Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4824/2021 24.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.08.2011-ci il tarixli 878 saylı kredit müqaviləsi üzrə 1628,30 ABŞ dolları əsas borc, 42 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 606,54 ABŞ dolları faiz borcu olmaqla cəmi 2276,84 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə cavabdehə məxsus olan “Azsamand” markalı (tipı sedan, buraxılış ili-2006, Ban-********), **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracdan satılması və borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03.08.2011-ci il tarixli 878 saylı kredit müqaviləsinə əsasən borc alana avtomobilin alınması məqsədi ilə 24 ay müddətinə illik 27% hesablanmaqla 4800 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03.08.2011-ci il tarixli 878 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi mülkiyyət hüququ üzrə cavabdehə məxsus “Azsamand” markalı (tipı sedan, buraxılış ili-2006, Ban-********), **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş və bu barədə AR DİN BDYPİ QİŞ tərəfindən AA seriyalı, 135914 saylı Çıxanş verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq kredit borcunun banka tam qaytarılması təmin edilməmişdir. Cavabdeh 19.04.2021-ci il tarixə kredit müqaviləsi üzrə banka olan borcu 1628,30 ABŞ dolları əsas borc, 42 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 606,54 ABŞ dolları faiz borcu olmaqla cəmi 2276,84 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, 03.08.2011-ci il tarixli 878 saylı kredit müqaviləsinə əsasən krediti onun adına qonşusu almışdır. Kredit müqaviləsi üzrə tərəfindən heç bir ödəniş edilməmişdir. Ona görə də, tələbin avtomobilə yönəldilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03.08.2011-ci il tarixli 878 saylı kredit müqaviləsinin surətin dən görünür ki, borcalana 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 27% olmaqla 4800 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 03.08.2011ci il tarixli 878 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka qoyanın mülkiyyətində olan “Azsamand” markalı (tipı sedan, buraxılış ili-2006, Ban-********), **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə 03.08.2011-ci il tarixli AA seriyalı, 135914 nömrəli çıxarış verilmişdir. 11.07.2017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xəbərdarlıq edilmiş və bununla da mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət olunmuşdur. 19.09.2017-ci il tarixli ərizənin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də 20.09.2017-ci il tarixdə qeydə alınmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh 19.04.2021-ci il tarixə 03.08.2011-ci il tarixli 878 saylı kredit müqaviləsi üzrə borcu 1628,30 ABŞ dolları əsas borc, 42 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 606,54 ABŞ dolları faiz borcu olmaqla cəmi 2276,84 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1 maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1 maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə isə bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 19.04.2021-ci il tarixə 03.08.2011-ci il tarixli 878 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 1628,30 ABŞ dolları əsas borc, 42 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 606,54 ABŞ dolları faiz borcu olmaqla cəmi 2276,84 ABŞ dolları borcunun qalması, borc öhdəliyinin ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi təmin edilməli, həmin borc cavabdehdən tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 03.08.2011-ci il tarixli 878 saylı kredit müqaviləsi üzrə 1628,30 ABŞ dolları əsas borc, 42 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 606,54 ABŞ dolları faiz borcu olmaqla cəmi 2276,84 (iki min iki yüz yetmiş altı dollar 84 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan “Azsamand” markalı (tipı sedan, buraxılış ili-2006, Ban-********), **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş vəsait hesabına iddiaçının tələbləri ödənilsin. İpoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4824/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4824/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver