Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4328/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Ərizəçi mərhum X2 övladıdır. Brilyant Abdullayeva xx.xx.1942-ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur.
2. Şəmkir Rayon Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 13:10 radələrində Dəllər Cırdaxan kəndində yerləşən fərdi yaşayış evində X2 meyidinin (bioloji ölüm) aşkar edilməsi qeyd edilmişdir.
3. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 6 nömrəli Poliklinikasının xx.xx.2024cü il tarixli, 45 nömrəli arayışla X1 poliklinikaya müraciəti olmadığı və gec müraciət edildiyi üçün ölüm haqqında şəhadətnamənin (106 nömrəli forma), habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-3xx-xx/2024 saylı məktubu ilə ərizəçinin anasının ölümünün qeydə alınmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri
4. Ərizəçi xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonunda ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, X3 xx.xx.1942-ci il tarixdə Şəmkir rayonunda anadan olumuşdur. O, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonunda vəfat etmişdir. Onun vəfatından sonra Dəllər Cırdaxan qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, ölüm haqqında şəhadətnamə olmadığı üçün mərhum anasının adına ölüm haqqında şəhadətnamə verilməmişdir.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, ərizəçi onun anasıdır. X4 xx.xx.2024-cü il tarixdə vəziyyəti pisləşdiyinə görə təcili tibbi yardım çağırıblar. Həmin vaxt onlara bildirdilər ki, Brilyant Abdullayeva xəstəxana yerləşdirilməlidir. Həmin gün onu Sabunçu xəstəxanasına yerləşdirdilər. xx.xx.2024-cü il tarixdə həkim bildirdi ki, artıq Brilyant Abdullayevanın vəziyyəti pisdir, son günlərini öz evində keçirməsi üçün xəstəxanadan aparmaq lazımdır. X6 dəfn edilmək istədiyini vəsiyyət etdiyinə görə həmin gün onu Şəmkir rayonuna aparmışlar. xx.xx.2024-cü il tarixdə Brilyant Abdullayeva ölüb, xx.xx.2024-cü il tarixdə isə onu dəfn ediblər.
10. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, Brilyant Abdullayeva onun nənəsidir. X4 xx.xx.2024-cü il tarixdə vəziyyəti pisləşdiyinə görə təcili tibbi yardım çağırıblar. Həmin gün onu Sabunçu xəstəxanasına yerləşdiriblər, iki gün Sabunçu xəstəxanasında qaldıqdan sonra həkim zəng edərək Brilyant Abdullayevanın vəziyyətinin pis olduğunu və onu evə aparmaq lazım olduğunu bildirib. Brilyant Abdullayeva xx.xx.2024-cü il tarixdə ölüb.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
16. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X2 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1942-ci il tarixində Şəmkir rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixində Şəmkir rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı