Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4586/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə Bayramova Nərmin Nizami qızının katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi atalığın müəyyən olunması faktı barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum yoldaşı X8 xx.xx.2008-ci il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi barədə ərizəyə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.2005-ci ildə mərhum həyat yoldaşı X15 ilə el adəti ilə toy edib ailə qurmuşlar. Lakin rəsmi nikahları olmamışdır. Çox xoşbəxt yaşamışlar. xx.xx.2008-ci ildə onların Rəvanə adlı qızı dünyaya gəlmişdir. Qızları dünyaya gələn zaman həyat yoldaşı X15 işləri ilə əlaqədar Rusiyada olduğundan qızı Rəvanəyə doğum haqqında şəhadətnaməni tək ana kimi almışdı. Rəsmi qaydada nikaha düşmək üçün sənədləri yığsalar da həyat yoldaşının qəflətən xəstələnməsi onların nikaha daxil olmağını ləngitdi. Bunu mərhum həyat yoldaşı X8 yaxın qohumları da şahid kimi təsdiq edə bilərlər. Yoldaşı vərəm xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2020-cİ ildə İmişli rayonunda vəfat etdi. Ərizəçi isə qızı Rəvanəyə atası olan mərhum yoldaşı X8 adını və soyadını daşımasını istəyir. Mərhum yoldaşı X15 vəfat etdiyindən az yaşlı qızına atasını itirdiyindən təqaüd düşür amma atalıq müəyyən edilmədiyindən ərizəçi qızına təqaüd ala bilmir. Mərhum yoldaşı X15 ölən günə qədər İmişli rayonunda qeydiyyatda olduğundan və o vəfat edərkən ölüm kağızını İmişli rayon Qeydiyyat şöbəsi verdiyindən ərizəçi qızının atalığını müəyyən edilməsi üçün özünün yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi şöbəsinə yaxınlaşdı. Ərizəçiyə bildirilmiş ki, xx.xx.2008-ci il təvəllüdlü qızım X2 atalığın müəyyən edilməsi üçün hər iki. tərəf iştirak etməlidir. Lakin tərəflərdən biri vəfat etdikdə məhkəməyə müraciət etməlidir və atalıq faktının müəyyən edilməsinə dair qətnamə qət edilməlidir. Bu səbəbdən də, 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində ərizəçiyə rəsmi, imtina kağıza, verildi. Ərizəçi ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum yoldaşı X8 xx.xx.2008-ci il təvəllüdlü qızı X1 atası olmasının etiraf edilməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZ-İİİ 168423 nömrəli “Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-ci il tarixdə anadan olmuşdur, atası X9, anası isə Ərizəçidır. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin 05Q/1040/75 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 6.6-cı bəndinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinıik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-6098/13 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X15 xx.xx.1980-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur, atası X12, anası isə X3r. X15 xx.xx.2020-ci il tarixdə İmişli rayonunda rəhmətə getmişdir. İş materiallarında olan İİ-ЖГ № 336753 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1973-cı il tarixdə İmişli rayonunda anadan olmuşdur, atası X12, anası X3r. İş materiallarında olan V-ЖГ № 307207 saylı, xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1977-cı il tarixdə İmişli rayonunda anadan olmuşdur, atası X12, anası X3r. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdə X15, Ərizəçi və onların qızları X4, X15 ilə Ərizəçi nikahı əks edilib. Mülki iş üzrə şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır. O, qardaşı Aqillə evlənib. Birgə nikahlarından Rəvanə adlı qızları dünyaya gəlib. Qardaşı Aqil uzun müddət xəstə olduğu üçün rəsmi nikaha daxil ola bilməyiblər. Onlar özləri beş qardaş, dörd bacı olublar. Mülki iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun bibisi qızıdır, Yaqubov Aqil isə qardaşıdır. Ərizəçi ilə qardaşı el adəti ilə evləniblər, Rəvanə adlı bir qızları dünyaya gəlib, 10 il bir yerdə yaşayıblar. Mülki iş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun bibisi qızıdır, Yaqubov Aqil isə qardaşıdır. Ərizəçi ilə qardaşı el adəti ilə evləniblər, Rəvanə adlı bir qızları dünyaya gəlib, bir yerdə mehriban yaşayıblar. Qardaşı xəstə olduğu üçün nikah rəsmiləşdiirə bilməyiblər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə, şahid ifadələrini və işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X15 özünün sağlığında X1 onun övladı olmasını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixdə ölmüş X8 özünün sağlığında xx.xx.2008-ci il tarixdə doğulmuş X1 atası olmasını etiraf etməsi faktı iş materialları ilə tam sübut olunduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X8 Ərizəçi doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 atası olmasının etiraf edilməsinə dair hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4586/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4586/2022
13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver