Məhkəmə qərarları › İş №2(011)-5041/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5041/2020

07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5041/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 7 nömrəli Şəhər Poliklinikasına qarşı “ölüm faktının müəyyən edilməsi və ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 7 nömrəli Şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1965-ci il təvəllüdlü qardaşı X1 xx xxxxxxxx 2019-cu il tarixdə ölümü haqqında tibbi şəhadətnamənin (arayışın) verilməsinin cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 7 nömrəli Şəhər Poliklinikasına həvalə olunması və ölüm haqqında şəhadətnamənin verilməsinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində iddia icraatı qaydasında baxılan işlərin dairəsi müəyyən edilmişdir. Qeyd edilən Mülki-Prosessual Məcəllədə hüquqi əhəmiyyəti olan fakt kimi müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur (307.2.8-ci maddə). Bu kateqoriyadan olan işlərə isə Məcəllənin 305-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılmalıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı xüsusi icraat qaydasında baxılmalı olan tələbi iddia icraatı qaydasında vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ərizə tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, xüsusi icraat qaydasında baxılmalı olan tələb iddia icraatı qaydasında verildiyindən hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir.Buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə verilmiş ərizənin mahiyyətindən irəli gələrək izah edir ki, hazırkı tələb xüsusi icraat qaydasında verilməli olan ərizəyə aid tələblərə riayət edilməklə məhkəməyə verilməli və məhkəmə tərəfindən vəfat etməsi (ölüm) faktının müəyyən edilməsi ilə bağlı qərarın qəbul edilməsi tələbi qoyulmalıdır. Məhkəmə tərəfindən çıxarılan müvafiq qətnamə (ərizənin təmin olunduğu halda) ölüm haqqında şəhadətnamənin səlahiyyətli orqanlar tərəfindən verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 7 nömrəli Şəhər Poliklinikasına qarşı “ölüm faktının müəyyən edilməsi və ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar