Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4439/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, X6 onun qardaşıdır və o, 21 may 1974-cü il tarixdə anadan olmuş, 07 may 2023-cü il tarixdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə ölmüşdür. Onlar təcili tibbi yardım çağırmış və o, dünyasını dəyişdikdən sonra təcili tibbi yardım ekipajı gəlmiş, ona görə də BŞT və TTYS-nın 22 saylı bölməsi tərəfindən verilmiş 07 may 2023-cü il tarixli arayışda ölümün ilkin səbəbi göstərilməmişdir. X2 ölüm faktının müəyyən olunması və ölüm şəhadətnaməsi verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş və həmin təşkilatdan ona ünvanlanmış 3-16-5/8-15-Ə-566 saylı 16 may 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Ona görə də, o, məcbur olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, X4 07 may 2023-cü il tarixdə ölməsi faktının müəyyən olunması və bu barədə şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin ona ölüm pulunun alınması məqsədilə lazım olduğunu ərizəsində qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Təcili və X3 Stansiyasının 22 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə X6 üçün çağırış edilmiş, həmin gün saat 22:23-də kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16 may 2023-cü il tarixli, 3-16-5/8-15-Ə-566 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, yaşadığı rayonun məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan 46№-li Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2023-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan 1974-cü il təvəllüdlü X6 07 may 2023-cü il tarixdə saat 22:23 radələrində rəhmətə getmişdir. Mərhumun 46 nömrəli Şəhər Poliklinikasında heç bir qeydiyyatı olmadığından ölüm haqqında tibbi şəhadətnamə (Forma 106) vermək olmur. İş materiallarında olan 259050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 may 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası isə X1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X4 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X4 07 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4439/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4439/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver