Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4834/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 13 dekabr 1965-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mərhum X4 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxxxx 2010-cu il təvəllüdlü Ərizəçi adlı bir övladları dünyaya gəlmişdir. 13 dekabr 1965-ci il təvəllüdlü X4 07 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum Salyan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. O, qanunvericilikdə müəyyən olunmuş müddəti buraxdığı üçün ərazi poliklinikası ona mərhumun ölümü ilə bağlı tibbi arayışı verməkdən imtina etmişdir. Ona görə də mərhumun ölümünün qeydə alınması xahişi ilə o, 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm faktını tibbi şəhadətnamənin olmaması səbəbindən şöbə mərhumun ölümünü qeydə almaqdan imtina etmişdir. Bu səbəbdən mərhumun ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, mərhumun ölümünün qeydiyyata alınmaması səbəbindən o, yetkinlik yaşına çatmamış övladı üçün qanunvericiliklə müəyyən olunmuş ailə başçısının itirilməsinə görə müavinət ala bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə ərizənin məzmununa uyğun izahat verməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təcili və X7 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə X5 üçün çağırış edilmiş, eyni gün saat 12:50-də kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçi X1 ünvanlanmış 10 may 2022-ci il tarixli, 05/Q-842/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1468/2017 saylı, 27 fevral 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qanuni nümayəndə ərizəsi qismən təmin edilmiş, X2 xx xxxxxxxx 2010-cu il təvəllüdlü X3 atası olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 13 dekabr 1965-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 13 dekabr 1965-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4834/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4834/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver