Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4563/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü övladı X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, övladı xx.xx.2022-ci il tarixdə anadan olmuşdur, 29 oktyabr 1972-ci il təvvəllüdlü övladı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, bu barədə TTTYS tərəfindən ölüm haqqında xəbərdarlı vərəqəsi tərtib olunmuşdur, həkiməqədər ölüm qeydə alınmışdır, övladı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Qəbirstanlığında dəfn edilmişdir, ölümün qeydə alınması üçün 6 saylı Asan xidmətə müraciət etmiş, həmin ətşkilatdan ölüm faltı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlu olduğundan ona ölümün qeydə alınmasının mümkün olmadığı, bu barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə müraciət edərək, mülki işə işin çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1998-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, mərhum atası olmuşdur, o xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Sumqayıt şəhər qəbirstanlığından dəfn olunmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1973-cü il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, mərhum xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Sumqayıt şəhər qəbirstanlığından dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Vətəndaşlara Xidmət İdarəsinin rəisi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli 16 №-li arayışdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02:55-də ünvan 1 ünvanına çağırış üzrə gedən 7 saylı bölmənin təcili tibbi yardım briqadası xəstə X3 ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan İ-JQ seriyalı 386297 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29 oktyabr 1972-ci il tarixdə anadan olmuşdur, onun atası X8, anası Ərizəçidır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən xx.xx.2023cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1972-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etmiş, Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun anasıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4563/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4563/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver