Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4654/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 avqust 2020-ci il tarixli NZLMB-6238 saylı kredit müqaviləsi üzrə kreditə görə 2.217,36 manat əsas, faiz borcuna görə 194.42 manat, cərimə borcuna görə 243.77 manat cəmi 2.655,55 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 2 ədəd 13,5 qr, 583 əyar sep, 1 ədəd 6,9 qr, 583 əyar qolbaq, 4 ədəd 14 qr, 583 əyar üzük ağlı 1 qaş yox, 2 ədəd 4 qr, 583 əyar sırğa, 1 ədəd 12 qr, 583 əyar komplekt ağlı, 1 ədəd 4,5 qr, 375 əyar üzük, cəmi 54,9 qr. qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 31 avqust 2020-ci il tarixli NZLMB-6238 saylı kredit müqaviləsi üzrə 2.217,36 manat əsas, faiz borcuna görə 194.42 manat, cərimə borcuna görə 243.77 manat, cəmi 2.655,55 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan 31 avqust 2020-ci il tarixli NZLMB-6238 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2020-ci il tarixli NZLMB-6238 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 2.590 manat məbləğində cavabdehə kredit verilmişdir. 31 avqust 2020-ci il tarixli NZLMB-6238 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin 2.217,36 manat əsas, 194.42 manat faiz, 243.77 manat cərimə olmaqla, cəmi 2.655,55 manat borcu mövcuddur. 31 avqust 2020-ci il tarixli NZLMB-6238 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 22 yanvar 2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Nizami filialına saxlanca verilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 avqust 2020-ci il tarixli, NZLMB-6238 saylı kredit müqaviləsi üzrə kreditə görə 1.917,36 manat əsas, 266.54 manat faiz, 416.60 manat cərimə, cəmi 2.600,50 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş 2 ədəd 13,5 qr, 583 əyar sep, 1 ədəd 6,9 qr, 583 əyar qolbaq, 4 ədəd 14 qr, 583 əyar üzük ağlı 1 qaş yox, 2 ədəd 4 qr, 583 əyar sırğa, 1 ədəd 12 qr, 583 əyar komplekt ağlı, 1 ədəd 4,5 qr, 375 əyar üzük, cəmi 54,9 qr. qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 31 avqust 2020-ci il tarixli, NZLMB-6238 saylı kredit müqaviləsi üzrə cəmi 2.600,50 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan 31 avqust 2020-ci il tarixli NZLMB-6238 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 31 avqust 2020-ci il tarixli, NZLMB-6238 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 2.590 manat məbləğində kredit verilmişdir. 31 avqust 2020-ci il tarixli, NZLMB-6238 saylı saxlanc girovu müqaviləsinə əsasən 31 avqust 2020-ci il tarixli, NZLMB-6238 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 2 ədəd 13,5 qr, 583 əyar sep, 1 ədəd 6,9 qr, 583 əyar qolbaq, 4 ədəd 14 qr, 583 əyar üzük ağlı 1 qaş yox, 2 ədəd 4 qr, 583 əyar sırğa, 1 ədəd 12 qr, 583 əyar komplekt ağlı, 1 ədəd 4,5 qr, 375 əyar üzük saxlanca qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 16 iyun 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 1.917,36 manat əsas borc, 266.54 manat faiz borcu, 416,60 manat cərimə borcu olmaqla, cəmi 2.600,50 manat məbləğində kredit borcu yarandığı iddia edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə Cavabdeh tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə hesablanmış 416.60 manat məbləğində cəriməni tənasübsüz surətdə yüksək hesab edərək cərimənin 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə iddia tələbinin girov predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1.917,36 manat əsas borc, 266.54 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 2.203,90 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, tutma bank qarşısında girov qoyulmuş 2 ədəd 13,5 qr, 583 əyar sep, 1 ədəd 6,9 qr, 583 əyar qolbaq, 4 ədəd 14 qr, 583 əyar üzük ağlı 1 qaş yox, 2 ədəd 4 qr, 583 əyar sırğa, 1 ədəd 12 qr, 583 əyar komplekt ağlı, 1 ədəd 4,5 qr, 375 əyar üzük, cəmi 54,9 qr. qızıl-zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin borcu ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31 avqust 2020-ci il tarixli, NZLMB-6238 saylı kredit müqaviləsi üzrə 1.917,36 (min doqquz yüz on yeddi manat otuz altı qəpik) manat əsas borc, 266.54 (iki yüz altmı altı manat əlli dörd qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 2.203,90 (iki min iki yüz üç manat doxsan qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb girov predmeti olan 2 ədəd 13,5 qr, 583 əyar sep, 1 ədəd 6,9 qr, 583 əyar qolbaq, 4 ədəd 14 qr, 583 əyar üzük ağlı 1 qaş yox, 2 ədəd 4 qr, 583 əyar sırğa, 1 ədəd 12 qr, 583 əyar komplekt ağlı, 1 ədəd 4,5 qr, 375 əyar üzük, cəmi 54,9 qr. qızıl-zinət əşyalarına yönəldilsin, qızıl-zinət əşyaları açıq hərracda satılsın. Girov predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4654/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4654/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver