Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4530/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, ilkin mediasiya sessiyasına ödədiyi 161 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx.xx.2023-cü il təvəllüdlü X6 adlı bir övladı var. Mediasiya Şurasının 2022-ci il 31 avqust tarixli qərarı ilə təsdiq edilmiş 24 fevral 2024-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün ərizəçiyə hər ay 235 manat və uşaq xəstələndiyi təqdirdə dərman və xəstəxana xərcllərinin yarısının ödənilməsini öz üzərinə götürüb. Hazırda uşaq ərizəçinin himayəsindədir. Ərizəçi bildirir ki, uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Maraqlı şəxs uşağa heç bir yardım göstərmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, maraqlı şəxs barışıq sazişində göstərilən alimentin miqdarını hər ay ayın 7-dən gec olmayaraq ödəyəcəyini öz üzərinə götürsə də, alimenti gecikmələrlə ödəyir. O, hazırda analıq məzuniyyətindədir, işləmir. Barışıq sazişinə görə həkim xərci də yarı-yarı ödənilməlidir. Lakin sonuncu dəfə o, xəstəxanadan çıxandan sonra həkim tövsiyə vərəqinin şəkili maraqlı şəxsə göndərib, alınması üçün maddi köməklik göstərilməsini bildirsə də, Maraqlı şəxs ona alimenti yeni ödədiyini bildirmişdir. Bu hallara görə də məhkəmədən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etirazı olmadığını bildirərək, izahatında bildirmişdir ki, o, yalnız fevral ayı üçün hesablanmış alimenti verməmiş, digər ayı isə Bakı şəhərində olmadığına görə gec ödəmişdir. Uşağa baxılması üçün həkim xərcinin yarısının deyil, bütöv şəkildə onun tərəfindən ödənilməsini ərizəçi tələb etmişdir. Bundan başqa o, azyaşlı uşağı ilə sazişdə göstərilən vaxtlarda görüşə bilmir, belə ki, 3 həftə ardıcıl olaraq uşaqla görüşmək üçün evə gəlsə də, ərizəçi evdə olmadığı bildirmiş, o da məcbur olub geri qayıtmışdır. Hətta bundan qabaq o, ərizəçi tərəfindən bütün sosial şəbəkələrdən blok edilmişdir. Məhkəmədən qərar qəbul edilərkən bu halların da nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 20 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 1-ci bəndindən görünür ki, nikahın pozulması üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməyi Ərizəçi öz üzərinə götürür, 2-ci bəndindən görünür ki, birgə nikahdan olan X6 ana ilə qalmasına, ata Maraqlı şəxs etiraz etmir, 3-cü bəndindən görünür ki, birgə nikahdan olan X3 hər həftənin bazar günü ana Ərizəçi ilə razılaşdırma şərti ilə 2 saat ərzində ata Maraqlı şəxs görüşməsinə etiraz etmir, 4cü bəndindən görünür ki, ata Maraqlı şəxs, övladı X2 xərclərini qarşılamaq üçün ana Ərizəçi hər ayın 07-dən gec olmayaraq 235 manat və uşaq xəstələndiyi təqdirdə dərman və xəstəxana xərclərinin yarısının ödənilməsini öz üzərinə götürür, 5-ci bəndindən görünür ki, Ərizəçi evlənərkən gətirdiyi cehizin xx.xx.2024-cü tarixində çıxarılmasına Maraqlı şəxs mane olmamağı öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən və mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, Ərizəçi İMS üçün 50 AZN, poçt-kargüzarlıq üçün 10 AZN, TMS üçün 100 AZN ödəniş olmaqla, ümumilikdə 160 manat məbləğində 20 saylı Mediasiya Təşkilatına ödəniş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazışı imzalanmışdır. Tərəflər arasında sazişin icra edilməməsi ilə bağlı mübahisə yalnız aliment öhdəliyinin maraqlı şəxs tərəfindən vaxtında icra edilməməsi və ərizəçi tərəfindən uşağın sazişdə göstərilən müddətlər ərzində ünsiyyətdə olmaması ilə bağlı olmuşdur. Bu hal işdə iştirak edən şəxslərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın saxlanması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə onlar arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respubliaksı Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsaəsn şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə alimentin ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə və Ərizəçi barışıq sazişi üzrə Maraqlı şəxs birgə nikahdan olan X7 ilə ünsiyyətdə olmasına dair götürdüyü öhdəliyi icra etmədiyinə görə, onlar aralarındakı mübahisə sazişin yalnız üçüncü və dördüncü bəndlərinin icrası ilə bağlı olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişinin yalnız üçüncü və dördüncü bəndləri məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iddia tələblərinin mediasiya xərcinin maraqlı şəxsdən tutulmasına dair hissəsinə münasibətdə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, barışıq sazişinin şərtlərindən görünür ki, həmin saziş nəticəsində hər iki tərəfin maraqlarına toxunan məsələlər ilə bağlı razılıq əldə edilmişdir. Odur ki, ödənilmiş mediasiya xərci hər ikisinə aid edilməli və ərizəçi tərəfindən 160 manat ödənilməsi nəzərə alınmaqla, 80 manat məbləğində pul vəsaiti maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə 20 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
3. Birgə nikahdan olan X3 hər həftənin bazar günü ana Ərizəçi ilə razılaşdırma şərti ilə 2 saat ərzində ata Maraqlı şəxs görüşməsinə etiraz etmir.
4. Ata Maraqlı şəxs, övladı X2 xərclərini qarşılamaq üçün ana Ərizəçi hər ayın 07-dən gec olmayaraq 235 manat və uşaq xəstələndiyi təqdirdə dərman və xəstəxana xərclərinin yarısının ödənilməsini öz üzərinə götürür. 80 (səksən) mant məbləğində mediasiya xərcinin əvəzi Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva