Məhkəmə qərarları › İş №2(011)-4999/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4999/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4999/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada 5300 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 73 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü il tarixdə Cavabdeh1 Sabunçu rayonu, Ramana qəsəbəsi, ərazisində yerləşən 4 sot torpaq sahəsini 5300 manata almışdır. Torpağı alan zaman Cavabdeh1 ona torpaq sahəsinin çıxarışını və etibarnaməni təqdim etmişdir. Çıxarışa nəzər saldıqda müəyyən etmişdir ki, çıxarışda xeyrinə hüquq yüklü edilən şəxs Cavabdeh2dur. Etibarnaməyə əsasən isə Cavabdeh2 onun adına olan, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 400 kvm torpaq sahəsi barədə sərəncam verməyi və s. saləhiyyətləri Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 da xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda ona 354245 saylı etibarnamə verərək, Cavabdeh2 ona etibar etdiyi saləhiyyətləri iddiaçıya etibar etmişdir. Həmçinin bildirmişdir ki, torpaq sahəsini iddiaçının adına sənədləşdirəcək. Beləliklə də o, 5300 manat ödəməklə torpaq sahəsini almışdır. Bundan sonra o, həmin torpaq sahəsinə daş tökərək oranı hasara almışdır. Son iki il ərzində isə həmin torpaq sahəsinə gedib-gəlmədiyinə görə ora nəzarət edə bilməmişdir. 2021-ci ilin sentyabr ayında torpaq sahəsinə gəldiyi zaman sahənin daş hasara alınaraq zəbt edildiyini müəyyən etmişdir. Torpağı zəbt edən Zaur adlı şəxs idi. O, bildirmişdir ki, bu torpaq sahə sini o alıb. Bundan sonra o, Cavabdeh1 müraciət edib torpaq sahəsinin ona təhvil verməsini əks təqdirdə pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh1 onun tələbinə heç bir əhəmiyyət verməmişdir. Məcburiyyət qarşısında qalıb Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Şikayətini araşdıran Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru X1 Əşrəf Əli oğlunun əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək, 18 aprel 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul etmişdir Həmin qərarda izahatı qeyd edimiş Cavabdeh1 ondan aldığı pulu etiraf etmişdir. Cavabdeh1 ondan aldığı 5300 manat pulu bu günə kimi qaytarmamışdır. 5300 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona qaytarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, iddiaçı ona 5000 manat məbləğindnə pulu əvvəldən, sonra 300 manat nağd pul verib. Bunun qarşılığında ona torpaq verməli idi. Aslanın yerində başqası tikinti apardığına görə, aralarında razılaşmışlar ki, Aslan onun üçün ev tikəcək, sonra isə ailəsi ilə onun evinə köçəcək. O, isə iddiaçının tikdiyi evə yerləşəcək. Sonra Zaur adlı şəxs dələduzluq edərək, həmin torpaqda tikinti aparmışdır. Məhkəmədən, bu məsələyə aydınlıq gətirilməsi və iddiaçının torpağını qaytarması üçün vaxt verilmsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, o, İddiaçı qiyabi olaraq tanımışdır. 2014-cü ildə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 2 sot torpaq sahəsininin 2 sotunu Aslan adlı şəxsə 5000 manata satmışdır. Sənədləşmə işləri ilə bağlı Aslana baş etibarnamə vermişdir. 2018-ci ildə Aslan ona zəng edərək torpaq sahəsində tikinti işlərinin aparıldığını dediyi üçün həmin yerə getmiş və tikinti aparıldığını görmüşdür. Sonradan aralarında olan anlaşılmamazlığı aradan qaldırmaq üçün ona digər bir yerdə 2 sot torpaq sahəsi vermişdir. 2021-ci ildə Aslan yenidən ona zəng edərək ikinci torpaq sahəsində ev tikildiyini demişdir. Sonra o, həmin torpaq sahəsinə getmiş və orada Zaur adlı şəxs tərəfindən ev tikildiyini görmüşdür. Bu barədə Zaurdan məlumat aldıqda torpaq sahəsini bələdiyyədən aldığını bildirmişdir. Həmini torpaq sahəsini Niyaməddin adlı şəxsdən almış, bu barədə onun günahı olmamış və Niyaməddin adlı şəxsin torpaq sahəsini satmasını güman etdiyini göstərmişdir. Aslan adlı şəxsin nəyə görə ondan şikayət etdiyini barədə heçnə deyə bilmədiyini, lakin torpaq sahəsini Aslana satdığı üçün ondan şikayət etdiyini guman etmişdir. Özü isə torpaq sahəsini satmaq üçün Niyaməddin adlı şəxsdən kömək istədiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,50 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli 1180 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh2 xeyrinə 99 il müddətinə qeydiyyata alınmışdır. İşdən görünür ki, Cavabdeh1 Cavabdeh2 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi kimi Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 400 kvm torpağı özəlləşdirməyi, 200 kvm icarə hüquqlarına sərəncam verməyi, tikməyi, DƏDRXİ-dən çıxarışı almağı, tikilini və torpağı satmağı, bağışlamağı, ipotekaya qoymağı, bank əməliyyatlarını aparmağı, müqavilə imzalamağı, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri etməyi etibar etməsinə dair xx.xx.2014-cü il tarixdə İddiaçı 47 il 4 ay 3 gün müddətinə etibarnamə vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı ilə aralarında olan razılaşmaya əsasən vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 5300 manat məbləğində pul vəsaitini Cavabdeh1 tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. İddia tələbi digər tərəfdən ona görə təmin edilməlidir ki, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh1 tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə cavabdehlər Cavabdeh2 mülki hüquqi məsuliyyətlərini araşdıraraq hesab edir ki, İddiaçı iddiasının əsası kimi iş materiallarında olan Cavabdeh1 tərəfindən etiraf edildiyindən, digər Cavabdeh2 ilə isə hər hansı bağlılığın və Cavabdeh2 iştirakının olması müəyyən edilmədiyindən, verilmiş pul məbləğinin qaytarılmamasına görə İddiaçı qarşısında cavabdehlərdən yalnız Cavabdeh1 cavabdehlik daşıyır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 mövcud pul tələbinin irəli sürülməsinə əsas olmuş pulun qaytarması ilə bağlı İddiaçı pul alması və buna görə də göstərilən iddiaçı qarşısında mülki məsuliyyətinin olması işin materialları ilə sübut olunmadığından, iddia həm həqiqi məbləğinə görə, həm də mülki məsuliyyət daşıyan şəxslərin dairəsinə görə qismən əsaslıdır. Buna görə də, iddia yalnız Cavabdeh1 münasibətdə təmin edilərək, 5300 manat yalnız Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 73 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 5300 manat məbləğində pul vəsaiti və 73 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh2 hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar