Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4692/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:
1. Maraqlı şəxs2 ilə ərizəçi xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olmuşdurlar. Birgə Nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdirlər. Xətai Rayon Məhkəməsinin 2(011)-818/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikaha xitam verilmiş, birgə nikahdan olan uşaqlar atalarının yanında saxlanılmışdır.
2. Tərəflər xx.xx.2024-cü il tarixində Mediasiya Təşkilatında barışıq sazişi bağlamışdırlar.
Ərizəçinin tələbi:
3. Ərizəçi Maraqlı şəxs2 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları 01 avqust 2015-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs2 yanında, 23 yanvar 2018-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalması barədə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, bağlanmış barışıq sazişi ilə razıdır. Barışıq sazişini öz razılığı ilə imzalamışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 öz izahatında bildirmişdir ki, ərizəçi uşağın anasıdır və uşaqlardan birinin onda qalmasına etiraz etmir. Barışıq sazişini özü könüllü olaraq bağlamışdır. Barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur.
7. Maraqlı Maraqlı şəxs1 nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. MŞB/8/2024-00865 №-li, xx.xx.2024-cü il tarixli mediasiya xidmətinin göstərilməsi barədə müqavilə.
9. MŞB/8/2024-00865 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, “1.Birinci tərəf: Ərizəçi Sazişi imzalandıqdan sonra İkinci tərəf: (Sabiq həyat yoldaşı) Maraqlı şəxs2 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X1 İkinci tərəf Maraqlı şəxs2 (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşna çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələbinin olmadığını təsdiq edirlər.
3. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. 1.İkinci tərəf: Həsənli X3 imzalandıqdan sonra Birinci tərəf: (Sabiq həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 onun (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edirlər.
3. İkinci tərəf: Maraqlı şəxs2 bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.”
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-818/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən, Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2013-cü il tarixdə Bərdə rayon qeydiyyat şöbəsində bağlanmış və 471 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 23 yanvar 2018-ci il təvəllüdlü X5 və 01 avqust 2015-ci il təvəllüdlü X1 ataları Maraqlı şəxs2 himayəsində saxlanılması qət edilmişdir.
11. AZ-İ 485319 nömrəli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Maraqlı şəxs2 Ərizəçi ilə olan nikahı xx.xx.2024-cü il tarixində ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 119 № ilə qeyd edilmişdir.
Tətbiq edilən hüquq: 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
16. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin “1. Birinci tərəf: Ərizəçi Sazişi imzalandıqdan sonra İkinci tərəf: (Sabiq həyat yoldaşı) Maraqlı şəxs2 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015ci il təvəllüdlü X1 İkinci tərəf Maraqlı şəxs2 (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşna çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələbinin olmadığını təsdiq edirlər. 3. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. 1. İkinci tərəf: Həsənli X3 imzalandıqdan sonra Birinci tərəf: (Sabiq həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 onun (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edirlər. 3. İkinci tərəf: Maraqlı şəxs2 bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.” hissəsində məcburi icra üçün təsdiq edilməsidir.
17. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin qeyd edilən bəndlərini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 1, 2, 3-cü bəndlərinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.
18. Beləliklə, məhkəmə Barışıq sazişinin “1.Birinci tərəf: Ərizəçi Sazişi imzalandıqdan sonra İkinci tərəf: (Sabiq həyat yoldaşı) Maraqlı şəxs2 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X1 İkinci tərəf Maraqlı şəxs2 (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşna çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələbinin olmadığını təsdiq edirlər. 3. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. 1.İkinci tərəf: Həsənli X3 imzalandıqdan sonra Birinci tərəf: (Sabiq həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 onun (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edirlər. 3. İkinci tərəf: Maraqlı şəxs2 bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.” hissəsi ilə bağlı hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi və Maraqlı şəxs2 arasında bağlanmış 24 aprel 2024-cü il tarixli Barışıq Sazişinin aşağıdakı bəndləri bu məzmunda təsdiq edilsin: “1.Birinci tərəf: Ərizəçi Sazişi imzalandıqdan sonra İkinci tərəf: (Sabiq həyat yoldaşı) Maraqlı şəxs2 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X1 İkinci tərəf Maraqlı şəxs2 (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşna çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələbinin olmadığını təsdiq edirlər.
3. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. 1.İkinci tərəf: Həsənli X3 imzalandıqdan sonra Birinci tərəf: (Sabiq həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 onun (atanın) yanında (himayəsində), xx.xx.2018-ci il təvəllüdlü X2 Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Tərəflər: Ərizəçi və Maraqlı şəxs2 himayələrində qalacaq yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün bir - birlərindən (qarşılıqlı şəkildə) aliment tələblərinin olmadığını təsdiq edirlər.
3. İkinci tərəf: Maraqlı şəxs2 bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.”
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova