Məhkəmə qərarları › İş №2(011)-4376/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4376/2024

12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4376/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi 14 may 1946-cı il tarixində anadan olmuş X1 30 mart 204-cü il tarixində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 14 may 1946-cı il tarixdə Salyan rayonunda anadan olmuşdur. O, 30 mart 2024-cü il tarixdə qəflətən yaşadığı ünvandan vəfat etmişdir. Onun vəfatında sonra növbəti gün Salyan rayonu qəbiristanlılğında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə qeydiyyat şöbəsində müraciət edilsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə sənədin verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı 03055572 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 14 may 1946-cı il tarixdə Salyan rayonu, Şorsulu kəndində anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1971-cı il tarixində anadan olmuş, onun atası X8, anası isə X2r. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 19 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində X1 meyiti aşkar edilmişdir. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının 96 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN XİDMƏT” X4 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, şöbə tərəfindən ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində X1 ölümünün qeydiyyata alınması barədə ərizə təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi izahatında qeyd etmişdir ki, o, ərizəçinin oğludur. Nənəsi yaşlı qadın idi. 30 mart 2024-cü il tarixində hamısı bir yerdə evdə idi. Nənəsi ayaqyoluna getmiş və orada qəflətən rəhmətə getdi. Hadisə Bakı şəhərində baş vermişdir. Nənəsi Salyan şəhərində dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun xalasıdır. Nənəsi evdə olanda ayaqyolunda getmiş, və onların xəbəri olmadan orada rəhmətə getmişdir. Nənəsi çətin yeriyirdi, çətin hərəkət edirdi. Hadisə 30 mart 2024cü il tarixində Bakı şəhəri, Səbail rayonunda baş vermişdir. Mərhum Salyan şəhərində dəfn olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 30 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 30 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 may 1946-cı il tarixində Salyan rayonu, Şorsulu kəndində anadan olmuş X5 30 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar