Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4866/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X1 ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və həmin gün Bakı şəhəri, Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi həmin vaxtdan uzun müddət keçdikdən sonra ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Azərbaycan Respublikası 1 saylı Bakı “Asan xidmət” mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı “Asan xidməti” tərəfindən xx.xx.2022-ci il tarixli 05/Q-258/15 nömrəli məktubla ərizəçiyə bildirmişlər ki, sənədlər tam olmadığından ölüm haqqında akt qeydiyyatı aparıla bilməz. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında maraqlı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Təcili və X3 stansiyasının 14 saylı yardımçı stansiyası tərəfindən verilmiş 248 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixində saat 12:02-də X1 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-258/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 422 saylı arayışdan görünür ki, X2 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmiş və xx.xx.2021-ci tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi iş yoldaşıdır. X2 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Ərizəçi iş yoldaşıdır. X2 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi anası xx.xx.1947-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1947-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 01 dekabr 1947-ci il təvəllüdlü X1 26 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-4866/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4866/2022
05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver