Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4319/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Atası vəfatından sonra dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 710453571 nömrəli pasportun surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı olan Gııasov Gııas (X5) xx.xx.1959-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Gııasov Gııasa (X5) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikasə TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” X9 38 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 adına tibbi kitabça olmadığına görə ölüm haqqında 106 nömrəli forma verilməsi mümkün olmamışdır. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə, ünvan 1 ünvanında X2 həkimə qədər ölümü müəyyən edilmişdir. Bakı şəhər Pilallahı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən Gürgən qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşı oğlu, mərhum X5 isə qardaşıdır. Qardaşı Rusiya Federasiyassı vətəndaşı olsa da, Azərbaycanda yaşamışdır. Qardaşı 17 aprel 2025-ci il tarixdə qəflətən vəfat etmişdir, onu Pirallahı rayonu, Gürgən qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun baldızının oğludur, mərhum X5 isə baldızının həyat yoldaşı olmuşdur. 17.04..2025-ci il tarixdə Qiyas Qiyasovun vəfat etmə xəbərini eşitmişdir, onu Pirallahı rayonu, Gürgən qəbristanlığında dəfn etmişlər, dəfndə və yasda iştirak etmişdir. Tətbiq edilən hüquq: 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyası: 25.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi və ölüm faktının müəyyən edilməsinə dair işlərin baxılmasına, şəxsin sağ olarkən vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir, digər şəxslərə münasibətdə isə şəxsin son yaşadığı yer üzrə ədliyyə müəssisəsi səlahiyyətlidir. 25.2. Razılığa gələn hər bir Tərəfin ədliyyə müəssisələri Razılığa gələn digər Tərəfin vətəndaşını və onun ərazisində yaşayan şəxsi xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edə bilər, habelə onun ərazisində yaşayan, hüquq və maraqları həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə əsaslanan maraqlı şəxslərin vəsatəti əsasında onun ölüm faktını müəyyən edə bilərlər. 25.3. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi üzrə işlərə baxarkən öz Razılığa gələn Tərəfinin qanunvericiliyini tətbiq edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 445.0. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa;. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən ratifikasiya olunmuş 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyasının yuxarıda qeyd edilən maddələrinə əsasən, barəsində ölmüş elan edilməsi haqqında ərizə verilmiş şəxs, xx.xx.1959-cu il təvəllüdlü Gııasov Gııas (X5) Rusiya Federasiyası vətəndaşı olsa da, onun ölüm faktı Azərbaycan Respublikası məhkəmələri tərəfindən müəyyən edilə bilər. İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1959-cu il təvəllüdlü, X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü Gııasov Gııasın (X5) xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli