Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4702/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2023-02711 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizənin məzmunua uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazının dəlilləri Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli MŞB/18/2023-02711 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Birinci tərəf Ərizəçi bu sazışı imzaladıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Səadət Sarayı Bakı nikah evində xx.xx.2017-ci il tarixində 120 qeyd ilə bağlanan nikahın pozulmasına razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ayın 10-a dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır, bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 (ananın iştirakı ilə) xx.xx.2024-cü il tarixdən etibarən hər ay 4 dəfə olmaqla, həftənin bazar günləri günorta saat 14:00-dan -18:00-a dək ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür; - Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür; - İkinci tərəf Maraqlı şəxs bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Səadət Sarayı Bakı nikah evində xx.xx.2017-ci il tarixdə 120 qeydi ilə bağlanan nikahın pozulmasına razıdır -İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 birinci tərəf (anası) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır; - İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləği birinci tərəfin ona təqdim edəcəyi bankın hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür”; - İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. - İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021- ci il təvəllüdlü X6 ilə 01.01,2024-cü il tarixindən etibarən hər ay 4 dəfə olmaqla, həftənin bazar günləri günorta saat 14:00-dan - 18:00-a dək (ananın iştirakı ilə) (uşaqların mənafei nəzərə alınaraq) ünsiyyətdə olmasına Birinci tərəf Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. - İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2023-02711 saylı Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - - Birinci tərəf Ərizəçi bu sazışı imzaladıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Səadət Sarayı Bakı nikah evində xx.xx.2017-ci il tarixində 120 qeyd ilə bağlanan nikahın pozulmasına razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ayın 10-a dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır, bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır; - Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 (ananın iştirakı ilə) xx.xx.2024-cü il tarixdən etibarən hər ay 4 dəfə olmaqla, həftənin bazar günləri günorta saat 14:00-dan -18:00-a dək ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür; - Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür; - İkinci tərəf Maraqlı şəxs bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Səadət Sarayı Bakı nikah evində xx.xx.2017-ci il tarixdə 120 qeydi ilə bağlanan nikahın pozulmasına razıdır -İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 birinci tərəf (anası) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır; - İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləği birinci tərəfin ona təqdim edəcəyi bankın hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür”; - İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. - İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021- ci il təvəllüdlü X6 ilə 01.01,2024-cü il tarixindən etibarən hər ay 4 dəfə olmaqla, həftənin bazar günləri günorta saat 14:00-dan - 18:00-a dək (ananın iştirakı ilə) (uşaqların mənafei nəzərə alınaraq) ünsiyyətdə olmasına Birinci tərəf Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. - İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4702/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4702/2024
06.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver