Məhkəmə qərarları › İş №2(011)-4612/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4612/2024

25.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4612/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Ərizəçi mediasiya prosessində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00319 saylı barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən maraqlı şəxs ərizəçiyə xx.xx.2024-cü il tarixdən başlayaraq övladları xx.xx.2013-cu il təvəllüdlü X2jnun və xx.xx.2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, hər ayın 14-nə qədər, hər birinə 110 manat olmaqla, cəmi 220 sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Ərizəçi ərizəsində barışıq sazişinin təsdiq edilməsinə zərurət yarandığını qeyd etsə də, Maraqlı şəxs tərəfindən barışıq sazişinin icra olunmaması ilə bağlı sübutlarını ərizəyə əlavə etməmişdir. Belə ki, AR MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, MP-də nəzərdə tutulur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi mediasiya prosessində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar