Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4731/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum Ərizəçi xx.xx.1961-ci il tarixdə ərizəçiyə məxsus bağ evində, Zığ qəsəbəsi, Qum adasında vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri Hövsan qəsəbəsi, Quşçuluq y/s qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atası X3 adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahatlar verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. Ərizəçinin qardaşı ona zəng vurub atasının rəhmətə getdiyini deyib. İş üzrə şahid qismində dindirilmiş Tağıyeva Ramina ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşı onun oğlunun kirvəsidir. Atası rəhmətə gedəndə onun qardaşı ona zəng edib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Təcili və X2 Stansiyasının xx.xx.2024-cü il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 18:05-də Zığ qəsəbəsi, Qum adası ünvanında kişi cinsinə məxsus meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, həqiqətən xx.xx.2024-cü il tarixində vəfat etmiş atası X1 qəsəbəsi, Quşçuluq y/s qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan “6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X9 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X9 38 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 hər hansı xəstəliklə 38 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında sənəd verilməsi mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi atası X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4731/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4731/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver