Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4438/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi Bairamov Tengizin iştirakı ilə, Ərizəçi Bairamov Tengizin “şəxsin vəfat etmə faktının müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Bairamov Tengiz xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1952-ci il təvəllüdlü atası X2 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 atası X5, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin faktla bağlı çağırdıqları Təcili və X1 ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Faktla bağlı 15 nömrəli şəhər poliklinikasına müraciət etsə də, atasının poliklinikaya müraciət etməməsi səbəbindən və xəstəliklə bağlı qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Habelə müvafiq rayon qeydiyyat şöbəsi tərəfindən də atasının adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün onun ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. Faktın təsdiqi ilə bağlı müraciət etdiyi Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsinin verdiyi arayışda atasının vəfat faktı və Müşfiqabad qəsəbə qəbirsanlığında dəfn olunması təsdiqlənmişdir. Daha sonra ərizəçi Bairamov Tengiz ərizəyə dəqiqləşmə verərək, atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində vəfat etmə faktını müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi Bairamov Tengiz məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçinin dostudur. Tengiz Bairamovun atası təqribən may ayının 17 və ya 18 vəfat etmişdir. O, özü də dəfn mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçinin dostudur. Tengiz Bairamovun atası 18 may 2023-cü il tarixində vəfat etmişdir. O, dəfn zamanı iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, tələblərə etiraz etməməklə işin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bairamov Tengizə ünvanlanmış 3-16-5/13-442/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı şəhər X4 Yardım Stansiyası” Bakı Baş Səhiyyə X11 Şəxs 15 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 23 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2023-cü tarixdə vəfat etməsi barədə müraciət etməyib, adına ambulator karta açılmayıb. Xəstə kimi dispanser qeydiyyata alınmayıb. Xəstəliklə bağlı qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Bairamov Tengizin atası xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4438/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4438/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver