Məhkəmə qərarları › İş №2(011)-4932/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4932/2022

05.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4932/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bəpra və əmək müqaviləsinin müddətinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “işə bəpra və əmək müqaviləsinin müddətinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh SOCAR**********30560046X02277 saylı, 22 aprel 2022-ci il tarixli cavabını ləğv edib, onu, yəni İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X1 Departamentinin Mərkəz Texniki İstismarı Xidmətində 4-cü dərəcəli çilingər peşəsinə işə bərpa və əmək müqaviləsinin müddətinin artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2919/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İB-yə qarşı xx.xx.2018-ci il tarixli, 19 nömrəli müqavilənin xitam edilməsi barədə xx.xx.2021-ci il tarixli, SOCAR **********00070020B00129 saylı əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(011)-4663/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəmsinin 2(011)- 2919/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı – onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 19 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ona dəymiş 150000 manat mənəvi ziyanın ödənilməsi, onunla yenidən müddətsiz əmək müqaviləsinin bağlanması barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(011)-8774/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4887/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı – onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 19 nömrəli müqavilənin xitam edilməsi haqqında cavabdehin xx.xx.2021-ci il tarixli, N:SOCAR **********00070020B00129 saylı əmrinin ləğv edilməsi və onunla yenidən müddətsiz müqavilənin bağlanması barədə iddia ərizəsi ərizənin yolverilməzliyinə görə (eyni tələblə, eyni cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən) qəbul edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4084/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2021-ci il tarixli, SOCAR **********00070020B00129 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X1 Departamentinin Mərkəz Texniki İstismarı Xidmətində çilingər peşəsinə bərpa edilməsi və sair tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı dəfələrlə iddiaar qaldıraraq onun işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2021-ci il tarixli, SOCAR **********00070020B00129 saylı əmrinin ləğv edilməsini, etibarszı hesab edilməsini, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X1 Departamentinin Mərkəz Texniki İstismarı Xidmətində çilingər peşəsinə bərpa edilməsini xahiş etmiş müvafiq məhkəmə qətnamələri ilə tələbləri rədd edilmiş yaxud iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda iddiaçı yenə də onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X1 Departamentinin Mərkəz Texniki İstismarı Xidmətində 4-cü dərəcəli çilingər peşəsinə işə bərpa və əmək müqaviləsinin müddətinin artırılması iddiasını irəli sürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri, həmçinin mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “işə bəpra və əmək müqaviləsinin müddətinin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar