Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4502/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 2015-ci il 04 mart tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə banka 26327,77 ABŞ dolları faiz borcu, 6526,11 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə 04.03.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3744,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 36598,08 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,058705 ha xüsusi mülkiyyətli torpaq sahəsi yerləşən 4 otaqlı, 171,7 kv.m ümumi, 10,42 kv.m yaşayış, 67,5 kv.m yardımçı sahədən ibarət 38 c saylı bağ evin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,058705 ha xüsusi mülkiyyətli torpaq sahəsi yerləşən 4 otaqlı, 171,7 kv.m ümumi, 10,42 kv.m yaşayış, 67,5 kv.m yardımçı sahədən ibarət 38 c saylı bağ evinə yönəldilməsi, həmin evə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digərlərinin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digərlərinin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.05.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162, 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4502/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4502/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver