Məhkəmə qərarları › İş №2(011)-5049/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5049/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5049/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən aidiyyat qaydalarının pozulması yolverilməzdir. Eyni zamanda tərəflərin məhkəmə iclasına çağırılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. 2 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, mülki prosessual qanunvericiliyinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. (§3)

6. Hazırki mülki iş üzrə ərizəçinin müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbidir. Məhkəmə qeyd edir ki, Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən, cavabdeh xx.xx.1949-cu il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. (§2)

7. İddiaçı öz iddia ərizəsində məhkəmədən cavabdehin üzərinə müqavilə öhdəliklərinin yerinə yetirilməsini vəzifəsinin qoyulmasını, həmçinin maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı öz iddia tələbində maddi ziyan və mənəvi zərər üçün ümumilikdə 63.000 (altmış üç min) manatın tutulmasını xahiş etsə də bu məbləğdən maddi ziyan və mənəvi zərərin hər biri üçün ayrı-ayrılıqda dəqiq məbləğini qeyd etməmişdir. Beləliklə, iddiaçı öz iddia tələbini dəqiq və konkret şəkildə qeyd etməmişdir.

8. İddiaçının tələbi olan “müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddia ərizəsi ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Eyni müqavilə üzrə tərəflər öz üzərlərinə bir neççə öhdəlik götürə bilərlər ki, hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilələr əsasında konkret olaraq hansı öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması da iddia ərizəsində dəqiq şəkildə öz əksini tapmamışdır.

9. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh Xətai rayonunda qeydiyyatda olmadığından və iddiaçı öz iddia tələbini dəqiq və konkret şəkildə irəli sürmədiyindən hazırki ərizə Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması yol verilməzdir, bu son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur.

10. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra növbəti dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.

11. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 152.1.3 və 263-264-cü maddələrinə əsasən məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun.

3. İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 279 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar