Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4953/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixində ölməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1961-ci il təvəllüdlü həyat yoldaşı X7 xx.xx.2022-ci il tarixində dünyasını dəyişmişdir. Belə ki, həyat yoldaşı dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X12 Stansiyasını çağırılmış, xəstənin vəziyyəti barədə xəbərdar edilmişdir. Lakin Təcili və X13 Stansiyası gəldikdə həyat yoldaşı artıq dünyasını dəyişmişdir. Buna görə də Təcili və X12 Stansiyasının 18 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Yaxın qohumlarının iştirakı ilə mərhum xx.xx.1961-ci il təvəllüdlü həyat yoldaşı X3 rayonu İkinci Nügədi qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi həyat yoldaşının dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Belə ki, ərizəçi xx.xx.1961-ci il təvəllüdlü həyat yoldaşı X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhər 6 saylı Asan xidmətində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətindən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin verilməsindən xx.xx.2022-ci il tarixli 05/Q-819/15 saylı məktubla imtina edilmişdir. İmtina məktubunda sözügedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Ərizəçinin xx.xx.1961-ci il təvəllüdlü həyat yoldaşı X4 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlər həyata keçirilməsi mümkün deyildir. Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 17799353 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1961-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində anadan olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi xx.xx.1984-cü il tarixində nikahları bağlanmışdır. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi X23 32 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli 208 saylı arayışından görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materillarında olan Bakı şəhəri Təcili və X13 stansiyasının 18\2 saylı yardımçı stansiyası tərəfindən verilmiş 0442 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixində saat 10:56-da X4 ölümü baş vermişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-819/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Quba rayonu İİ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 502 saylı arayışdan görünür ki, X7 xx.xx.2022-ci ildə vəfat etmiş və doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixində X8, X10, X19 tərəfindən imzalanaraq tərtib edilən aktdan görünür ki, X7 xx.xx.2022-ci il tarixində qəflətən vəfat etmişdir. X1 qohumlarının iştirakı ilə Quba rayonu, 2-ci Nügədi kəndindəki “Ağası” qəbiristanlığında el adəti ilə dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Mərhum xx.xx.2022-ci il tarixində Bakı şəhərində yaşadığı ünvanda vəfat etmişdir, Quba rayonu 2-ci Nügədi kəndində dəfn edilmişdir İş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Mərhum doğulduğu Quba rayonu 2-ci Nügədi kəndində dəfn edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi həyat yoldaşı xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 06 fevral 1961-ci il təvəllüdlü X4 26 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-4953/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4953/2022
27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver