Məhkəmə qərarları › İş №2(011)-5002/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5002/2022

24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5002/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nailə Namiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə, ev şəraitində vəfat etmişdir.Hadisə yerinə Bakı şəhəri Təcili və X5 Stansiyasının (“TTTYS”) 7 saylı bölməsinin briqadası çağırılmışdır.Ölüm hadisəsi TTTYS-nın həkimi tərəfindən təsdiq edilmi və ölüm haqqında xx.xx.2022-ci il tarixli 0284 nömrəli xəbərdarlıq vərəqəsi verilmişdir.Həyat yoldaşı TTTYS briqadası gələnə gədər vəfat etdiyindən xəbərdarlıq vərəqəsində “Həkiməqədər ölüm”, “kişi cinsli meyit” qeyd edilmiş və şifahi olaraq ona həyat yoldaşının ürək çatışmalığından vəfat etdiyi bildirilmişdir.Mərhum həyat yoldaşı Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən rus qəbirstanlığında dəfn olunmuşdur. Daha sonra ərizəçi mərhum ərinin adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün xx.xx.2022-ci tarixli ərizə ilə Bakı şəhəri 7 saylı Şəhər Poliklinikasına müraciət etsə də, X2 xx.xx.2022-ci il tarixdə, M.Hadi 7 mənzil 28 ünvanında rəhmətə getdiyi, lakin mərhumun poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciəti olmadığı və ölümün səbəbi bilinmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin (Forma N106) verilməsi mümkün olmamışdır. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınması məqsədilə Bakı Şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmiş və ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhumun yaxın dostu və tanışı olmuşdur. Mərhumun həyat yoldaşı ona zəng edərək, yoldaşının halının pisləşdiyini və yatdığını bildirmişdir. Onlara gələndə mərhumun sakit uzandığını görmüşdür. Yoldaşı yatdığını və onu narahat etmədiyini bildirmişdir. 10-15 dəqiqə gözlədikdən sonra mərhuma yaxınlaşmış, bədənin soyuq olduğunu görmüşdür və artıq vəfat etdiyini bilmişdir. Təcili tibbi yardım çağırmış. Həkimlər gəlib Dmitrinin öldüyünü bildirmişlər. Lyudmila xəstə olduğuna görə,sərbəst gəzə bilmir. Bu səbəbdən bütün dəfn işlərində ona kömək etmişdir. Mərhum 5 gün sonra Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ərizəçinin oğlu ilə bir oxumuşdur, Lyudmila xanım ona zəng etmişdir ki, yoldaşı rəhmətə gedib. Gəlib ünvana çatanda meyidi artıq mənzildən aşağı düşürmüş, şirkət tərəfindən kömək çağırmışlar. 5 gün sonra dəfn edilmişdir. O, şəxsən dəfn mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 1861-05/15 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasə mümkün deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Bakı Baş Səhiyyə Mərkəzi” X6 7 Nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixli 455 saylı arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə, M.Hadi 7 mənzil 28 ünvanında rəhmətə getmişdir. Lakin mərhumun poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciəti olmadığı və ölümün səbəbi bilinmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin (Forma N106) verilməsi mümkün olmamışdır. Bakı şəhəri X4 tərəfindən xx.xx.2022-ci il tarixli 41 №-li arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən rus qəbirstanlığında həyat yoldaşı Ərizəçi maddi vəsaiti hesabına dəfn olunmuşdur. Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 08 iyun 2022-ci il tarixdə, saat 10:15-da M.Hadi 7 mənzil 28 ünvanında ünvanında 1944-ci il təvəllüdlü X1 adına çağırış olmuş və kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 02558954 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1944-cü il tarixdə Rusiya Federasiyası, Pskov vilayətinin Nevelsk rayonunda doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Qazaxıstan, Semipalatinsk vilayətində doğulmuşdur. İİ-ЭК seriyalı 055923 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Ərizəçi xx.xx.2067-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, X1 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 08 noyabr 1944-cü il tarixdə Rusiya Federasiyası, Pskov vilayətinin Nevelsk rayonunda doğulmuş X1 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar