Məhkəmə qərarları › İş №2(011)-4869/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4869/2024

12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4869/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi 10 mart 1954-cü il təvəllüdlü X6 29 mart 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayırdı. X2 10 mart 1954-cü ildə Naxçivan MR, Şahbuz rayonunda anadan olmuşdur. X6 Bakı şəhəri, Xətai rayonu, N.Əliyev 1205 məhəllə , b3E, A7-30 ünvanında 20 mart 2023-cü il tarixdə səhər saat 08:00 radələrində rəhmətə getmişdir. X7 Suraxanı Rayonu, Zığ Bələdiyyəsi ərazisində olan Dədə Qorqud qəbirstanlığında dəfn etmişdirlər. Bundan sonra övladı Ərizəçi 16 aprel 2024-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” X5 ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. 2 saylı Bakı “ASAN XİDMƏT” X8 tərəfindən 16 aprel 2024-cü il tarixli 170 nömrəli təqdim olunmuş arayışa əsasən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı 14768153 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 10 mart 1954-cü il tarixdə Naxçivan MR, Şahbuz rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 2 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində X6 meyiti aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Bələdiyyəsinin 55 nömrəli xx.xx.2024-cü il tarixli arayışı və mülki iş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, X10 xx.xx.2024-cü il tarixində vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 26 nömrəli Şəhər Poliklinikasının 02 may 2024-cü il tarixli 170 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş, ünvan 3 yaşamış xx.xx.1954-cü il təvəllüdlü X10 vəfat etmişdir. Vəfat etmiş şəxsin 26 nömrəli Şəhər Poliklinikasında xəstəliyi ilə əlaqədar müraciət edilmədiyi və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiynə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN XİDMƏT” X3 xx.xx.2024-cü il tarixli 3-16-5/8-1/329-29/24 nömrəli məktubundan görünür ki, şöbə tərəfindən X13 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında qeyd etmişdir ki, o, ərizəçi onun əmisi oğludur. X1 onun əmisi olmuşdur. O, xx.xx.2024-cü il tarixində evdə olmuşdur. Atama zəng etdilər ki, qardaşınıən vəziyyəti pisdir. Bizdə ora getdik. Axşam təcili yardım gəldi. Lakin mərhum səhəri gün, xx.xx.2024-cü il tarixində rəhmətə getdi. O, Bakı şəhərində rəhmət getmişdir. Məhkəmə iclasında şahid qismində X11 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun oğludur. Mərhum birdən birə öldü. Onun 70 yaşı tamam olmuşdur. Onun vəziyyəti birdən pisləşdi və xx.xx.2024-cü il tarixində gecə vaxtı rəhmətə getdi. O, Xətai rayonunda yaşayırdı. Burda da rəhmətə getdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X10 29 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 29 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 mart 1954-cü il tarixində Naxçivan MR, Şahbuz rayonunda anadan olmuş X10 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar