Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4831/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X7 xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası, Sisian rayonunun Qızılcıq kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə Özbəkistan Respublikası Sırdərya şəhərində doğulmuşdur, hal-hazırda Bakı şəhəri,Xətai rayonu, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, ailə üzvüləri Ermənistan Respublikası Sisian rayonunun Qızılcıq kəndində yaşayan zaman anası X1 anası, yəni ərizəçinin mərhum nənəsi X11 uzun sürən xəstəlikdən əziyyət çəkirmiş, və xx.xx.1985-ci ildə Ermənistan Respublikası Sisian rayonunun Qızılcıq kəndində yerləşən evlərində rəhmətə getmiş, Qızılcıq kənd qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94, ev 6, 73 saylı mənzili sənədləşdirmək istəsə də, mərhum nənəsi X7 ölümü haqda şəhadətnamə olmadığından hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Özbəkistan Respublikasının Sırdərya şəhərində anadan olmuşdur, atası X12, anası X3r. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X5 xx.xx.1966-cı ildə Ermənistan Respublikasının, Sisian rayonunun Qızılcıq kəndində doğulmuşdur, atası X6, anası X8r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X11 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısı oğludur. X2 onun anasıdır, anası X11 1934-cü ildə Ermənistan Respublikasının Sisian rayonunun Qızıılcıq kəndində doğulmuş, xx.xx.1985-ci ildə yaşadığı həmin kəndədə xəstəlikdən vəfat etmişdir, Qızılçıq kənd qəbiristanlığında da dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, X2 onun xalasıdır, Gülüzar Rzayeva 1934-cü ildə Ermənistan Respublikası Sisian rayonunun Qızılcıq kəndində doğulmuş, xx.xx.1985-ci ildə həmin kənddə vəfat etmiş, kənd qəbiristanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə 1934-cü il təvəllüdlü X7 xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, təvəllüdlü X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə onun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. XX.XX.1934-cü il təvəllüdlü X7 xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli