Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5001/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ərizəçinin etibarnamə üzrə nümayədəsi X6 iştirakı ilə Ərizəçi 6 saylı Bakı “ASAN Xidmət” X5 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi 18 noyabr 1960-cı il tarixində anadan olmuş X7 04 mart 2024-cü il tarixində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X15 18 noyabr 1960-cı il tarixdə anadan olmuşdur. O, 04 mart 2024-cü il tarixdə qəflətən yaşadığı ünvandan vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Suraxanı rayonu qəbiristanlılğında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə qeydiyyat şöbəsində müraciət edilsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə sənədin verilməsindən imtina edilmişdir. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” X8 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan pasportun surətindən görünür ki, X15 12 noyabr 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 100 saylı Mənzil Kommunal İstismar Sahəsinin 100 nömrəli 07 may 2024-cü il tarixli arayışından görünür ki, X1 yerləşən 15a saylı evin 63 saylı mənzilində qeydiyyatsız yaşayıb. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1997-cı il tarixində anadan olmuş, onun atası X15, anası isə X10r. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 7 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində X7 meyiti aşkar edilmişdir. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının 101 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X11 ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN XİDMƏT” X4 02 iyun 2024-cü il tarixli məktubundan görünür ki, şöbə tərəfindən ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat X7 ölümünün qeydiyyata alınması barədə ərizə təmin edilməmişdir. İş materiallarında olan Suraxanı Rayonu Zığ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X15 xx.xx.2024-cü il tarixində vəfat etmiş, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında qeyd etmişdir ki, o, ərizəçinin qonşusudur. X16 xəstə yatırdı. O, həkimə getmək istəmirdi. Mərhum rəhmətə gedəndə o, işdə idi. Ona məlumat verdilər ki, Ramis rəhmətə gedib. O, yas mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun bacısı nəvəsidir. O, ürək çatışmamazlığından rəhmətə gedib. Mərhum uzun müddət xəstə idi, lakin həkimə getmək istəmirdi. O, mart ayında rəhmətə getmişdir. O, Bakı şəhərində yaşayırdı, Bakı şəhərində də rəhmətə getmişdir. Mərhumu Zığ qəbistanlıığında dəfn etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X15 04 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 04 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 noyabr 1960-cı il tarixində Bakı şəhərində anadan olmuş X15 04 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5001/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5001/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver