixli barışıq sazişində uşaqları üçün hər ay hər uşağa 246 manat sabit pul məbləğində alimentin anaya verilməsi barədə məhkəmədən kənar öhdəlik götürməsinə, həmin tarixdən bir müddət keçməsinə baxmayaraq, bugünə qədər alimenti ödəmir, yəni alimentin tutulması hissəsində barışıq sazişinin könüllü icrasından imtina edir. Nəticədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti keçmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi X9 hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclası barədə Maraqlı şəxs2 və Bakı 9 saylı Mediasiya Təşkilatına lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər və ya onların nümayəndələri, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 dekabr 2024-cü il tarixli, MŞB/9/2024-01467 nömrəli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs2, Ərizəçi və mediator X8 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə birinci tərəf övladları X5 (xx.xx.2017) və X6 (xx.xx.2020) saxlanması üçün hər uşağa görə hər ay 246 manat, ümumilikdə 492 manat alimenti ikinci tərəfə ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz. Göründüyü kimi Maraqlı şəxs2, Ərizəçi və mediator X8 arasında mediasiya prosesi 12 dekabr 2024-cü il tarixli, MŞB/9/2024-01467 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Lətifov Maraqlı şəxs2 Arzu Cavid qızı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi hər uşağa görə hər ay 246 manat, ümumilikdə 492 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs2, Ərizəçi və mediator X8 arasında mediasiya prosesi nəticəsində 12 dekabr 2024-cü il tarixli, MŞB/9/2024-01467 nömrəli Barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2, Ərizəçi və mediator X8 arasında mediasiya prosesi nəticəsində 12 dekabr 2024-cü il tarixli, MŞB/9/2024-01467 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Birinci tərəf - Maraqlı şəxs2 övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020ci il təvəllüdlü X2 üçün hər uşağa görə hər ay 246 manat, ümumilikdə 492 manat alimenti ikinci tərəfə - Ərizəçi ödəyəcək.
Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova