Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4936/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun, Maraqlı şəxs və mediator X3 arasında bağlanmış 06 iyun 2022-ci il tarixli, MŞB/4-01274 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 09 sentyabr 2017-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan 08 iyun 2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, oğlu Tuncay Dadaşlının onun yanında saxlanılması qət edilmişdir. Hazırda cavabdeh uşağın saxlanılmasında ona köməklik göstərmir. Mediasiya prosesi zamanı onlarla mediator arasında bağlanmış 06 iyun 2022-ci il tarixli, MŞB/4-01274 nömrəli Barışıq sazişinə əsasən 08 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 manat aliment cavabdeh Maraqlı şəxs tərəfindən ona ödənilməlidir. Hazırda uşağın saxlanılmasında çətinklik çəkir. Belə ki, hazırda ona bu pul məbləğinin ödənilməsinə maddi imkanı olmadığı üçün zərurət də yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi izahatında qeyd etmişdir ki, Maraqlı şəxs barışıq sazişini icra etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini və barışıq sazişinin şərtlərini maddi imkanının olmamasını səbəbindən vaxtında icra edə bilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6329/2019 saylı 05 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 09 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsində 152 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 08 iyun 2018-ci il təvəllüdlü X1 Ərizəçi yanında qalması qət edilmişdir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli, MŞB/4-01274 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs 08 iyun 2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 manat aliment ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində 06 iyun 2022-ci il tarixli, MŞB/4-01274 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə ikinci tərəf Maraqlı şəxs övladı yetkinlik yaşına çatana qədər hər ay 400 manat sabit pul məbləğində alimentin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində 06 iyun 2022-ci il tarixli, MŞB/4-01274 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində 06 iyun 2022-ci il tarixli, MŞB/4-01274 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər : Ərizəçi (bundan sonra birinci tərəf) və Maraqlı şəxs (bundan sonra ikinci tərəf) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən mediasiya reyetsrində (M-00192) nömrəsi ilə qeydiyyatdan keçmiş mediatir X2 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri 1.1. Ərizəçi və Maraqlı şəxs nikahı 09 sentyabr 2017-ci il tarixdə Xətai rayon Qeydiyyat Şöbəsində 152 saylı qeyd aktı ilə qeydə alınmışdır. 1.2. Birgə nikahdan bir övladları var: - 26 iyul 2009 -cu il təvəllüdlü X4; 1.3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(011)-6329/2019 №-li Qətnaməsi ilə "Tərəflər"in nikahı pozulmuşdur. Ərizəçi aliment tələbi olmamasına baxmayaraq, Maraqlı şəxs 2 il 8 ay ərzində övladına ayda 400 (dörd yüz) manat olmaqla, cəmi 12 800 (on iki min səkkiz yüz) manat məbləğ ödəmişdir. 1.4. Ərizəçi aliment ödənişinin rəsmi icrası üçün Maraqlı şəxs oğlunu könüllü mediasiyaya dəvət etmişdir. Maddə 2. Barışığın şərtləri 2.1. "İkinci tərəf" alimentin rəsmi qaydada ödənilməsinə razılıq öhdəliyi götürür 2.2. "İkinci tərəf" övladı yetkinlik yaşına çatana qədər hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin ödəənilməsi öhdəliyini öz üzərinə götürür. (Saziş ilə Tərəflərin üzərinə götürdüyü digər öhdəliklər) 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4. Öhdəliyin şərtləri pozulduğu təqdirdə "Tərəflər"məhkəməyə müraciət edə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4936/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4936/2022
18.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver