Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4348/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN Xidmət” X6maqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, mərhum anası xx.xx.1949-cu il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün dəfn olunmuşdur.Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X7 məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında X12 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşı oğludur. X1rdaşının yoldaşı idi, xəstə idi, digər oğlu rəhmətə gedəndən sonra vəziyyəti pis idi, xəstəxanaya getmək, müalicə olunmaq istəmirdi, Hövsanda dəfn edilib, qırx mərasimi keçirilib. Məhkəmə iclasında X11 şahid qismində iştirak edərək bildirdi ki, ərizəçinin bibisi qızıdır, mərhum dayısının yoldaşı olub, əvvəl dayısı rəhmətə gedib, sonra da dayısı oğlu, mərhum həmin oğluna çox bağlı idi, onun öülmündən sonra vəziyyəti yaxşı deyildi, xəstəxanaya getmək istəmirdi, dəfn mərasimində iştirak edib, vəfat etdikdən sonra bir gün evdə saxlayıblar, Hövsanda dəfn olunub. İş materiallarında olan AZE seriyalı, 05638229 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1949-cu il tarixində anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 Ərizəçi anasıdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 3-16/5/8-4xx-xx/2025 saylı məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır."Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilmesi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır."Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ananızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 7 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə rəhmətə getmiş, lakin ölüm səbəbi bilinmədiyi üçün ölüm haqqında şəhadətnamə (Forma 106) verilməmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X17 “Respublika Təcili və X10 Mərkəzi” X17 xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 xx.xx.2025-ci il saat 20:52-də “Respublika Təcili və X10 Mərkəzi” X16n Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanında X5 (75 yaş) adına çağırışa gələn TTY əməkdaşları tərəfindən X2 “qadın cinsli meyit aşkarlanmışdır” qeyd edilmişdir. İş materiallarında olan Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixində Yasamal rayonu, X14 küçəsində yerləşən Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1949-cu il təvəllüdlü vətəndaş X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi mərhumun oğludur, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməldir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü vətəndaş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4348/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4348/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver