Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4507/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi X3 “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, 1913-cü il tarixdə doğulmuş anası X9 13 iyun 1976-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1913-cü il təvəllüdlü X9 xx.xx.1976-cı ildə Bakı şəhərində ölməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, anası X15 ilə 1913-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. O, 13 iyun 1976-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra İsmayıllı RİHB-nın Basqal qəsəbəsində qəbirstanlıqda dəfn olunmuşdur. Ərizəçi anasının vəfatından sonra X9 ölüm haqqında şəhadətnaməsini almamışdır. Hal-hazırda mərhumun adına olan torpağın sənədləşdirilməsi ilə bağlı anasının ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamə alınması üçün Xətai rayon Qeydyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum anası X9 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X10 ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq, işlərin çoxluğu ilə əlaqədar ərizəçi X3 “ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən X7 ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, şöbə tərəfindən X11 ölümün qeydə alınması mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmasını məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1936-1940-cı illərə dair İsmayıllı rayonu Basqal icra nümayəndəliyi üzrə doğum haqqında qeydiyyat kitabında xx xxx 1940-cı ildə doğulan İbrahimov (sənəddə olduğu kimi) Mayis Xeyrulla oğlunun təvəllüdü qeyd olunur. X1, anası X16 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X9 qəbirüstü daşı da vardır. İş materiallarında olan İsmayıllı rayonu İKB-nin Basqal qəsəbə İƏD üzrə nümayəndə Novruz Əsədov tərəfindən verilmiş arayışdan görünür ki,qəbir həqiqətən mərhum X12 məxsusdur və İsmayıllı rayonu, Basqal qəsəbə qəbirstanlığında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilən arxiv arayışından görünür ki, İsmayıllı rayonu Basqal qəsəbə İƏD-üzrə RİHB-nin nümayəndəliyinin 85 №-li Arxiv fondunda saxlanan 1950-1958-ci illərin Təsərrüfat başına kitablarında X9 ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlərdə X9 təvəllüdü 1913-cü il qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, X16 onun bibisidir, xx.xx.1976-cı ildə Bakı şəhərində ölüb, dəfndə iştirak etmişdir, həmin vaxt o uşaq idi. Mərhum yaşlı və xəstə idi. X2 rayonu, Basqal qəsəbə qəbirstanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, X16 onun nənəsidir, birgə yaşamışlar. xx.xx.1976-cı ildə Bakı şəhərində vəfat edib. O, 1975-1977-ci illərdə əsgərlikdə olmuşdur. X2 rayonu, Basqal qəsəbə qəbirstanlığında dəfn olunub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahid ifadələri və işin digər materialları ilə X9 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1913-cü il təvəllüdlü X9 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4507/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4507/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver