Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5017/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçimediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış 06 iyun 2023-cü il tarixli barışıq sazişini təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsi etiraz etmədiyini bildirdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 06 iyun 2023cü il tarixində Barışıq Sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Birinci tərəf: - Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəfin hər ayın 01-dən 30-dək əmək haqqının və əlavə gəlirlərinin ¼ məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır, bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır; - bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir, - ikinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır; - İkinci tərəf: - birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü övladı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 01-dən 30-dək birinci tərəfə hər ay əmək haqqının və əlavə gəlirlərin ¼ (qanunvericilikdə nəzərdə tutulan məbləğdə) aliment ödəyəcəyinə dair öhdəlik götürür, bu vəsaitin birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır; -- bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir, - birinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 06 iyun 2023-cü il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs Kərimov X2 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçimediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış 06 iyun 2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Birinci tərəf: - Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəfin hər ayın 01-dən 30-dək əmək haqqının və əlavə gəlirlərinin ¼ məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır, bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır; - bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir, - ikinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır; - İkinci tərəf: - birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü övladı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 01-dən 30-dək birinci tərəfə hər ay əmək haqqının və əlavə gəlirlərin ¼ (qanunvericilikdə nəzərdə tutulan məbləğdə) aliment ödəyəcəyinə dair öhdəlik götürür, bu vəsaitin birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır; -- bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir, - birinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5017/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5017/2023
05.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver