Məhkəmə qərarları › İş №2(011)-5018/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5018/2023

25.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5018/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla X9 ilə xx.xx.2023-ci ildə Bakı 8 saylı Mediasiya təşkilatında aralarında bağlanmış barışıq sazişinin təstiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəyə ərizə təqdim edərək Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə Bakı 8 saylı Mediasiya təşkilatında aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi X9 ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2016-cı ildə X5, xx.xx.2017-ci ildə isə X6 anadan olmuşdur.X9 azyaşlı ailənin maddi təlabatını və uşaqların saxlanılması üçün heç bir köməklik göstərmədiyi üçün ondan aliment almaq qərarına gəlmiş, bu məqsədlə 8 saylı Mediasiya təşkilatına rəsmi qaydada müraciət etmişdir. X2 iştirak edən X9 xx.xx.2023-cü ildən başlayaraq hər ay hər uşağa 220 manat olmaqla iki uşağa ümumilikdə 440 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Buna dair xx.xx.2023-cii ildə X9 ilə MT-da barışıq sazişi imzalandı. Ərizəçi bildrir ki, X9 barışıq sazişinin şərtlərini yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında maddi imkanının olmadığı üçün alimenti ödəyə bilmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi Maraqlı şəxs arasında bağlanmış 8 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 1-ci bəndindən görünür ki, tərəflər birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı İİ təvəllüdlü X3 hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla aliment məbləği uşaqlar yetkinlik yaşına çatanadək hər ay stabil olaraq xx.xx.2023-cü if tarixindən başlayaraq ödəməyi ikinci tərəf Maraqlı şəxs öz öhdəsinə götürür. Sazişin 2-ci bəndinə görə birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür. Sazişin 3-cü bəndinə görə tərəflər razılaşırlar ki, bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığı və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən Maraqlı şəxs birgə övladları olan xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı iİ təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Ərizəçi hər ay stabil olaraq xx.xx.2023-cü if tarixindən başlayaraq hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat ödəməlidir. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə uşaqların saxlanılması üçün müəyyən edilmiş məbləğdə alimenti ərizəçiyə ödəməmişdir. Bu hal işdə iştirak edən şəxslərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşaqların saxlanması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə onlar arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə alimentin ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə 8 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Tərəflər razılığa gəlirlər ki, birgə nikahdan anadan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla aliment məbləği uşaqlar yetkinlik yaşına çatanadək hər ay stabil olaraq xx.xx.2023cü il tarixindən başlayaraq ödəməyi ikinci tərəf Maraqlı şəxs öz öhdəsinə götürür. 2.Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar